İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Mart, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Üzeyir dünyasının əbədi sədası: bəstəkarın evində anım günü tədbiri keçirildi

1 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Üzeyir dünyasının əbədi sədası”
23 noyabr bəstəkarın evində anım günü tədbiri keçirildi.

Üzeyir Hacıbəyli Azərbaycan milli musiqisinin banisi və Şərqdə ilk operanın müəllifi kimi dünya musiqi tarixinə öz adını qızıl hərflərlə yazdırmış dahi sənətkardır. Onun yaradıcılığı milli və klassik üslubların unikal sintezini yoğrulmuş, musiqimizin sərhədlərini genişləndirmiş, xalqın ruhunu əks etdirən əsərləri ilə Azərbaycan mədəniyyətinin qızıl fondunu yaratmışdır. Onun yaradıcılığının zirvəsi sayılan “Koroğlu”, “Leyli və Məcnun” operaları və digər əsərləri yalnız musiqi incisi deyil, həm də milli özünüdərk və incəsənətin ən yüksək təzahürüdür.

23 noyabr tarixində Üzeyir Hacıbəylinin ev-muzeyində dahi Azərbaycan bəstəkarının anım gününə həsr olunmuş “Sənət və simfoniya: Üzeyir Hacıbəyli incəsənətin əbədi ruhunda” adlı tədbir keçirilib. Tədbir sənətşünas Sədaqət Əliyeva və Üzeyir Hacıbəylinin ev-muzeyinin təşkilatçılığı ilə təşkil olunub.
Tədbirin əvvəlində muzeyin ekspozisiya şöbəsinin müdiri, bəstəkar Vəfa Bağırzadə Üzeyir Hacıbəylinin bioqrafiyası və yaradıcılıq yoluna nəzər salıb.Ardınca muzeyin xüsusi qonağı əməkdar rəssam Tariyel Bəşirov tədbirdə çıxış edərək Tahir Salahovun “Üzeyir Hacıbəylinin portreti” əsasında toxunmuş xalça haqqında məlumat vermişdir.
Hidayət Sadıqzadə “Parafraz” adlı əsəri ilə tədbirin musiqili hissəsini başlatmışdır.Daha sonra bəstəkar Aytən Oqtayqızı Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi “Üzeyir dünyası” romansı və “Dəyərli ömür” pyesi əsərini ifa edərək tədbirə rəng qatmışdır.
Bununla yanaşı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, pianoçu-bəstəkar Nuranə Zeynalova fortepiano üçün “Qarabağ” fantaziyası əsərini ifa edib.

Tədbir sonra Üzeyir Hacıbəyliyə həsr olunmuş təqdimatla davam etmişdir.Belə ki, sənətşünas Sədaqət Əliyeva “Üzeyir Hacıbəyli obrazı təsviri incəsənət və xalq yaradıcılığında” mövzusunda mühazirə ilə çıxış edib.Sonda isə muzeyin əməkdaşı, sənətşünas Ləman Həsənova isə Vəcihə Səmədova və Tahir Salahovun həyat və yaradıcılığı haqqında təqdimata davam etmişdir.

Bu tədbir Üzeyir Hacıbəylinin yaradıcılığına göstərilən hörmət və incəsənət vasitəsilə onun əbədi xatirəsini yaşatmaq məqsədi daşıyırdı.

Üzeyir Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi
Xanım Sərvazqızı

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Kəlbəcər rayonunun infrastrukturu yenidən qurulur

Növbəti xəbər

“Azərbaycan ədəbiyyatının Hüseyn Cavid zirvəsi” adlı tədbir keçirilib

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

4 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

4 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

5 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

5 gün əvvəl
Növbəti xəbər
“Azərbaycan ədəbiyyatının Hüseyn Cavid zirvəsi” adlı tədbir keçirilib

"Azərbaycan ədəbiyyatının Hüseyn Cavid zirvəsi" adlı tədbir keçirilib

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

1 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

4 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

4 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.