İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
20 Oktyabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Yaşıl Gələcək üçün Davamlılıq Proqramı” adlı layihə həyata keçirilib

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

27-28 iyul 2024-cü il tarixində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yaşıl Gələcək üçün Davamlılıq Proqramı” adlı layihə uğurla həyata keçirildi.

Tədbirin açılışında layihə rəhbəri Nigar Həşimova çıxış edərək bu cür layihələrin əhəmiyyətindən danışdı. O qeyd etdi ki, ölkəmizdə ekoloji maarifləndirmə və davamlılıq mövzularına böyük diqqət yetirilir. Dövlət tərəfindən bir çox proqramlar və layihələri həyata keçirilir ki, bu da gənclərin ekoloji bilik və bacarıqlarını artırmaq üçün geniş imkanlar yaradır. Nigar Həşimova bildirdi ki, ekoloji təhsil gənclərin müxtəlif ekoloji problemləri tanımasına, bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməsinə və ekoloji davamlılıq prinsipini tətbiq etməsinə yardım edən mühüm bir istiqamətdir.

Layihənin ilk günü ekoloji davamlılıq, bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyi ilə mübarizə yolları, həmçinin COP29-un məqsəd və strategiyalarının yerli və qlobal səviyyədə tətbiqi müzakirə edildi. Qeyd edək ki, ilk günün təlimçisi Nigar Həşimova özü idi. Layihəmizdə COP29-un əhəmiyyəti və bu tədbirin Bakıda keçirilməsinin yaratdığı imkanlar barədə geniş müzakirələr apardıq. Bu müzakirələr, davamlılıq strategiyalarının necə tətbiq edilə biləcəyi və ətraf mühitin qorunması mövzusunda vacib addımlar atmağa ilham verdi.

Layihənin ikinci günü isə Yerin Məsafədən müşahidəsi texnologiyalarının ətraf mühit, kənd təsərrüfatı, təbii fəlakətlər və iqlim dəyişiklikləri sahəsində tətbiqi izah edildi. İkinci günün seminarının təlimçisi, Azərkosmosun CİS mərkəzinin Peyk Təsvirlərinin Emalı bölməsinin rəhbəri Murad Camalov idi. Seminarın hər iki günü qrup işləri keçirildi və iştirakçılar günün sonunda öz nəticələrini və təkliflərini təqdim etdilər. İştirakçılar arasında aktiv müzakirələr aparıldı və hər qrup öz təkliflərini təqdim edərək layihənin əsas məqsədlərinə töhfə verdilər. Nəticədə, seminar iştirakçıları ekoloji davamlılıq və iqlim dəyişikliyi mövzularında bilik və bacarıqlarını genişləndirdilər, həmçinin praktiki təcrübə qazandılar.

Hər iki gündə iştirak edənlərə sertifikatlar təqdim olundu.

Bu layihə, gənclərin ekoloji bilik və bacarıqlarını inkişaf etdirməyə, ekoloji məsələlərdə daha fəal olmalarına və davamlı bir gələcək qurmaq üçün lazımi addımları atmağa yardımçı oldu. Layihənin sonunda iştirakçılar öz fikirlərini və təkliflərini bölüşərək, ekoloji davamlılıq sahəsində daha geniş bir şəbəkə qurmağın vacibliyini vurğuladılar. Ayrıca, qlobal iqlim dəyişikliyi mövzusunda məlumatlılığın artırılması və bu sahədəki problemlərin həllinə yönəlmiş tədbirlərin əhəmiyyəti qeyd olundu.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Proqressiv Gənclik- Sahibkarlığa uğurla addımla! ” layihəsinin icrası davam edir

Növbəti xəbər

Beyləqanda seçicilərlə növbəti görüş

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

10 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

10 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Sosial

TDT-nin artan nüfuzu

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Cəbrayılın inkişaf perspektivləri

2 həftə əvvəl
Parlaq qələbələr
Sosial

Heydər Əliyev irsi – müasir Azərbaycanın təməli

2 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Enerji diplomatiyasının zəfəri

2 həftə əvvəl
Növbəti xəbər
Beyləqanda seçicilərlə növbəti görüş

Beyləqanda seçicilərlə növbəti görüş

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Zəngilan dirçəlir

10 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Zəngilan şəhərinin inkişafında yeni mərhələnin başlanğıcı

10 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Füzulidə bərpa və quruculuq salnaməsi

10 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Zəfər yolu: Füzulinin azad edilməsi

10 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Beş illik azadlığın mübarək Zəngilan!

11 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.