İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
28 Dekabr, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

“Bir dələduzun hekayəsi” – Millət vəkilindən SENSASİON yazı

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

(Azərbaycan siyasətinin üz qarası Əli Kərimliyə həsr olunur)

Əbülfəz Elçibəyin nəşinin Azərbaycana gətirilmə səhnəsini yəqin çoxları xatırlayır. Səhv etmirəmsə, ANS verirdi reportajı. Hava limanından. Gözləmə otağından.

Kütlə içində hər zaman olduğu kimi yenə ön plana çıxmağı bacaran oğlanın – Əli Kərimlinin divara qısılıb qalması, kövrək və köməksiz baxışlarla ətrafı süzməsi, sanki ən əziz adamını itiribmiş kimi davranması da çox güman diqqətli oxucuların yadındadır.

O, ağlayırdı…

Diskin tapılmayan vaxtında Elçibəy haqda iftira dolu disklər yazdıran, həmin diskləri bolu-boluna tirajlayan, dostu Xədicə İsmayıl vasitəsilə yaydıran və beləcə…bir tək lideri deyil, həm də müəllimi, mənəvi atası olmuş insana kürəyindən bıçaq saplayan adam başqasının deyil, elə məhz həmin Elçibəyin ölümünə ağlayırdı…

***

Əli Kərimli müxalifətin Kopperfildidir. O siyasətçi olmasa da mükəmməl gözbağlayıcıdır. Yaxından tanıyanlar deyir, adamın gipnoz qabiliyyəti o qədər güclüdür ki, 10 dəqiqəlik çıxışdan sonra bütün ətrafındakıları müvəqqəti də olsa nazir, komitə sədri, deputat eləməyi bacarır. Və bu faydasız, uğursuz eyforiya kiminsə telefonuna: “Evə qayıdanda 2 çörək, 3 kiloqram kartof al” – mesajı gələnə qədər davam edir. Beləcə bütün ilğımlar itir. İlmələr sökülür. Qızıl balığın nağılı bitir. Qayıdılır, AXCP adlı “bermud üçbucağı”nın həndəvərinə.

Əli Kərimlinin siyasətdəki səsi və ahəngi bizim vaxtımızda uşaqların qamışdan düzəltdiyi tütəyin avazına bənzəyir. Cır. Kövrək. Əldəqayırma.

Əli Kərimli 27 yaşın nostalgiyasından hələ də çıxa bilmir. O 21-ci əsrə adlamayıb. O eynən Şumaxer kimi komastoz, “bitkisəl” həyat yaşayır. O, Braziliyadan sonra dünya çempionu tanımır. O, “Sədərək” ticarət mərkəzinə hələ də “aeroport” deyir. O, latınca yazsa da KİRilcə düşünür. O, keçmiş məhəllə oyunlarından yalnız “ORTADA QALDI”nı yaxşı mənimsəyib, əxz edib…

Əli Kərimli öz müavinlərinin və tərəfdaşlarının gözündə günəşi çeçələ barmağı ilə sağa-sola fırlamağı, çatma qaşları ilə küləyin sürətini tənzimləməyi, divarda düz gəzməyi, tük yandırıb cin çağırmağı bacaran personajdır. Əslində və reallıqda isə tıq-tıq xanımın şəninə qısa qol köynəkdə tar çalan siçan bəydən ötəsi deyil…

Əli Kərimli bütün mövcud problemlərə nərdivan gözü ilə baxır. Üzərinə çıxıb boylanmaq, yekə görünmək, həmin problemlərin fonunda öz populizminə yeni nəfəs vermək üçün. Ona görə yırtıcı siyasətə bu qədər meyllidir. Ona görə qan çıxmayan yerdən filiz çıxarmağı bacarır. Ona görə qanun pozanlar, həbs edilənlər, lələkli radikallar başının tacıdır.

Əli Kərimli siyasi ibnə, analoqsuz şarlatan, kisəsiz mürdəşirdir. Əli Kərimli “yaxşı” sözünə, adına yaxın olan hər şeyin antonimidir. Əli Kərimli əslində Əfi Kərimlidir və başqaları üçün qazdığı quyuda özü ilişib qalan binəvadır, pislikdir, əsl “karma” nümunəsidir!

***

AXCP sədri bir dəfə hansısa məclisdə deyibmiş ki, gün gələcək Azərbaycanın Mandelası kimi hansısa filmdə mənim obrazım canlanacaq. Qaraguruh da bu fikri ayaq üstə alqışlayıbmış.

Oysa, eşit bəy. Gör nə deyirəm. Səni ən yaxşı halda canlandırsalar – inan, o da ən yaxşı halda – Mandelanın bağındakı mandarin obrazında canlandırarlar.

Vəssalam. Bundan artığına ümid eləmə.

Elshen_Musayev (4).jpg (288 KB)

Elşən Musayev,
Milli Məclisin deputatı

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Türk dünyasını birləşdirən layihə: Zəngəzur dəhlizi bu il açılacaq?

Növbəti xəbər

Ceyhun Məmmədov: Bu Layihə ölkəmiz üçün çox faydalı olacaq

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

4 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

4 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

8 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

1 il əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

1 il əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Ceyhun Məmmədov: Bu Layihə ölkəmiz üçün çox faydalı olacaq

Cari ildə əldə olunan nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib ŞƏRH
Gündəm

Cari ildə əldə olunan nəticələr Azərbaycanın idman ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib ŞƏRH

10 saat əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Ulu Öndərin azərbaycançılıq ideologiyası əsasında formalaşan milli həmrəyliyimiz əbədidir

13 saat əvvəl
“İlin gənc müəllimi” mükafatlandırıldı – FOTOLAR
Gündəm

“İlin gənc müəllimi” mükafatlandırıldı – FOTOLAR

2 gün əvvəl
Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
Gündəm

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

4 gün əvvəl
Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb
Gündəm

Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.