İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Yanvar, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

20 Yanvar şəhidləri tarixin şanlı səhifələrini yazdılar

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

34 il öncə bu gün Azərbaycan tarixinə qanla yazılacaq daha bir səhifə açıldı. 1990-cı il 20 Yanvar tarixində Azərbaycanın bir çox yerlərində əliyalın azərbaycanlılara qarşı vəhşi, misli görünməmiş qətliamlardan biri törədildi. Bir gecədə yüzlərlə insan Şəhid oldu, yaralandı.

20 Yanvar faciəsi tariximizə qanla yazılmış olsa da tankların qarşısına əliyalın, silahsız çıxan Şəhidlərimiz bu hadisəni həm də bir qələbə simvoluna çevirmiş oldu. Həmin dövr Azərbaycanda olduqca gərgin vəziyyət hökm sürürdü. 80-ci illərdən başlayaraq ermənilər Qarabağda təxribatçı addımlar atır, azərbaycanlılara hücum edirdilər. 1988-ci ildə “Miatsum” hərəkatını başladan ermənilərin fonunda Sovetlər Azərbaycan əhalisindən silahları toplayırdı. Artıq hər kəs proseslərin nəyə doğru getdiyini az-çox təsəvvür edə bilirdi. Bu hadisələr insanları çox narahat edir, etirazlar bütün ölkə boyu müşahidə edilirdi. Nəticədə isə həmin qanlı gecədə Sovet İttifaqı ordusu Bakıda qırğınlar törətdi.

Baş vermiş olaylar həm də Azərbaycan xalqının milli düşüncəsinə, azadlıq düşüncəsinin oyanmasına öz töhfəsini verdi. Bəli, Azərbaycan xalqı öz azadlığını, müstəqilliyini öz qanı ilə, canı ilə qazanıb.

Yanvar ayının 21-də ulu öndər Heydər Əliyev bütün qadağalara baxmayaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu qırğının sifarişçilərinə dünyanın gözü qarşısında öz qəti etirazını bildirib bəyanat verdi. 20 Yanvar hadisələri həm də Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etməsi ilə yekunlaşdı. Lakin faciələrimiz bununla yekunlaşmırdı. Həmin dövrlərdə Azərbaycana rəhbərlik edən şəxslərin siyasi səriştəsizliyi, dövlətçiliyimizə qarşı etmiş olduğu xəyanətlərə görə hətta Azərbaycan bir dövlət olaraq silinmək təhlükəsi ilə üz-üzə qalmış oldu. O zamana qədər ki, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Bu siyasəti davam etdirən Prezident İlham Əliyev 20 Yanvar əlilləri və şəhid ailələrinə daim diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib.

Göründüyü kimi Azərbaycan xalqı müstəqillik üçün çox böyük qurbanlar verib. 1990-cı ilin 20 Yanvarında qırğına məruz qalmış həmin böyük xalq bu hadisələrin üzərindən 30 il keçdikdən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixi torpaqları olan Qarabağı işğaldan azad etdi.

Muxtar Nağıyev,

YAP Səbail rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Səbail rayonunda seçicilərlə görüş keçirilib

Növbəti xəbər

LOQOS kollektivi Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLAR

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın enerji sektorunda peşəkarlıq və etibarlılıq modeli

5 gün əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Milli birliyin və ideoloji vəhdətin təcəssümü

3 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Dünya azərbaycanlıları üçün mənəvi körpü

3 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Yeni reallıqlar və milli inkişaf strategiyası

4 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Cəmiyyətin sağlam inkişafına xidmət edən təşəbbüs

4 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Sənaye gücü: Azərbaycan üçün strateji tərəfdaşlıq imkanları

1 ay əvvəl
Növbəti xəbər
LOQOS kollektivi Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLAR

LOQOS kollektivi Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

“Vaxt gələcək, Ermənistan hökuməti Xocalıda və Qarabağda törədilmiş qətliamları faciə kimi tanıyacaq və Azərbaycan xalqından üzr istəyəcək”

1 gün əvvəl
Ağdərə səfəri nəyi göstərdi: Prezidentin mesajlarının şifrəsi və Qarabağın yeni mənzərəsi
Gündəm

Ağdərə səfəri nəyi göstərdi: Prezidentin mesajlarının şifrəsi və Qarabağın yeni mənzərəsi

1 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Bakı və Abşeron yarımadasının su təhlükəsizliyi

2 gün əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Gündəm

Su infrastrukturunun köklü yenilənməsi: prioritet hədəf

2 gün əvvəl
Dövlət Proqramı uzunmüddətli su təhlükəsizliyinin təmin olunmasına yönəlib – ŞƏRH
Gündəm

Dövlət Proqramı uzunmüddətli su təhlükəsizliyinin təmin olunmasına yönəlib – ŞƏRH

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.