İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 İyul, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Azərbaycan ombudsmanı beynəlxalq ictimaiyyətə müraciət ünvanladı

3 il əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva (ombudsman) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçularının həbs müddətinin uzadılmasına etiraz edib.

AZƏRTAC ombudsmanın bununla bağlı beynəlxalq ictimaiyyətə ünvanladığı müraciəti təqdim edir.

“Məlum olduğu kimi, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum ediliblər.

Bu dövr ərzində onlar vəkillə təmin olunmayıb, müxtəlif işgəncələrə və pis rəftara məruz qalıblar. Bununla da beynəlxalq hüququn normaları kobud şəkildə pozulub.

Təəssüflə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı dəfələrlə edilən müraciətlərə baxmayaraq, düşmənçilik mövqeyini hələ də davam etdirən Ermənistan hakimiyyəti həmin şəxslərin həbs müddətini uzatmaqla növbəti dəfə beynəlxalq hüququn tələblərini heçə sayaraq, aparılan sülh danışıqlarına zərbə vurmaq niyyətini nümayiş etdirib.

Ermənistan tərəfindən keçirilmiş qondarma “məhkəmə prosesi” nəticəsində hərbi qulluqçularımızın qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və bu günlərdə onların həbs müddətinin uzadılması ilə bağlı verilmiş qərəzli “qərar”ın beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə zidd olduğunu bildirir və əsgərlərimizin dərhal azad olunmasını bir daha qəti şəkildə tələb edirik.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili olaraq, beynəlxalq ictimaiyyəti bir daha əsirlikdə olan hərbi qulluqçularımızın azad edilməsi məqsədilə ciddi və təsirli addımlar atmağa çağırıram”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

İtaliyalı velosipedçi “Əziz Şuşa” beynəlxalq yarışının dördüncü mərhələsinin qalibi olub

Növbəti xəbər

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

Əlaqədar Xəbərlər

Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

3 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir

4 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

5 saat əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli mətbuat – milli düşüncənin və dövlətçiliyin aynası

5 saat əvvəl
“Vətən sadəcə coğrafi məkan deyil, insanın kimliyi, tarixi, şəhidlərinin qanı, gələcək nəsillərin taleyidir”
Gündəm

“Vətən sadəcə coğrafi məkan deyil, insanın kimliyi, tarixi, şəhidlərinin qanı, gələcək nəsillərin taleyidir”

1 gün əvvəl
Növbəti xəbər

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

3 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir

4 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

5 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Siyasət

Azərbaycan və Almaniya arasında strateji dialoqun başlanğıcı

5 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.