Prezident İlham Əliyev: “Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik”.
Bu gün Azərbaycan qonşuları ilə qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Ermənistan isə hər zaman regionda sabitliyin pozulmasına çalışıb. Zaman-zaman Azərbaycana qarşı Ermənistan tərəfindən edilən təxribatlar buna əyani sübutdur. İllərdir Ermənistanın sülh danışıqlarına məhəl qoymaması elə bu işğalçı ölkənin özü üçün mənfi sonluqla nəticələndi. Azərbaycan Ordusu erməni təxribatçılarına adekvat cavab verərək torpalqarımızı işaldan azad edib şanlı Zəfərə nail oldu. Prezident İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibə Vətən müharibəsindən qürurla danışaraq bildirib ki, Azərbaycan ədaləti və ərazi bütövlüyünü bərpa etdi: “Müharibə uğurla başa çatdı. Biz bir çox amillərə baxmadan müharibədə qalib gəldik: siyasi amillərə, bizim hərbçilərimiz üçün bir neçə müdafiə səddinin qırılmasını çətinləşdirən işğal edilmiş ərazilərdə uzunmüddətli infrastruktur layihələrinin olması amillərinə baxmadan. Bəzi yerlərdə onların minalarla dolu beş, digər yerlərdə isə yeddi müdafiə səddi var idi”.
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həllində maraqlı deyildirlər. Münaqişə ilə bağlı status-kvonun dəyişdirilməsini istəmirdilər. Dünya sanki kor idi, kar idi. Buna görə də Azərbaycan üzərinə düşən tarixi missiyanı yerinə yetirdi. Bununla dövlətimiz həm də dünyaya gücünü göstərək haqq, ədalət uğurunda mübarizə apardı. Beynəlxalq birlik Azərbaycan xalqının birliyinə də şahid oldu.
Azərbaycan hər zamanki kimi ədalətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. “Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq”, – deyə dövlətimizin başçısı əlavə edib. Azərbaycan təkcə sözdə deyil, əməldə də ədalətli olduğunu göstərdi. Vətən müharibəsi günlərində qazanılan şanlı Zəfərdən sonra, növbəti mərhələ Ermənitsan-Azərbaycan münasibətlərinin normallaşması, sülhün əldə olunmasıdır. Lakin Ermənistan sözdə sülh istəsə də əməli olaraq bu istiqamətində heç bir addım atmır. Azərbaycan sülhün prinsipial şərtlərini Ermənistana açılqayıb. Prezident İlham Əliyev müsahibədə bir daha qeyd etdi ki, əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik. Gördüyümüz kimi, müsahibədə dövlətimizin başçısı Ermənistanın mübahisəli iddalı davrandığını önə çəkir və bununla da sülhün gecikdiyinin şahidiyik. 30 il Ermənitsan münaqişə ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirdi. Bu gün də Ermənistan eyni mövqedə qalıb. Təəssüf ki, 10 noyabr Bəyanatını imzaladıqldan sonra Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Elə bu da Ermənistanın sülh prosesinə qeyri- konstruktiv yanaşmasının bariz nümunəsidir. Bununla yanaşı, Ermənistan normallaşma prosesində vasitəçiləri də çaşqın duruma salıb. Sülh razılaşması ilə bağlı ikitərfli və üçtəfli görüşlərdə Ermənistan rəhbərliyi qəbul etdiyi bəyanatları sonradan inkar edir. Yeri gəlmişkən, bu baxımdam erməni lobbisi Ermənistana təzyiqilər edir. Son Brüssel görüşündən sonra bir sıra erməni lobbi təşkilatları bu görüşdən sonra yayılan bəyanatı qəbul etmədiklərini bildirblər. Hətta buna etiraz olaraq çıxışlar edib, etiraz bəyanatları yayıblar. Büütn bunlar da sülhün yarnması üçün aparılan danışıqlara zərbədir. Amma buna baxmayaraq vasitəçilər öz işini davam etdirir. Yeni görüşlər üzərində danışıqlar gedir. Prezident İlham Əliyev müsahibəsində “Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər” deyə fikir bildirib. Dövlətimizin başçısı bunu “çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir” deyə əsaslandırb: “Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir”. Hazırda Ermənsitan tərəfindən təxribatlardan başqa heç bir hərəkət görmürük. Bu ölkə sanki separatçılıq üçün yaradılıb. Regionda sabitiliyi pozmaq, gərginlik yaratmaq Ermənsitanın tarixi işi olub. Bu gün də Ermənistan beynəlxalq aləmə şou göstərməkdə davam edir. Ermənipərəst qüvvələr də bu şoulardan öz maraqları üçün istifadə edirlər. Həqiqət isə budur ki, Ermənistan hər zaman olduğu kimi, beynəlxalq birliyi aldatmaqla məşğludur. Bu sepratçı ölkə hələ də dərk etmir ki, bu kimi fəaliyyətlərlə sülhə nail olmaq mümkün deyil. Görünür, Ermənistan bununla bir da demək istəyir ki, sülhə hazır deyil. Azərbaycan isə davamlı olaraq Ermənistanı sülhə dəvət edir. Lakin belə davam edərsə, növbəti “dəmir yumruq” zərbəsi Ermənistanı sülhə məcbur gətirəcək. Prezident İlham Əliyevin “Euronews” televiziya kanalına verdiyi müsahibə də Ermənistanı bir daha sühə çağırış xarakteri daşıyır. Bu çağırışın Qələbəmizin rəmzi, Şuşadan verilməsi də Ermənistana bir mesajdır.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu