İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 Avqust, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Pakistan Baş nazirinin səfəri münasibətlərə yeni nəfəs verəcək.

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var. Hər iki ölkənin xalqları bir-birinə qarşılıqlı hörmət bəsləyir. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir.

Qarşılıqlı əlaqələrin inkişafında son illər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərliyi, Heydər Əliyev Fondunun xətti ilə Pakistanda bir sıra mühüm layihələr həyata keçirilib, zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib, tibb müəssisələri müvafiq avadanlıqlarla təchiz edilib.

Sadalanan faktlardan da göründüyü kimi, Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birilərinin yanında olublar. Bu ənənə bu gün də uğurla davam etdirilir.

Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Hə iki dövlət bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir.

Pakistan azsaylı müsəlman dövlətlərindəndir ki, Azərbaycana ən çox dəstəyini ifadə edib. Müsəlman ölkələrinin bəziləri Qarabağ müharibəsi dövründə Azərbaycanın yanında olub, bəzi dövlətlər isə mövqesiz qalıb. Bəzi dövlətlər isə Ermənistana dəstək verdilər. Pakistan Azərbaycanın yanında olmağa, ona dəstək verməyə hazır olduğunu ifadə etdi. Bu, olduqca önəmli dəstək idi. 44 günlük vətən müharibəsi dönəmindən sonrakı dönəmdə də qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında oldu, öz siyasi və mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan xalqı Pakistan xalqının bu dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır.

Bizim hərbi, mədəni və iqtisadi sahələrdə əlaqələrimiz mövcuddur. Bu əlaqələr bu gün yaranmış münasibətlər deyil. Ötən əsrdə Pakistanda vəba xəstəliyi yayılarkən Hacı Zeynəlabdin Tağıyev öz dəstəyini göstərmişdi. Zəlzələ baş verdiyi zaman Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondu bu prosesə öz mövqeyini bildirmiş, addımlarını atmış, dəstəyini göstərmişdi. Bu gün də əlaqələr davam edir. Biz deyə bilərik ki, Azərbaycan-Pakistan əlaqələri özünün ən şanlı, şərəfli dövrünü, mərhələsini yaşayır. Bu da onu deməyə əsas verir ki, Azərbaycan-Pakistan əlaqələri daha da irəliyə doğru inkişaf edir. Pakisytan Baş nazirinin Azərbaycana səfəri önəmlidir. Artıq Pakistan Baş naziri və rəsmilərinin Azərbaycana səfərləri əsasında əlaqələrimizi gücləndiririk. Azərbaycan bu yaxınlarda Pakistandan təyyarələr aldı. Bu təyyarələr yüksək göstəricilərə malikdir. Pakistan Vətən Müharibəsi dövründə Ermənistanla heç bir diplomatik əlaqələr qurmayan ölkədir. Bu səfər və görüş də əlaqələrimizin inkişafına yeni bir nəfəs və dəstək olacaq.

İki ölkə arasında olduqca sıx parlamentlərarası əlaqələr mövcuddur: Bu sahədə dövlətlər sıx əməkdaşlıq edir. Parlament sahəsində Türkiyənin də iştirakı ilə  “Bakı Bəyannaməsi” imzalandı. Bu gün Azərbaycan parlamentində ən böyük işçi qruplarından biri Azərbaycan-Pakistan Parlamentlərarası dostluq qrupudur. Bizim çoxlu sayda həmkarımız bu qrupda üzv olub və fəaldırlar. Tez-tez qarşılıqlı səfərlər olur. Bu günlərdə Azərbaycanda Asiya Paralament Assembliyasının növbəti sessiyası oldu. Pakistan ən böyük heyətlə, hətta sədr səviyyəsində belə tədbirdə təmsil olundu. Parlament sədri hörmətli Sahibə xanımla görüşlər, əməkdaşlıq müzakirələri aparıldı. Bütün bunlar əməkdaşlığımızın inkişaf etdiyini göstərir.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan və Pakistanın dostluq və qardaşlıq naminə birgə səyləri

Növbəti xəbər

Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşıdır”

7 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

19 saat əvvəl
“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”
Gündəm

“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”

2 gün əvvəl
“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

“Sən guya anlamırsan ki…” – Deputatdan Cəmil Həsənliyə ağır sözlər!

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan dilinin dövlət dili olması müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biridir

3 gün əvvəl
Növbəti xəbər
Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır

Deputat: Fransa saxta xəbərlərdən, mediadan istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışır

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşıdır”

7 saat əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

19 saat əvvəl
“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”
Gündəm

“Dövlətin idmana göstərdiyi qayğı yeni uğurların təməlini formalaşdırır”

2 gün əvvəl
“Söyüş müxalifəti”ni bitirəcək yazı: Deputat SENSASİON faktları açıqlayır!!!
Gündəm

“Sən guya anlamırsan ki…” – Deputatdan Cəmil Həsənliyə ağır sözlər!

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.