İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 İyun, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ermənistandan Üzeyir Hacıbəylinin əsərlərinin mənimsənilmə hallarının aradan qaldırılması tələb edilib – BİRGƏ BƏYANAT

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Mədəniyyət Nazirliyi və COPAT dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsinin və Azərbaycan musiqi irsinin digər nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı birgə bəyanat yayıb.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasının musiqisinin bir hissəsi guya erməni bəstəkarı Arno Babacanyanın müəllifi olduğu “Vaqarşabad rəqsi” adı altında “Youtube” platformasında yerləşdirilib.

Qeyd edilən məsələ ilə bağlı aşağıdakı faktları çatdırmaq istəyirik:

Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” musiqili komediyasının (“Komediya”) musiqisini 1911-ci ildə, “Dörd məclisli musiqili komediya” adlı librettosunu 1913-cü ildə yazmışdır. Komediya 1913-cü il oktyabrın 25-də Bakıda H. Z. Tağıyev teatrında səhnələşdirilmiş və ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Müslim Maqomayev olmuşdur. Üzeyir bəyin “O olmasın, bu olsun” komediyasının musiqisinin və librettosunun müəllifi olması ümumqəbuledilmiş faktdır, onu sübut edən çoxsaylı mənbələr, o cümlədən dövrə aid yazılar, tamaşa afişaları, not yazıları və s. sənədlər mövcuddur.

Komediyanın əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən eyniadlı film çəkilmişdir. Filmin ssenari müəllifi Sabit Rəhman, rejissoru Hüseyn Seyidzadə, musiqi redaktoru böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovdur.

Musiqinin “Deyirlər ki, toy olacaq” hissəsinin mənimsəməsi ilə bağlı bəzi detalları aşağıda qeyd olunmuşdur:

 

– erməni bəstəkarı Arno Babacanyan komediyanın bir hissəsini 1982-ci ildə keçmiş SSRİ televiziyasında yayımlanan verilişlərin birində guya özünün müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında ifa etmiş, həmin ifa sonradan “Youtube” platformasında yerləşdirilmişdir;

 

– Con Suyan (2009), Endryu Boldi (2016), Aida Avanesyan (2021), Marian Vartapetyan (2021), Raffi Besalyan (2021), Kristina Tokatliyan (2022), Hayk Melikyan və digərləri də komediyanın sözügedən hissəsini “erməni musiqisi” kimi ifa edərək, “Youtube” platformasında yerləşdirmişdir;

 

– vaxtilə “Soyuzmultfilm” studiyasında istehsal edilmiş “Pyos i kot” adlı cizgi filmində komediyanın məşhur hissəsi – Məşədi İbadın “Gəl xanım, gəl yanıma…” ariyası erməni musiqisi kimi təqdim edilmişdir. Filmin titrlərində bəstəkarın adı Karen Xaçaturyan olaraq qeyd edilmişdir.

Məsələyə Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov münasibət bildirib:

“Üzeyir Hacıbəylinin əsərləri hələ o vaxtlardan erməni və gürcü bəstəkarlarının hədəfində olmuşdur.Belə ki hələ 1919-cu ildə rejissor V.Papazyan Krımda A.Xanjankovun studiyasında “O olmasın,bu olsun” opera filmini çəkməyə başlamışdır.

1924-cü ildə Ermənistan hökuməti Konservatoriya və Opera teatrı qurmaq məqsədilə erməni bəstəkarı A.A.Sependiarovu İrəvana dəvət edirlər.Bu vaxt Üzeyir Hacıbəylinin evində qonaq olan Sependiarov dahi bəstəkardan “O olmasın,bu olsun” operettasının bəzi melodiyalarını yeni yazdığı “Almast” operasında istifadə etməyə icazə verir.Üzeyir bəy buna icazə verir.Bu musiqini özəlləşdirmək istəyən ermənilər guya musiqinin ilk erməni “bəstəkarı” Komitasa məxsus olduğunu qeyd edirlər.Avantürist erməni qüvvələri tərəfindən erməni klassiki kimi qələmə verilən Komitasın heç bir musiqi təhsili yox idi”.

Sərdar Fərəcov rəqsin adının mənşəyinə də aydınlıq gətirib.O qeyd edib ki, Vaqarşabad şəhəri cənubi İraqda yerləşən bir ərazidir.İraqın cənubunda musiqilər, ritmlər, melodiyalar Qafqaz musiqisinə bənzəmir.Onu da qeyd etmək lazımdır ki, “O olmasın, bu olsun” operettası ilk dəfə 2007-ci ildə bəstəkarın ev-muzeyinin təşəbbüsü ilə nəşr olunmuşdur.

“Ermənistan Respublikasının müvafiq dövlət orqanlarından Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının yuxarıda qeyd edilən mənimsənilmə hallarının aradan qaldırılmasını, Üzeyir Hacıbəylinin müəllif hüquqlarının bərpa edilməsini, habelə Ermənistan Respublikasının ərazisində və ya onun subyektləri tərəfindən Azərbaycan mədəni irsi, xüsusilə də musiqi irsi nümunələrinin kütləvi şəkildə mənimsənilməsi hallarını təcili surətdə araşdırmağı və aradan qaldırmağı, beynəlxalq hüquqa və daxili milli qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb etməyi, görülmüş tədbirlər barədə ÜƏMT-yə məlumat verməyi tələb edirik”- deyə bəyanatda vurğulanıb.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ceyhun Məmmədov: Azərbaycan bundan sonra da Türk dünyasının birliyi üçün əlindən gələni əsirgəməyəcək

Növbəti xəbər

Ulu Öndərin ən çox görmək istədiyi azad olunmuş Qarabağ, bütöv və güclü Azərbaycan arzusu reallaşıb

Əlaqədar Xəbərlər

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

2 gün əvvəl
Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır
Gündəm

Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır

3 gün əvvəl
Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb
Gündəm

Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb

3 gün əvvəl
Gündəm

Beyləqanda 26 İyun-Silahlı Qüvvələr Günü qeyd edilib

3 gün əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Güclü ordu – güclü dövlət: Azərbaycanın hərbi inkişaf strategiyası

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Qərəzli və ədalətsiz yanaşmanın növbəti təzahuri

4 gün əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Ulu Öndərin ən çox görmək istədiyi azad olunmuş Qarabağ, bütöv və güclü Azərbaycan arzusu reallaşıb

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi
Sosial

“Təhsilli, bacarıqlı və uğurlu qızlar” layihəsi çərçivəsində Yay Məktəbi təşkil edildi

2 saat əvvəl
Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”
Gündəm

Könül Nurullayeva: “Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni icra etməyə qadirdir”

2 gün əvvəl
Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır
Gündəm

Ordumuz dövlətçiliyin, təhlükəsizliyin və sabitliyin etibarlı dayağıdır

3 gün əvvəl
Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb
Gündəm

Şahin İsmayılov Niger Respublikası Məsləhət Şurasının  Gənclər komitəsinin sədri ilə görüşüb

3 gün əvvəl
Gündəm

Beyləqanda 26 İyun-Silahlı Qüvvələr Günü qeyd edilib

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.