İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
12 Oktyabr, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu

1 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirildi. Zirvə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Prezidenti Emoməli Rəhmon “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərarı imzaladılar.

Bu görüşün əhəmiyyəti, ilk növbədə, onunla bağlıdır ki, görüş institusionallaşma mərhələsinin məntiqi yekunudur. Prezident İlham Əliyev çıxışında bunu açıq şəkildə qeyd etdi: keçən ilin noyabrında Azərbaycan bu formatın tamhüquqlu üzvü oldu. Bununla da Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərini ikitərəfli kanallardan çoxşaxəli regional arxitekturaya transformasiya etdi.

Prezident İlham Əliyev qeyd etdi ki, son illərdə Azərbaycan–Türkmənistan münasibətləri dinamik inkişaf edir və ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Prezident İlham Əliyev Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etdi və xatırlatdı ki, keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak olunub. Simvolik kapitalın belə addımlarla yaradılması beynəlxalq münasibətlərdə etimadın qurulması mexanizmi kimi qiymətləndirilir. Qardaş Türkmənistanın bu hədiyyəsi xalqlar arasındakı dostluğun və mənəvi yaxınlığın təzahürüdür və bu, iqtisadi maraqların üzərində dayanan “yumşaq” diplomatiya qatıdır. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya dövlətlərinin iştirakı formatın ən güclü legitimləşdirici elementlərindən biridir. Prezidentin çıxışında konkret faktlar sadalandı: Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib. Məhz bu faktların siyasi mənası bir neçə səviyyədə açılır. Birincisi, region dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və bərpa prosesini faktiki olaraq tanıyır və dəstəkləyir. İkincisi, türk dövlətlərinin ortaq mədəni-mənəvi kodları bərpa olunan ərazilərdə maddi formada təcəssüm tapır. Üçüncüsü, bu layihələr regionşünaslıqda “həmrəylik diplomatiyası”nın klassik nümunəsidir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə hörmət, ortaq maraqlar və uzunmüddətli tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Son dövrdə keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində intensiv siyasi təmaslar və müxtəlif çoxtərəfli platformalarda nümayiş etdirilən qarşılıqlı dəstək bu münasibətlərin strateji xarakterini daha da möhkəmləndirib. Bu baxımdan Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv kimi cəlb olunması mövcud əməkdaşlıq mexanizmlərinin təbii şəkildə genişləndirilməsi kimi xüsusi əhəmiyyət daşıyır.

Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın regiondakı roluna verdiyi siyasi əhəmiyyət danılmazdır. Azərbaycanın iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, nəqliyyat-kommunikasiya imkanları və enerji sahəsində həyata keçirdiyi layihələr Mərkəzi Asiya ilə daha geniş regional əməkdaşlıq üçün mühüm zəmin yaradır. Xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı, Xəzər üzərindən daşımaların genişləndirilməsi, enerji resurslarının dünya bazarlarına çıxarılması və ticarət əlaqələrinin şaxələndirilməsi istiqamətlərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin maraqları böyük ölçüdə üst-üstə düşür. Bu çərçivədə Türkmənistanın və şəxsən Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsünü və siyasi mövqeyini xüsusi qeyd etmək məqsədəuyğundur. Avazada keçirilmiş görüş zamanı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında tamhüquqlu iştirakı ilə bağlı irəli sürülmüş təşəbbüs Azərbaycan-Türkmənistan münasibətlərinin yüksək səviyyəsini və iki ölkə arasında formalaşmış qarşılıqlı etimadı nümayiş etdirən mühüm siyasi addım olmuşdur. Sözügedən təşəbbüs Azərbaycanın regionla əməkdaşlığının daha institusional müstəviyə keçirilməsi baxımından da əhəmiyyətli idi. Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişafı bu təşəbbüsün siyasi və iqtisadi kontekstini daha aydın şəkildə ortaya qoyur. İki ölkə arasında dövlət başçıları səviyyəsində münasibətlərin intensivliyi, Xəzər dənizi, enerji, nəqliyyat, ticarət və digər sahələrdə əməkdaşlığın genişlənməsi qarşılıqlı maraqların getdikcə daha çox istiqamətdə uzlaşdığını göstərir. Bu münasibətlər həm ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, həm də Azərbaycan ilə Mərkəzi Asiya arasında daha sıx regional inteqrasiyanın təşviqinə xidmət edir.

 

 

Müşfiq Səfərov,    

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Sən kimsən ki, bizə başından-boyundan yekə məsləhətlər verirsən?!

Növbəti xəbər

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

Əlaqədar Xəbərlər

Gənclərin idmana marağı artır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

1 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir – ŞƏRH

1 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

1 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Sən kimsən ki, bizə başından-boyundan yekə məsləhətlər verirsən?!

1 gün əvvəl
“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib
Gündəm

“Allahyarlı kənd”, “Yeni Mil qəsəbə” və “Milabad qəsəbə” Ərazi partiya təşkilatlarında tədbirlər keçirilib

1 gün əvvəl
Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib
Gündəm

Beyləqanda YAP-ın VIII Qurultayına həsr olunmuş növbəti tədbirlər keçirilib

1 gün əvvəl
Növbəti xəbər
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

Gənclərin idmana marağı artır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün etibarlı tərəfdaş əlaqələrinin qurulması prioritet istiqamətlərdəndir

1 saat əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir – ŞƏRH

1 saat əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

1 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu

1 saat əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Sən kimsən ki, bizə başından-boyundan yekə məsləhətlər verirsən?!

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.