“Qadınlar qadınlar üçün: Gəlin, Vətəndaş Cəmiyyəti olaraq təşkilatlanaq” təşəbbüsü çərçivəsində Gəncə şəhəri, Göygöl və Lerik rayonlarında Qadın Təşəbbüs Qrupu yaradılması üçün qadınlarla müsahibə aparılmış və seçilmiş 16 qadın üçün 5 günlük təlimlər keçirilmişdir.
Təlimlər qadınların inkişafında və mövcud problemlərin həllində Dayanıqlı İnkişaf Məqsədləri əsasında 5 gün ərzində davam etmişdir. Əsasən bütün təbəqələrdən olan insanların iş və yaşamağa əlçatanlıq imkanları, genderəsslı zorakılıq və onun qarşısını almaq üçün yollar, qızların və həssas qrupdan olanların təhsilə əlçatanlığı müzakirə edilmiş, bu sahələrin araşdırılması və siyasət sənədlərinin hazırlanmasının yolları Təşəbbüs Qrupunun üzvlərinə öyrədilmiş, onlarla praktik məşğələlər keçirilmiş, ev tapşırıqları verilmişdir. Hazır keyslər üzərində iş aparılmışdır. Nəticə olaraq nəzərdə tutulan məqsədlərlə bağlı hər region üzrə Təşəbbüs Qrupu tərəfindən araşdırmalar aparılacaq və siyasət sənədi hazırlanaraq aidiyyatlı dövlət qurumlarına göndəriləcək, hədəf ərazilərdə advocasi aparılacaq, maraqlı tərəflərlə əməkdaşlıqlar qurulacaqdır. Layihə fəaliyyətləri davam edir.
“Qadınlar qadınlar üçün: Gəlin, Vətəndaş Cəmiyyəti olaraq təşkilatlanaq” təşəbbüsü Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf proqramının icra etdiyi “Azərbaycanda İnnovasiya Əsaslı və Dayanıqlı Vətəndaş Cəmiyyətinin İnkişafı” layihəsi çərçivəsində GenderLAB MMC tərəfindən həyata keçirilir.
Təşəbbüs Azərbaycan Respublikasının da qoşulduğu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 1.4; 4.5; 5.3; hədəflərinə cavab verir.