İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
4 İyul, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Vətən xainləri: Xəyanətdən satqınlığa uzanan “uğurlu yol”

2 il əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

İstənilən demokratik ölkələrin siyasi sistemində iqtidar və müxalifət anlayışı mövcuddur. Əlbəttə ki, bura Azərbaycan da daxildir və demokratik ölkəmizin siyasi sistemində bu anlayışlar hər zaman aktuallığı qoruyub saxlayıb.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu və təxminən 2 il müstəqil ölkə kimin tarixin səhifələrinə yazıldı və 1920-ci ildən təxminən 70 il müddət ərzində Sovet İdarəçiliyinin nəzarətinə keçdi.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin yeni dövrü başlandı, lakin çox çətin, hətta nəticəsi görünməyən bir müstəqillik dövrü. Təsadüfi deyil ki, 1991-1993-cü illər aralığında ölkədə xaos hökm sürməkdə idi. Bir-birini ardıcıllıqla dəyişən yarıtmaz hakimiyyət xalqımızın da gələcəyə olan ümidlərini qırır, ölkəmizin müstəqilliyini təhlükə altına salırdı. Bunun nəticəsi idi ki, düşmən ermənistan hakimiyyəti ölkədə siyasi hərc-mərclikdən istifadə edərək, Azərbaycanın ən vacib, strateji, səfalı regionlarından olan Qarabağ ərazisi və ətraf rayonları işğal etməyə başladı. Qısa müddət ərzində ölkəmizin ərazisinin 20 faizi işğal olundu, Azərbaycanın ərazi bötüvlüyü pozuldu.

Sözsüz ki, baş verənlər fonunda Azərbaycan xalqı öz xilaskarını axtarırdı. Bir tərəfdən düşmən hücumu və torpaqların işğalı, digər tərəfdən isə ölkədəki xaos xalqımızı əldən salmışdı. Buna görə də, Azərbaycan xalqı və ölkənin sayılıb-seçilən ziyalıları xalqımızı bu ağır dövrdən xilas edəcək xilaskarı olan Heydər Əliyevə müraciət etdi. Sözsüz ki, 1969-1982-ci illər aralığında Azərbaycana rəhbərlik edən, 20 Yanvar faciəsində hər şeyə gözə alaraq öz etirazını çatdıran Heydər Əliyev bu çətin və məsuliyyətli təklifi gözünü qırpmadan qəbul etdi, 15 iyun 1993-cü il tarixindən Azərbaycana rəhbərlik etməyə başladı. Bu tarix həm də Azərbaycan xalqının qurtuluş tarixinə çevrildi.

Azərbaycana rəhbərlik etməyə başladığı qısa müddət ərzində əldə etdiyi uğurlar, xalqın Heydər Əliyevə, dahi liderin isə xalqına olan etimadı nəticəsində növbəti 10 il Azərbaycanın müstəqillik tarixinə yalnızca qələbələrlə yazıldı.

2003-cü ildə Ümummilli liderin layiqli davamçısı İlham Əliyev məhz Azərbaycan xalqının yekdilliyi ilə prezident seçkilərində qalib gələrək Heydər Əliyev siyasətini davam etdirdi və tam yeni şanlı tarixi yaratmağa başladı.

Sözsüz ki, son 20 il ərzində Azərbaycanın istər daxildə, istərsə də regionda və dünyada qazandığı nailiyyətləri sayıb bitirməyə zaman yetməz. Onu demək yetərlidir ki, bugün siyasi, iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan beynəlxalq arenada əsas söz sahibidir və bu hər birimizin qürurudur.

Təbii ki, təxminən 30 il öncə ölkəni xaos vəziyyətinə salan, yarıtmaz hakimiyyətləri ilə xalqın nifrətini qazanan, 1 milyona yaxın qaçqın və məcburi köçkünü öz torpaqlarından didərgin düşməsinə səbəb olan və özlərini “layiqli müxalifət” adlandıran ünsürlər hər zaman dövlətimizin əldə etdiyi hər uğura məyus olur, bir bəhanə axtarmaqla qazanılan nailiyyətlərə kölgə salmağa çalışıblar. İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin dövründə xalqımıza və dövlətimizə ləkə gətirməyə çalışan, vətənini satan, xarici qrantların əvəzində özlərini xərcləyən bu xainlər hər vəchlə Azərbaycanın mövqeyini və statusunu aşağı salmağa çalışır, buna nail ola bilmədikdə isə sadəcə biabır olurlar.

Artıq nəyinki xalqın, onları dəstəkləyən tərəfdarlarının da inamını itirən bu ünsürlər ölkəmiz üçün əhəmiyyətli seçkilər zamanı da öz çirkin əməllərindən əl çəkmir, müxtəlif provakasiyalarla dünyanın diqqətini cəlb etməyə çalışıblar.

