İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
4 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Bu arzuların sürətlə həyata keçməsi hər bir azərbaycanlını sevindirir

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı  ilə  Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.

Laçın rayonunun ümumi sahəsi 1835 kvadrat kilometr olan 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Rayon 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Çox sayda mədəniyyət, təhsil, səhiyyə müəssisəsi talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Azərbaycanın hər bir kəndinin, şəhərinin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji baxımdan böyük bir itki idi. Çünki Ermənistanla Qarabağda məskunlaşdırılmış ermənilər arasında coğrafi əlaqə yaradılırdı. Şuşa və Laçının itirilməsi sonrakı itkilərimizin başlanğıcı oldu.

İşğaldan sonra da rəsmi İrəvan  üzərinə düşən heç bir öhdəliyi yerinə yetirmir,  Laçın rayonun da coğrafi adların dəyişdirir, rayonun təbii resurslarının talan edir və qazanc mənbəyinə çevrir. Digər ölkələrdən olan erməni əsilli insanları məqsədyönlü şəkildə burada məskunlaşdıraraq  demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olur.

Ancaq Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində tarixi ədalət bərpa olundu. Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Laçın rayonunun yeni inkişaf dövrü  başlandı. Qısa müddətdə quruculuq işləri həyata keçirildi.

Cənab Prezident İlham Əliyevin də dediyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Bu arzuların sürətlə həyata keçməsi hər bir azərbaycanlını sevindirir. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolu, İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası və həyata keçirilən digər genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Bütün bunlar onu deməyə əsas verir ki, qısa müddətdə Laçın rayonu tam bərpa olunaraq yenidən həqiqi sakinlərinin yaşayış yerinə çevriləcək!

Milli Məclisin deputatı Ceyhun Məmmədov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Regional təhlükəsizlik

Növbəti xəbər

İki türk gözəli: Çorumla Laçını birləşdirən dəyərlər– FOTOLAR

Əlaqədar Xəbərlər

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 gün əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Gündəm

Deputat: ”Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün əsas tranzit və logistika tərəfdaşıdır”

2 gün əvvəl
Azərbaycanın yaratdığı reallıqlar Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib
Gündəm

“Gənc nəslin ana dilinə hörmət ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir”

3 gün əvvəl
Növbəti xəbər
İki türk gözəli: Çorumla Laçını birləşdirən dəyərlər– FOTOLAR

İki türk gözəli: Çorumla Laçını birləşdirən dəyərlər– FOTOLAR

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 gün əvvəl
Azərbaycanın arxalandığı güc
Xüsusi

Türk dünyasının inteqrasiyasında mühüm addım

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.