İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Mart, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Deputat: Mərkəzi Asiya ölkələri ilə əlaqələr Azərbaycanın gücünə əlavə güc qatır

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın bu gün yürütdüyü xarici siyasətinin əsaslarını  yeni dövrün tələblərinə  uyğun olaraq  qarşısında duran  hədəflərə nail olmaq üçün ölkənin bütün sahələrdə sürətli inkişafı, təhlükəsizliyinin güclü şəkildə qorunması, potensial riskləri dəf etməsi, bir sözlə, müasir, müstəqil dövlətimizin daha da güclənməsi və qüdrətlənməsi təşkil  edir.

Bunu Avropa.info-ya açıqlamasında YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

Deputat bildirib ki, müasir dövrdə Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi Azərbaycanın yeni dövrün xarici siyasətinin  prioritetlərindən biri və əsasını təşkil edir: “Bunu cənab Prezident  fevralda keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimində də Azərbaycanın Türk dünyasına inteqrasiyası yürüdülən siyasətin ana xəttini təşkil edəcəyini bəyan edib. Cənab  Prezident İlham Əliyev çıxışında bəyan edib ki,  beynəlxalq təşkilatlarla əməkdaşlıq zamanı ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Ümumiyyətlə Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra Türkdilli dövlətlərlə hər zaman sıx əlaqələr qurmaqda maraqlı olub və bu siyasət bu gün də davam etməkdədir. Son illərdə isə Azərbaycanla Orta Asiya ölkələri arasında əməkdaşlıq münasibətləri tamamilə yeni bir mərəhləyə qədəm qoyub. Bu məqəsdlə də Azərbaycanın  Orta Asiya ölkələri ilə çoxtərəfli və  ikitərəfli formatda əməkdşalığı dinamik şəkildə inkişaf etməkdədir.  Münasdibətlər artıq müttəfilqik səviyyəsinədək qalxıb.

Cənab Prezidentin Özbəkistana dövlət səfəri isə bunun bariz nümunəsidir.  Cəmi iki illik dinamik əlaqələr və yürüdülən düşünülmüş uğurlu siyasət  nəticəsində  Azərbaycanla Özbəkistan arasında müttəfiqlik səviyyəinədək yüksəldi. Elə ölkələr var ki, münasibətlərini belə yüksək səviyyəyə qaldırmaq üçün 10 illər boyunca əməkdaşlıq edir, lakin istəyinə nail ola bilmir. Ancaq Azərbaycan istənilən ölkə ilə qarşısında qoyduğu hədəfə qısa zamanda nail olur. Bu da cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətdir.

Təbii ki, Azərbaycanla Özbəkistan aarsındakı müttəfiqlik münasibətləri bütövlükdə   Mərkəzi Asiya, xəzər hövzəsi və Cənubi Qafqazda yeni geosiyasi gündəmin yaranmasına öz töhfəsini verəcək. Bundan təkcə iki ölkə deyil, bütövlükdə  bölgə ölkələri də faydalanacaq”.

İsmayılov onu da əlavə edib ki, cənab Prezidntin rəhbərliyi altında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlıq münasibətləri qurması ölkəmizin gücünə əlavə güc qatacaq və beynəlxalq aləmdə nüfuzunun, imicinin artmasına və nəticə etibarı ciddi aktor rolunu oynamasına öz töhfəsini verəcək:
“Ən önəmlisi isə odur ki, bu gün Azərbaycan imkanlarını daha da genişləndirərək Qərblə Şərq arasında etibarlı tranzit habına çevrilməkdədir.
Ümumiyyətlə, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əməkdaşlığı dərinləşdikcə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhlizin) əhəmiyyəti bir qədər də artacaq. Çünki bu gün Asiyadan Avropaya və ya əksinə işləyən marşrutların ən qısa yolu Azərbaycandan keçir. Ölkəmiz isə bu inkanlarını daha da genişləndirməklə dəhlizin cəlbediciliyini artırır. Bu imkanları İlham Əliyev bunu təkcə Özbəkistanda deyil digər  Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşündə diqqətə çatdırıb.

Onu da vurğulamalıyıq ki, Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əməkdaşlıq yalnız tranzit daşımalarla yekunlaşmır. Bu gün tranzit yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırılır. Növbəti mərhələ isə Mərkəzi Asiya respublikalarında istehsal olunan alternativ enerjinin Azərbaycan ərazisindən Avropaya ixracını təmin etməkdən ibarətdir. Qara dənizin dibi ilə Şərqi Avropaya elektrik enerjisinin ixracını həyata keçirməklə Azərbaycan yenə də mühüm tranzit ölkə olacaq.
Əlbəttə ki, Asiya ilə Avropa arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” əhəmiyyətli inkişaf layihəsidir. Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsini nəzərdə tutan bu layihə regionda rəqəmsallaşma və rabitə xidmətlərinin inkişafına mühüm töhfə verəcək.

Beləliklə, Azərbaycan Mərkəzi Asiyadan yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmasında iştirak etməklə yanaşı, həm də bu regionda istehsal olunan alternativ enerjinin Avropaya nəqlində əhəmiyyətli tranzit dövlət kimi çıxış edəcək. Bu baxımdan Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində yürütdüyü siyasət ölkəmizin milli maraqlarına cavab verməklə bərabər, həm də milli iqtisadiyyatın daha da inkişafına böyük töhfə verəcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ötən ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib

Növbəti xəbər

Təranə Paşayeva: “Mehriban Əliyeva ideal Azərbaycan xanımı modelidir”

Əlaqədar Xəbərlər

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır
Siyasət

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iştirakı xüsusi əhəmiyyət daşıyır

4 həftə əvvəl
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

6 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

7 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

10 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

1 il əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

1 il əvvəl
Növbəti xəbər
Təranə Paşayeva: “Mehriban Əliyeva ideal Azərbaycan xanımı modelidir”

Təranə Paşayeva: “Mehriban Əliyeva ideal Azərbaycan xanımı modelidir”

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

11 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

11 saat əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

14 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

14 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Avropa bazarının Azərbaycan üçün əhəmiyyəti

14 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.