İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
16 Sentyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Sirr deyil ki, Azərbaycan ilə Gürcüstan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulmuşdur. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər. Müstəqilliyin bərpasından sonra hər iki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq görərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu strateji əməkdaşlıqlar keçən müddətdə bütün sahələr üzrə uğurla davam etdirilir. Bu gün, strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir. Bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən də bağlayır. İcra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, tam əminliklə demək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün, artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir. Əlbəttə ki, bu münasibətlərin dostluq qardaşlıq zəminində təmin olunması hər iki ölkənin inkişafına da xüsusi töhfə verir. Azərbaycanın yaratmış olduğu yeni reallıqlar, həyata keçirdiyi iqtisadi layihələr, bütövlükdə regionu və əməkdaşlıq etdiyi ölkələrin maraqlarını əhatə edir. Azərbaycanın enerji daşıyıcılarının dünya bazarlarına, xüsusən də, Avropaya çıxarılması Gürcüstanla formalaşmış ənənəvi münasibətləri yeni bir müstəviyə daşıyır. Artıq, Gürcüstan vasitəsi ilə Avropaya qaz ixracının artırılması və 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması da nəzərdə tutulur. Bununla yanaşı, elektrik enerjisi ixracının artırılması və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücünün imkanlarından da geniş istifadə üçün perspektivlər mövcuddur. Paralel olaraq isə, Asiyadan Qərbə və əksinə daşınan yüklərin artması yeni reallıq yaradıb. Bu baxımdan da, Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona artırmağı planlaşdırır ki, bu da yaxın gələcəkdə daha geniş imkanların formalaşmasına zəmin yaradacaqdır. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan region ölkələrinin iştirakı ilə yeni bir inkişaf konsepsiyasının formalaşmasında maraqlı olduğunu bəyan edib. Bu mənada, Azərbaycan-Gürcüstan-Ermənistan məsləhətləşmələrinin başlanması üçün mühüm imkanlar yaranıb. Öz növbəsində, rəsmi Tbilisi də 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda Ermənistanla Azərbaycan arasında münaqişənin həllində vasitəçilik etməyə hazır olduğunu bildirib. Yeni əməkdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan−Gürcüstan əlaqələri, qarşılıqlı hörmət, etimad, bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulan münasibətlər hər iki ölkənin uğurlu, sabit inkişafının qarantına çevrilib və bu reallıq iki dövlət arasında münasibətlərin xarakterinə öz müsbət təsirini göstərir. Bir reallığı unutmaq olmaz ki, Azərbaycan-Gürcüstan dostluğu, Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələrdir

Növbəti xəbər

“İkili standartlar” siyasətinin təzahürü

Əlaqədar Xəbərlər

“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

6 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Türk dünyasının güclənməsinə doğru

3 həftə əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

2 ay əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

2 ay əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

2 ay əvvəl
Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır
Siyasət

Bu səfər Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlığın daha da gücləndirilməsində mühüm addımdır

2 ay əvvəl
Növbəti xəbər
“İkili standartlar” siyasətinin təzahürü

“İkili standartlar” siyasətinin təzahürü

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

“Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri erməni saxtakarlığının ifşası baxımından da böyük əhəmiyyətə malikdir” – Elşən Musayev

23 dəqiqə əvvəl
Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir
Gündəm

Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir

14 saat əvvəl
Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama
Gündəm

Ermənistanın həqiqətə dözümsüz olduğunu nümayiş etdirir

14 saat əvvəl
Deputat: ”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
Gündəm

Deputat: ”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”

1 gün əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.