İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
18 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Azərbaycan-Rusiya münasibətləri iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə söykənərək uğurla inkişaf edir. 2022-ci ildə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması ilə inkişafının yeni mərhələsinə qədəm qoyan əməkdaşlıq münasibətləri iki ölkənin başçılarının müəyyənləşdirdikləri strateji xətt üzrə uğurla irəliləyir.

İnformasiya.az AZƏRTACa istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Gənclər və İdman komitəsinin üzvü Mircəlil Qasımlı söyləyib.

“Azərbaycan və Rusiya prezidentləri arasında müntəzəm xarakter daşıyan təmaslar ölkələrarası əlaqələrin dinamik inkişafını təmin edir. Bu xüsusda, Rusiya Prezidentinin cari ilin avqustunda Azərbaycana dövlət səfərini, həmçinin Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası çərçivəsində Prezident Vladimir Putinlə keçirdiyi görüşü qeyd etmək istərdim. Əlbəttə ki, yüksək səviyyəli görüşlər nəticəsində qəbul edilən qərarların, əldə olunan razılaşmaların uğurlu icrası iqtisadi-ticari, humanitar və digər sahələrdə əlaqələrin inkişafına, birgə həyata keçirilən regional layihələrin genişləndirilməsinə təkan verir”, – deyə deputat vurğulayıb.

Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini bildirən Mircəlil Qasımlı Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsinin böyük önəm daşıdığını diqqətə çatdıraraq deyib: “Laçın da daxil olmaqla, tarixi torpaqlarımızın 20 faizini uzun illər işğal altında saxlayan Ermənistan bu ərazilərdə böyük dağıntılar, ekoloji cinayətlər törədib. Bu gün isə Azərbaycan Prezidentinin rəhbərliyi ilə tarixi torpaqlarımızda böyük quruculuq işləri həyata keçirilir, həmin ərazilərə həyat qayıdır. Keçmiş məcburi köçkünlərin layiqli həyat şəraitinin təmin olunması istiqamətində bütün zəruri addımlar atılır”.

Azərbaycanın mühüm idman yarışlarını yüksək səviyyədə təşkil etmək baxımından böyük təcrübəyə malik olduğunu deyən deputat ölkəmizin III MDB Oyunlarına uğurla ev sahibliyi edəcəyinə əminliyini bildirib. Azərbaycanda Bakı ilə yanaşı, regionlarda da müasir idman infrastrukturları yaradılıb, onlar bütün lazımi avadanlıqlarla təmin edilib. Bu baxımdan, MDB Oyunlarının Azərbaycanın 10-dan çox şəhərində keçirilməsi bölgələrimizin də mühüm idman bayramına şahidlik etməsinə imkan verəcək.

“Azərbaycan MDB çərçivəsində əməkdaşlığa daim xüsusi önəm verib. Ermənistan istisna olmaqla, bütün üzv ölkələrlə səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Təbii ki, bu platforma çərçivəsində əməkdaşlığın genişləndirilməsində Azərbaycan hər zaman xüsusi rol oynayıb və bu gün də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir”, – deyə deputat vurğulayıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“i-Learning Winter School” innovativ inşikaf proqramı başa çatıb

Növbəti xəbər

Müşfiq Səfərov: ABŞ üçün beynəlxalq hüquqi dəyərlər tamamilə formaldır

Əlaqədar Xəbərlər

“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

4 həftə əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

4 həftə əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

4 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Slovakiya–Azərbaycan münasibətləri yeni inkişaf mərhələsində

1 ay əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Siyasət

“IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Azərbaycan bu gün regionun əsas söz sahibi olan dövlətlərindən biridir” – Elşən Musayev

1 ay əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Müşfiq Səfərov: ABŞ üçün beynəlxalq hüquqi dəyərlər tamamilə formaldır

“WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir”
Gündəm

“Naxçıvan regional və beynəlxalq nəqliyyat qovşağına çevrilir”

10 saat əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

1 gün əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngəzur dəhlizi: nəqliyyat layihəsindən enerji və regional bağlantı platformasına

3 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Naxçıvanın inkişafında yeni səhifə açılır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.