İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Dekabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Ermənilərin hədəfi şəhər yox, mülki əhali idi” – Mirqiyas Sarıyev

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün səhər saatlarından başlayaraq Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar insanlar “Ana harayı” abidəsini ziyarət edir.

News365.az da hadisə yerində olub, prosesləri izləyib. Eyni zamanda bəzi soydaşlarımızla həmsöhbət olub. Saytımızla fikirlərini bölüşən “Eyyubov MMC”-nin baş direktoru Mirqiyas Sarıyevlə müsahibəni təqdim edirik:

-Mirqiyas müəllim, hansı hisləri keçirirsiniz?

-Əlbbət də ki, çox həyəcanlıyam. Əsrin faciəsindən-Xocalı soyqırımından bizi 32 illik zaman fasiləsi ayırsa da biz hər gün o məşum və dəhşətli gecəni xatırlayırıq. Fevralın 25-dən 26-na keçən gecən Ermənistan yaraqlıları 366 mototatıcı alayın dəstəyi ilə Xocalı şəhərinə soxuldu. Bildiyimiz kimi müharibənin müəyyən qaydaları var. Hücum zamanı mülki vətəndaşlara “humanitar dəhliz” verilir. Amma ermənilər bütün qaydaları ən kobud şəkildə pozdu və şəhər sakinlərinin soyqırımını həyata keçirdi. Əslinə baxsan o zaman ermənilərin hədəfi də mülki əhali idi. Onlar qətliam törətməklə azərbaycanlıların gözünü qorxutmaq istəyirdi. Ona görə də mülki insanların günahsız yerə qətl edilməsi bizi hər zaman ağrıdır.

– Bəs, o zaman aparıcı dövlətlər niyə bu soyqırımına laqeyid qaldı?

– O zaman Azərbaycan yenicə müstəqillik qazanmışdı. Dünya ölkələrinin çoxu bizim heç müstəqilliyimizi tanımamışdı. Üstəlik, Azərbaycan informasiya blokadasına alınmışdı. Səsimiz necə deyərlər heç Biləcəridən o yana keçmirdi. Üstəlik, Ermənistan-Azərbaycan münaqişəsinin alovlanmasında maraqlı dövlətlər çox idi. Bir sözlə dünyanın Xocalı soyqırımına laqeyid qalmasının səbəbləri çox idi.

-Etiraf edək ki, Xocalı soyqırımını tanıtmaq üçün xeyli zaman lazım gəldi…

– Bəli, uzun müddət Azərbaycanın haqq səsi dünyada eşidilmədi. Yalnız bu əsrin əvvəllərində biz dünyaya sözün tam mənasında açıla bildik. Məsələn, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü  ilə “Xocalıya ədalət!” kampaniyası başladı. Etiraf edək ki, o vaxta qədər dünyanın Xocalı qətliamı barədə çox az məlumatı vardı. Dövlət və QHT-lərin birgə səyi sayəsində Xocalı soyqırımı barədə dünya ictimaiyyəti səhih məlumat əldə edə bildi. Məhz bundan sonra bir sıra ölkələrin parlamentləri və inzibati ərazi vahidləri Xocalıda baş verənləri soyqırımı kimi tanıdı. Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb.

– Amma gec də olsa ədalət yerini tapdı. Xocalıda yenidən Azərbaycan bayrağı dalğalandı…

– Tamamilə doğru deyirsiniz. Xocalı cəlladları fiziki cəhətdən cəzalanmasa da şəhidlərimizin intiqamı alınıb. 15 oktyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində müqəddəs üçrəngli bayrağımızı qürurla dalğalandırdı. Məhz həmin gün təşnə olmuş yanğımızın üstünə soyuq su çiləndi. Məhz həmin gün şəhid xocalıların narahat ruhu dogma ocaqlara qayıtdı, rahatlıq tapdı. Məhz həmin gün şahid xocalılar ilk dəfə sevinc göz yaşlarına boğuldu.

Yəni bəşəriyyətin, konkret olaraq dünya ağalığı iddiasında olan Qərbin edə bilmədiyini Azərbaycan xalqı, Azərbaycan dövləti və onun Müzəffər Ali Baş Komandanı çox qısa zamanda  etdi. Və dünyanın yadından çıxmış “ruhlar şəhəri” Xocalı  yenidən dirçəlməyə başladı.

-Təsadüfü deyil ki,  uzun fasilədən sonra bu il xocalılar soyqırımın ildönümü öz ocaqlarında qeyd edirlər…

– Çox şükürlər olsun ki, 32 ildən sonra xocalılar nəhayət ki, öz dogma ocaqlarına qayıtdı, nisgillərinə, həsrətlərinə bir son verdilər. Nə xoş haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoydu, şəhər sakinləri ilə görüşdü. Bundan gözəl xəbər ola bilməz.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Prezident Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi

Növbəti xəbər

Komitə sədrinin müavini: Bələdiyyələrlə bağlı islahatlar ardıcıl şəkildə davam etdiriləcək

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

“Qələbə diplomatiyası” – Sabit Mehdiyev yazır…

9 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Deputat: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Qələbə strategiyasının reallaşmasını təmin edib

10 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir

11 saat əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsləri

11 saat əvvəl
Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

1 gün əvvəl
Azərbaycan Demokratik Maarifçilik Partiyası parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Gündəm

Milli Məclis Avropa Parlamenti ilə bağlı Bəyanat qəbul edib

3 gün əvvəl
Növbəti xəbər
Komitə sədrinin müavini: Bələdiyyələrlə bağlı islahatlar ardıcıl şəkildə davam etdiriləcək

Komitə sədrinin müavini: Bələdiyyələrlə bağlı islahatlar ardıcıl şəkildə davam etdiriləcək

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

“Qələbə diplomatiyası” – Sabit Mehdiyev yazır…

9 saat əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Deputat: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Qələbə strategiyasının reallaşmasını təmin edib

10 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir

11 saat əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsləri

11 saat əvvəl
Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasının ümumi yığıncağı keçirilib

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.