İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
27 Dekabr, 2025 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Şahin İsmayılov: Zərifə xanımın xatirəsi xaqlımızın qəlbində yaşayır və yaşayacaqdır

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan xalqı onun tarixində müsbət dəyişiklər etməyi bacaran hər bir ictimai xadim, elm adamı, ziyalını qəlbində yaşadır, hörmət və ehtiramını ifadə edir. Akademik Zərifə xanım Əliyeva ömrünü tibb elmininin inkişafına, insanların sağlamlığına, ictimai işlərə həsr etməklə sağlığında böyük rəğbət qazanmışdır. O, bu gün böyük ehtiramla yad edilir və gələcəkdə də insanların ona olan sevgisi bitməyəcək. Çünki, Zərifə xanım həyatı boyu vətəninə, xalqına səmərəli xidmət göstərən və insanların sağlamlığı üçün çalışan əsl Azərbaycan qadını olub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olan Zərifə xanım gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoymuşdu. O, özünün bu ali məqsədinə çatmış və ömrünü tibb elminin inkişafına həsr edərək bəşəriyyət üçün böyük işlər görmüşdür. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda geniş yayılan traxoma infeksion xəstəliyi ilə mübarizədə Zərifə xanımın böyük əməyi olmuşdur. Belə ki,  O, xəstəliyin yayıldığı rayonlarda həkim-oftalmoloqlara məruzələr oxuyur, müalicəvi və profilaktik tədbirlərin təşkilində fəal iştirak edir və xəstəliklə mübarizədə ciddi səy göstərirdi. Bütün respublikada tətbiq etdiyi müalicə metodunun nəticəsində  ölkə bu xəstəlikdən xilas olmuşdu. Həmin vaxt traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Zərifə xanım Əliyevanın da həmmüəllifi olduğu fundamental “Terapevtik oftalmologiya” kitabı bu gün də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Fəaliyyəti çəçrivəsində böyük işlər görən Zərifə xanım 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafat olan M.İ.Averbax adına mükafata layiq görüldü.

Zərifə xanım Əliyeva böyük alim olmaqla yanaşı həm də vəfalı ömür gün yoldaşı, gözəl ana idi. Ulu Öndər Heydə Əliyev onun haqqında danışarkən bildirirdi ki, Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. Prezident İlham Əliyev də Zərifə xanım haqqında “Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı” – deyə qeyd edir. O, elmdə qazandığı uğurlarla yanaşı ailə dəyərlərinin qorunmasında da iz qoymuşdur. Prezident İlham Əliyevin bu gün Azərbaycan xalqı üçün etdikləri buna nümunədir.  Zərifə xanımın xatirəsi xaqlımızın qəlbində yaşayır və yaşayacaqdır.

 

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: “Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir”

Növbəti xəbər

Əbədi xatirələrdə qalan fədəkar azərbaycan ziyalısı

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Yeni reallıqlar və milli inkişaf strategiyası

4 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

1 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Sənaye gücü: Azərbaycan üçün strateji tərəfdaşlıq imkanları

2 həftə əvvəl
Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib
Sosial

Gəncə şəhərində “Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində ekskursiya və şəbəkələşmə görüşləri keçirilib

1 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Sabitliyin və inkişafın siyasi təminatçısı

1 ay əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Tarixin dönüş nöqtəsi

1 ay əvvəl
Növbəti xəbər
Əbədi xatirələrdə qalan fədəkar azərbaycan ziyalısı

Əbədi xatirələrdə qalan fədəkar azərbaycan ziyalısı

“İlin gənc müəllimi” mükafatlandırıldı – FOTOLAR
Gündəm

“İlin gənc müəllimi” mükafatlandırıldı – FOTOLAR

7 saat əvvəl
Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
Gündəm

Deputat Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

2 gün əvvəl
Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb
Gündəm

Elman Nəsirov Türkiyə Respublikasının Şimali Kipr Türk Cümhuriyyətindəki səfiri ilə görüşüb

2 gün əvvəl
“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı
Gündəm

“Sosial Bağlar Platforması” layihəsi yekunlaşdı

3 gün əvvəl
Deputat: Lazım gələndə Azərbaycan yenə də hamıya layiqli cavab verəcək
Gündəm

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsrə bərabər inkişaf yolu keçib

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.