İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 May, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

31 mart soyqırımının qurbanları ehtiramla anılır

1 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər”

Azərbaycan xalqı tarixi torpaqlarımız olan indiki Ermənistan adlandırılan ərazidən didərgin salınıblar. İşğalçı ermənilər azərbaycanlılara, yerli dinc əhaliyə qarşı 1918-cil ildə soyqırımı törədiblər. Ermənilər tərəfindən xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb. Bu soyqırımı erməni-daşnakları bolşeviklərlə birgə ediblər. Məqsədləri Azərbaycanın müstəqillik elan etməsinə yol vermək, həmçinin Bakının neft üzərində nəzarəti saxlamaq istəyi səbəb olub. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Azərbaycanda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur, 1918-ci il hadisələrinin qurbanları ölkədə anılır. Xatırladaq ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Fərmanda qeyd olunur ki, millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb, çadırlarda yaşamağa məhkum edilib: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. 1998-ci ildən hər il 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı ölkənin bütün idarə və təşkilatlarında sərgilər, mühazirələr, “dəyirmi masa”lar və s. formada silsilə tədbirlər keçirilir. Vətəndaş cəmiyyəti, müxtəlif gənclər qrupu tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkələrdə aksiyalar keçirilir. Belə aksiyaların keçirilməsində məqsəd erməni təcavüzkarlarının törətdikləri soyqırımlarını dünya ictimaiyyətinə daha ətraflı çatdırmaqdır.

Prezident İlham Əliyev soyqırımı həqiqətlərinin ifşa edilməsi istiqamətində də prinsipial mövqe nümayiş etdirir. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” Bu il 31 Mart soyqırımı ilə bağlı anım tədbirlərinə artıq start verilib. 31 Mart soyqırımı günü münasibətilə ölkədə və xaricdə anım mərasimləri keçirilir.

31 martda Azərbaycan diasporunun başçıları da bu dəhşətli hadisələrin qurbanlarının xatirəsini yad edirlər. Bu tədbirlərdə, ümumiyyətlə, Azərbacanın ərazi bütövlüyü və azadlığı yolunda bütün şəhid olanların ruhu bir dəqiqəlik sükutla anılır. Erməni vəhşiliklərini əyani sübut edən tarixi sənədlər və fotoşəkillər nümayiş olunur.

Bu məsələ artıq dünya mediasının da diqqətindədir. Xüsusən, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər dünya KİV-lərində pislənir. Bu səpkidə son illər dünya mətbuatında 31 mart– azərbaycanlıların soyqırımı ilə bağlı yazılar yer almaqdadır. Bu yazılarda müstəqilliyini yenidən qazandıqdan sonra Azərbaycan xalqının başına gətirilən faciələrdən və uzun illər gizli saxlanılan tarixi həqiqətlərin açılmasından danışılır, bunlardan birinin də 1918-ci il martın 31-də ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı olduğu vurğulanır.

Xarici ölkələrdəki səfirliklərimiz tərəfindən də erməni soyqırımları haqqında mediada yazılar dərc olunur. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradıldığı, həmin ilin martında baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919-1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü kimi qeyd olunduğu vurğulanır.

Bu insanlıq faciəsinin gənclər tərəfindən müzakirəsi, onun dərindən öyrənilməsi hər birimiz üçün mühüm əhəmiyyət kəsb edir. Gənclərə bu hadisləri mükəmməl öyrətmək lazımdır. Bu günkü gənclər mübariz olmaldır ki, bir daha belə hadisələrə yol verilməsin.

Qasımov Səyavuş Kamran oğlu,

Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ermənilərin baş tutmayan planları

Növbəti xəbər

“Qadınlar qadınlar üçün: Gəlin, Vətəndaş Cəmiyyəti olaraq təşkilatlanaq” təşəbbüsü çərçivəsində 5 günlük təlimlər keçirilmişdir

Əlaqədar Xəbərlər

Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq üçün yeni üfüqlər açılır

3 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Sosial

Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda sülhə verdiyi töhfə

3 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Tarixdən alınan miras

1 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Sosial

Azərbaycanın yaşıl enerji potensialı artırılır

1 ay əvvəl
Çoxillik münaqişənin sonu
Sosial

Azərbaycan ilə Almaniya arasında strateji tərəfdaşlıq münasibətləri güclənir

1 ay əvvəl
Növbəti xəbər
“Qadınlar qadınlar üçün: Gəlin, Vətəndaş Cəmiyyəti olaraq təşkilatlanaq” təşəbbüsü çərçivəsində 5 günlük təlimlər keçirilmişdir

“Qadınlar qadınlar üçün: Gəlin, Vətəndaş Cəmiyyəti olaraq təşkilatlanaq” təşəbbüsü çərçivəsində 5 günlük təlimlər keçirilmişdir

Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinə dəstəyi
Sosial

Vahid mövqelər

3 saat əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

3 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq üçün yeni üfüqlər açılır

3 saat əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

3 saat əvvəl
Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR
Gündəm

Neftçalada Ulu Öndərin xatirəsi yad edilib – FOTOLAR

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.