İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İkinci Hesabat-Seçki konfransı keçirilib

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Oktyabrın 21-də Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İkinci Hesabat-Seçki konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə olunmasına və cəmiyyətin fəal iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq üçün bütün imkanların yaradılmasına yönəlib.

Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birinin xaricdə təhsil alan gənclərin dəstəklənməsi olduğunu deyən Qədir Xəlilov bu baxımdan ASAP-ın fəaliyyətinin önəminə toxunub. O, ASAP-ın həm Azərbaycanda, həm də xaricdə təhsil alan azərbaycanlı tələbə və məzunları əhatə edən layihələrindən, gənclərin şəxsi və karyera inkişafının dəstəklənməsindəki rolundan və Gənclər Fondunun bu istiqamətdə ASAP-la birlikdə həyata keçirdiyi uğurlu işlərdən danışıb.

Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru və ASAP-ın fəxri sədri Fariz İsmayılzadə çıxışında bildirib ki, xaricdə təhsil alan tələbələr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizin müxtəlif beynəlxalq forumlarda, platformalarda layiqincə təmsil olunmasında önəmli rol oynayırlar. ASAP xarici universitetlərin azərbaycanlı tələbə və məzunlarının şəxsi, peşəkar, təhsil və sosial fəaliyyətlərini dəstəkləyərək, xarici icmalara inteqrasiyasına və xarici ölkələrdə uğurlu təmsilçiliyinə şərait yaradır.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov xaricdə təhsil alan gənclərin dəstəklənməsinin vacibliyindən danışıb. Qeyd edib ki, il ərzində yüzlərlə tələbə dövlət hesabına xaricdə təhsil almağa göndərilir. Bu sahədə həyata keçirilən layihələr, xüsusilə xaricdə təhsil alan gənclərin dəstəklənməsi istiqamətindəki fəaliyyətlər gənclərin Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunmalarına və ölkənin beynəlxalq arenada müsbət imicinin formalaşmasına şərait yaradır. O, həmçinin ASAP-ın xaricdə təhsil alan gənclərə dəstək göstərməklə öz vəzifəsini uğurla yerinə yetirdiyini vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi hazırda uğurla davam etdirilir. Ölkədə əsas prioritetlərdən biri də xaricdə təhsil imkanlarının əlçatanlığıdır. Bu istiqamətdə görülən işlər gənclərin ölkənin gələcəyi üçün savadlı kadr kimi yetişməsinə yönəlib.

Daha sonra ASAP-ın icraçı direktoru Sevda Mansurova hesabat nitqi ilə çıxış edib. O bildirib ki, təşkilat fəaliyyətə başladığı gündən etibarən Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətini rəhbər tutur. 2023-cü ilin avqust ayından bu günə qədər ASAP tərəfindən 500-dən çox layihə və tədbirlər həyata keçirilib. Ümumilikdə 39 ölkəni əhatə edən tədbirlərdə 64 mindən çox gənc iştirak edib.

Ardınca 2023-2024-cü illər üzrə ASAP-ın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

Konfrans Platformanın İdarə Heyətinin sədrliyinə namizədin gələcək fəaliyyəti və planları ilə bağlı çıxışla davam edib.

Yekunda keçirilən səsvermə nəticəsində Milana Mir Feyzullazadə ASAP-ın sədri seçilib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi

Növbəti xəbər

Bilgəh qəsəbəsində yerləşən sahilyanı ərazidə təmizlik aksiyası keçirilib

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Tarixi ədalətin bərpasına aparan yol

18 saat əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

İslam dünyasına qarşı çağırışlar və birlik mesajı

4 gün əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

6 gün əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

1 həftə əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

2 həftə əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

2 həftə əvvəl
Növbəti xəbər
Bilgəh qəsəbəsində yerləşən sahilyanı ərazidə təmizlik aksiyası keçirilib

Bilgəh qəsəbəsində yerləşən sahilyanı ərazidə təmizlik aksiyası keçirilib

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması vacibdir

13 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan xalqı ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı

13 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Türk dünyasının təhlükəsizliyi və enerji əməkdaşlığı

18 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

TDT-nin artan rolu: Təhlükəsizlik, enerji və nəqliyyatda yeni əməkdaşlıq mərhələsi

18 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Tarixi Qələbənin ünvanları: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə

18 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.