İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Deputatlar neçə balla universitetə qəbul OLUNUBLAR… – SORĞU

1 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu günlərdə mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də buraxılış və qəbul imtahanlarıdır. Abituriyentlər artıq buraxılış imtahanlarını verib, blok imtahanlarına hazırlaşırlar.

 

Ötən ay keçirilən qəbul imtahanın cavablarının açıqlanmasından sonra məlum oldu ki, 14 şagird maksimum nəticə – 300 bal toplayıb.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Milli Məclisin üzvləri arasında onların vaxtilə qəbul imtahanında göstərdikləri nəticə barəsində sorğu keçirib.

 

1990-cı ildə anadan olan Cəbi Quliyev 576 balla Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər  ixtisasına qəbul olub: “İxtisas da, universitet də  arzu etdiyim kimi oldu”.

 

1981-ci il təvəllüdlü Müşfiq Cəfərov saytımıza açıqlamasında bildirib ki, o qəbulda 433 bal yığıb:

 

“1998-ci ildə imtahan vermişəm. Əslində, marağım Bakı Dövlət Universitetinin İqtisadi Kibernetikasına idi. Sadəcə evin tək övladı olduğum üçün öz şəhərimdə yerləşən Azərbaycan Kənd Təssərüfatı Akademiyasında (təhsil müəssisəsinin hazırkı adı Azərbaycan Dövlət Aqrar Universitetidir-red) İqtisadiyyatın İdarə edilməsi ixtisasında oxumağa qərar verdim”.

 

1982-ci il təvəllüdlü Ülviyyə Həmzəyeva isə 480 bal toplayıb:

 

“Naxçıvan şəhərində yerləşən şəhid Vəli Zeynalov adına 3 nömrəli məktəbin rus bölməsini bitirən deputat deyir ki, arzusu Bakıdakı Rəssamlıq Akademiyasında oxumaq imiş: “Amma atam hərbçi olduğu üçün Naxçıvandan Bakıya gəlib qəbul imtahanlarında rus bölməsi üzrə iştirak etmək imkanım olmadı. Mənə Naxçıvanda rus bölməsi üçün test kitabçası veriləcəyi deyilmişdi, ancaq çox təəssüf ki, bu baş tutmadı və imtahan qısa müddət qalmış mənim üçün rus bölməsi test kitabçası sifariş verilmədiyi bildirildi. 20 gün ərzində mən Azərbaycan dilinin qrammatikasını öyrənməyə başladım. Azərbaycan dilində yaxşı danışa bilsəm də, qrammatikanı öyrənməli idim. 20 gün ərzində qrammatikanı öyrəndim və imtahan verdim, Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinə qəbul oldum”.

 

Xanım deputat bütün abituriyentlərə uğurlar arzu edib: “Arzum budur ki, hər kəs öz sevdiyi peşəsini seçsin, çünki insan hər zaman bildiyi işlə məşğul olan zaman uğur qazanır ”

“.

Hazırda 38 yaşında olan Şahin İsmayılov isə 2004-cü ildə imtahan verib və 591 bal toplayıb.

 

“Mən 2004-cü ildə Azərbaycan Dillər Universitetin Avropaşünaslıq və Beynəlxaq Münasibətlər fakultəsinin Fransaşünaslıq ixtisasına qəbul olmuşam. Hazırda həmin fakültənin adı Regionşünaslıq və Beynəlxalq münasibətlərdir. Mən 591 balla qəbul olmuşdum və istədiyim fakultəyə qəbul olmuşdum”,-Ş.İsmayılov deyib.

 

Gəncə şəhərini təmsil edən deputat Naqif Həmzəyev 500-dən yuxarı bal topladığını deyib:

 

“2000-ci ildə imtahan vermişəm. Açığı topladığım bal tam yadımda qalmayıb. Təxmini 500 baldan yuxarı toplamışdım. Əsas o idi ki, arzuladığım kimi Bakı Dövlət Universitetinin Tarix fakultəsinə qəbul oldum.İstəyimə çatdım. Mənim Tarix fakultəsində oxumaq arzumun səbəbi Ulu öndər Heydər Əliyevin bu ixtisasda təhsil alması idi”.

 

Saytımıza açıqlamasında Milli Məclisin 1985-ci il təvəllüdlü deputatı Könül Nurullayeva bildirib ki, o, da istədiyi ixtisasa qəbul ola bilib:

 

“Üstündən uzun müddət keçdiyinə görə yığdığım bal tam yadımda deyil. Bir onu bilirəm ki, 600-ə yaxın bal toplamışdım.Bu balla da  Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsil almışam. Avropaşünaslıq və Beynəlxalq Əlaqələr arzuladığım ixtisas idi”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib

Növbəti xəbər

Deputatdan ŞOK SÖZLƏR: Yubileyinə 55 qonaq tapıb çağıra bilməyəcək qədər URVATSIZSAN

Əlaqədar Xəbərlər

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

10 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

1 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Parlamentin komitə sədri: “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın uğurlu enerji siyasətinin növbəti təzahürüdür

4 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Ordumuzun döyüş meydanında qazandığı qələbələr hərb tarixində yeni səhifə açdı

5 gün əvvəl
Növbəti xəbər
Komitə sədrinin müavini: Bələdiyyələrlə bağlı islahatlar ardıcıl şəkildə davam etdiriləcək

Deputatdan ŞOK SÖZLƏR: Yubileyinə 55 qonaq tapıb çağıra bilməyəcək qədər URVATSIZSAN

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

10 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

1 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycanın enerji gücünün və Zəfər rəmzinin parlaq timsalı

1 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycanın enerji siyasətində yeni mərhələ

1 gün əvvəl
20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

Deputat: “İtaliya və Çinlə münasibətlər Azərbaycanın uğurlu xarici siyasətinin tərkib hissəsidir”

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.