2013-cü il prezident seçkiləri ərəfəsində özlərini “ Milli Şura” adlı koalisiya birliyi kimi göstərən bu “müxalifət” nümayəndələri birləşdikləri ilk andan etibarən qrupdaxili çaxnaşmalarla rəzil etdi və gözlənildiyi kimi məğlub oldular və bir daha birləşmədilər. Əslində bu bir mesaj idi, həm özlərinə, həm tərəfdarlarına, həm də xalq üçün. Bizim bir məqsədimiz var: Yalan vədlərlə insanların gözlərini pərdələyib, öz maraqlarımızı təmin etmək, ciblərimizi doldurmaq.

Amma bir şeyi unutmuşdular ki, Azərbaycan xalqının artıq gözü açıqdır. 20 il öncə xalq sizinkimlərin əsl simasını görərək onları çətin anda kimin xilas etdiyini çox gözəl bilirdi.

Təsadüfi deyil ki, birlikdə fəaliyyətin də uğursuz olduğunu anlayan bu xainlərin hər biri müxtəlif zamanlarda özlərini “lider” adlandıraraq öz çirkinə əməllərini reallaşdırmaq, xarici sahiblərindən daha çox qrant almağa təşviq etmək üçün hər cür iyrəncliyə əl atıblar.

Əli Kərimli kimi vətənini pula satan ünsürlərdən də bir şey çıxmadığını görən həmin maraqlar yeni adlar və obrazlar meydana gətirərək bu yolla nələrəsə nail olacaqlarını düşünürlər və bunlardan biri də Tofiq Yaqublu adı ilə yaradılmış, onların gözündə “qəhrəman”, xalqın gözündə isə əsl xain bir obrazdır.

Təkcə son 10 ildə bu xaininin müxtəlif zamanlarda elədiyi iyrənclik və rəzillikləri gördükdə digərlərindən fərqli bir ünsür olmadığını açıqca anlaya bilirik. Hər zaman dövlətimizin ona qarşı humanist davranmadığını, hüquqlarının pozulduğunu bildirən Tofiq Yaqublu məhz dövlətimiz və onun başçısı tərəfindən edilən humanist davranışla 2015-ci ildə qızının yas mərasimində iştirak etmək üçün müvəqqəti azadlığa buraxıldı, 2016-cı ildə dövlət başçısının sərəncamı ilə əfv edildi, 2021-ci ildə onunla bağlı qərar ləğv olundu.

Ey Tofiq Yaqublu, siz və sizinkimilər bu ölkədə hüququn, demokratiyanın, humanizmin olmadığını deyirsinizsə, bəs daha öncə qeyd etdiklərimiz necə və kim tərəfindən reallaşdırıldı?! Özünüz də çox yaxşı bilirsiz ki, sizinkimilər xalqın gözündə hansı səviyyədəsiniz.

2020-ci ildə Azərbaycan ordusu və xalqının birgə həmrəyliyi ilə dövlətimiz zamanında sizin hakimiyyətin təhvil verdiyi torpaqları işğaldan azad etdi və ərazi bötövlüyünü bərpa etdi. Əlbəttə ki, Azərbaycan xalqı və dünya Azərbaycanlıları bu tarixi zəfərə sevinəndə, sizin kimi xainlər buna hiddətləndiz, məyus olduz və qələbəmizə kölgə gətirmək üçün əlinizdə gələni əsirgəmədiz. Amma yenə istəyinə nail ola bilmədiniz və ola bilməyəcəksiniz!

Bugün artıq özünüz də çıxışlarınızda, müsahibələrinizdə birbaşa və dolayı yollarla öz uğursuzluqlarınızı, fitnəkarlığınızı, iyrənc əməllərinizi etiraf edərək daha da rəzil duruma düşürsünüz. Unutmayın ki, Azərbaycan xalqı bir daha sizin kimi vətən xainlərini yaxına buraxmayacaq, siz o xəyallarınızı elə yuxularınızda reallaşdıracaqsınız. Ya sakitcə kənardan tamam edəcəksiniz, ya da erməni qardaşlarınızın 2020-ci ildə daddığı “dəmir yumruq”dan öz nəsibinizi alacaqsınız!

Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, güclü dövlətimiz və dövlət başçımız var ölkəmiz yalnızca qələbələrə doğru irəliləyəcək!

 

Fuad Heydər,

YAP Səbail rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat: “Zəngəzur dəhlizi ilə türkdilli dövlətlərin inteqrasiyası sürətlənəcək”

Növbəti xəbər

Müşfiq Səfərov: Şuşa Bəyannaməsi Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır

Əlaqədar Xəbərlər

Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

2 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

6 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

7 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

9 ay əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Siyasət

Komitə sədri: Fransız və erməni “bacıları” kimdir ki…

9 ay əvvəl
Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir
Siyasət

Mircəlil Qasımlı: Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm təmasları ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafını təmin edir

9 ay əvvəl
Növbəti xəbər
Özbəkistan ilə əməkdaşlığın mahiyyəti və ruhu unikaldır – Müşfiq Səfərov

Müşfiq Səfərov: Şuşa Bəyannaməsi Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır

2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Bakının ən gözəl yerində Özbəkistan parkı açılacaq

6 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

6 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan əlaqələrinin dinamik inkişafında müstəsna rol oynayır – RƏY

7 saat əvvəl
Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib
Gündəm

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

3 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı vardır

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.