İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 Mart, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında qeyd etmişdir ki, “200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləmişdir”. Azərbaycanın beynəlxalq müstəvidə ən ciddi söz sahibi olması bir çox məsələlərdə özünü biruzə verdiyi kimi, COP29-a ev sahibliyi etməsində də təsdiqini tapdı. Ümumiyyətlə vurğulanmalıdır ki, COP29 sülh prosesinin nəticəsidir. Belə bir tədbirin Azərbaycanda keçirilməsi otuz ilə yaxın bir müddətdə davam etmiş münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir. Keçən ilin dekabr ayında 200-ə yaxın dövlət tərəfindən Azərbaycanın namizədliyinin yekdilliklə dəstəklənməsi beynəlxalq birliyin ölkəmizə böyük etimadının və dəstəyinin təzahürü olmuşdur. Prezident İlham Əliyev Bişkekdə keçirilən Zirvə görüşündə əminliyini bildirmişdir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər. 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılan və türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq təşkilat böyük inkişaf yolu keçərək, beynəlxalq münasibətlərin mühüm faktoruna çevrilmişdir. Dövlət Başçısının qeyd etdiyi kimi, “Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır”. Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın azad olunmuş ərazilərdə inşa etdikləri məktəb və yaradıcılıq mərkəzi, eləcə də tikiləcək məktəblər bizim birliyimizin və qardaşlığımızın əyani sübutudur.

TDT-nin çox böyük perspektivi var və yaxın gələcəkdə bu dövlətlər öz sıralarına dövləti olmayan türk xalqlarını da cəlb edə bilərlər.Hazırda beş dövlət – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Bu siyasi-iqtisadi və hərbi birlik gələcəkdə Türk dövlətlərinin birləşdirilməsində mühüm rol oynayacaq. Azərbaycan üçün də bu təşkilatın çox böyük əhəmiyyəti var. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan regionun lider dövləti qismində çıxış edir. Dövlətimizin başçısı da çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırdı. Bu təşkilatın Azərbaycan üçün əsas beynəlxalq qurum olduğunu, Türk dünyasından başqa ailəmizin olmadığını vurğuladı. Bu doğma təşkilatın bundan sonra daha da gücləndirilməsi gələcəkdə hər hansı təhlükələrdən qorunmaq baxımından da əhəmiyyətli olacaq.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də təsadüfi deyildir. Bu, ölkəmizdə ESC (Avropa Həmrəylik Korpusu) prinsiplərinin – ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçidin diqqətdə saxlanıldığını bir daha sübut etməklə bərabər, COP29 kimi mötəbər tədbirə məsuliyyətlə hazırlaşmağımızı göz önündə sərgiləyir. Hazırlıq məqsədilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar olaraq 2024-cü il yanvarın 13-də dövlətimizin başçısının Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb. Şübhəsiz ki, Azərbaycanın dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbəsi, uzaqgörən siyasətinin nəticəsidir. Bu, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzvlükdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Bu, həmçinin son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə də tutarlı cavabdır.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın COP29-a ev sahibliyi etməsi xüsusi önəm daşıyır

Növbəti xəbər

Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini 200-ə yaxın ölkə yekdilliklə dəstəkləmişdir

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Xüsusi

Azərbaycan– Avropa İttifaqı Şurası əlaqələri yeni mərhələdə

1 həftə əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Xüsusi

Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilir

4 həftə əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

1 ay əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Xüsusi

“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”

1 ay əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür

2 ay əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir

2 ay əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini 200-ə yaxın ölkə yekdilliklə dəstəkləmişdir

Xaricdə təhsil almağı planlaşdıran tələbələr və valideynlər üçün böyük fürsət
Gündəm

Xaricdə təhsil almağı planlaşdıran tələbələr və valideynlər üçün böyük fürsət

8 dəqiqə əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

5 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

6 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.