İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
26 Fevral, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ədalətin susdurulduğu gecədən suverenliyə uzanan yol

5 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

XX əsrin insanlığa sığmayan ən dəhşətli bəşəri cinayətlərindən biri- Xocalı faciəsi üzərindən 34 il keçir. Otuz dörd il… Tarix üçün bəlkə bir an, amma bir xalqın yaddaşı üçün əsrlərə bərabər ağrı, sarsıntı və yanğı deməkdir. Xocalı yalnız bir şəhərin adı deyil. Xocalı – ədalətin susdurulduğu, beynəlxalq hüququn kağız üzərində qaldığı, insanlığın imtahandan kəsildiyi məqamdır.

O illərdə ədalətdən, insan haqlarından, beynəlxalq hüququn aliliyindən danışan beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri bu dəhşətli cinayət qarşısında susdu. Reaksiya vermədilər. Qəti mövqe ortaya qoymadılar. Bu susqunluq isə sadəcə siyasi laqeydlik deyildi – bu, gələcək faciələr üçün təhlükəli presedent idi. Xocalıya göz yumanlar əslində dünyanın başqa yerlərində də oxşar cinayətlərə zəmin yaratdılar.
Dünya birliyi nəinki susdu, hətta erməni separatizminin daha da azğınlaşmasına şərait yaratdı. Azərbaycan torpaqlarının işğalına, etnik təmizləməyə, soyqırımı siyasətinə dolayısı və bir çox hallarda açıq dəstək verildi. İşğal faktı ilə barışmaq üçün Azərbaycana təzyiqlər göstərildi. Bu acı həqiqətləri Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan bəyan edib. O, açıq şəkildə bildirib ki, beynəlxalq hüquq selektiv tətbiq olunanda ədalət məfhumu öz mahiyyətini itirir.

Əslində, həmin dövrdə nümayiş etdirilən siyasi iradəsizlik qlobal və regional təhlükəsizlik sisteminin təməlini sarsıtdı. Bu gün beynəlxalq təşkilatların yaşadığı böhran, artan regional müharibələr, geosiyasi qarşıdurmalar, etimadın azalması təsadüfi deyil. Vaxtilə Xocalı kimi bəşəri cinayətlərə prinsipial münasibət göstərilmədi. Nəticədə beynəlxalq institutlar böyük güclərin əlində alətə çevrildi, qərarsız və amorf strukturlara dönərək iflic vəziyyətinə düşdü. Onlar nə islahat aparmağa qadirdir, nə də üzərlərinə düşən missiyanı yerinə yetirməyə. Sadəcə proseslərin arxasınca sürüklənirlər.

Lakin Azərbaycan bu ədalətsizlik qarşısında diz çökmədi. Azərbaycan xalqı sınmadı. Dözdü, gücləndi, səbir etdi. Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində ölkə güclü dövlət quruculuğu yolunu seçdi. Çünki aydın oldu: beynəlxalq hüquq işləmirsə, dövlət öz gücünə arxalanmalıdır.
Bu illər ərzində Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində sistemli fəaliyyət həyata keçirildi. Bu prosesdə mühüm təşəbbüslərdən biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası oldu. Qısa müddətdə geniş coğrafiyada dəstək qazanan bu təşəbbüs Xocalının unudulmaması, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm rol oynadı.

Azərbaycan isə strateji səbr nümayiş etdirdi. Gücləndi. Ordusunu modernləşdirdi. Dövlətini qüdrətləndirdi. Və zaman yetişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, separatizmin kökünü kəsdi.
Bu, yalnız hərbi qələbə deyildi. Bu, 30 illik ədalətsizliyə verilən cavab idi. Bu, susqun beynəlxalq sistemə ünvanlanan açıq mesaj idi: Azərbaycan öz taleyini özü həll etməyə qadirdir. Hərbi cinayətlərdə iştirak etmiş şəxslərin bir qisminin ədalət mühakiməsi qarşısına çıxarılması da göstərdi ki, cəzasızlıq dövrü bitib. Qalan cinayətkarların da gec-tez hüquq qarşısında cavab verəcəyi şübhəsizdir.

Bu gün Azərbaycan suverenliyini tam təmin etmiş, ərazi bütövlüyünü bərpa etmiş güclü dövlətdir. Lakin bu, Xocalının unudulması demək deyil. Əksinə, Xocalı Azərbaycan dövlətçiliyinin yaddaşında əbədi qalacaq bir dərsdir. O dərs deyir ki, ədalət uğrunda mübarizə aparılmasa, heç kim onu təqdim etməyəcək.

Prezident İlham Əliyevin “güclü və qüdrətli Azərbaycan” strategiyası məhz bu tarixi təcrübədən doğur. Azərbaycan xalqı onun ətrafında dəmir yumruq kimi birləşərək dövlətin güclənməsinə dəstək verir. Çünki artıq hamı anlayır: ədalət yalnız güclü olanda təmin olunur.

Xocalı unudulmayacaq. Xocalı bağışlanmayacaq. Və Xocalının dərsi Azərbaycanın gələcək inkişaf yolunda daim yol göstərici olacaq. Tarix bir daha sübut etdi – susanlar uduzur, amma haqq uğrunda mübarizə aparan xalq gec də olsa zəfərə çatır.

Şahin İsmayılov
Milli Məclisin Gənclər və idman komitəsinin sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir

Növbəti xəbər

Neftçala rayonunda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

Əlaqədar Xəbərlər

Neftçala rayonunda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub
Gündəm

Neftçala rayonunda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

4 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir

12 saat əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Azərbaycan dövləti öz gücü hesabına ədaləti bərqərar etdi

12 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı

1 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Tariximizin faciə və zəfər səhifələri

1 gün əvvəl
Növbəti xəbər
Neftçala rayonunda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

Neftçala rayonunda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

Neftçala rayonunda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub
Gündəm

Neftçala rayonunda Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

4 saat əvvəl
Ədalətin susdurulduğu gecədən suverenliyə uzanan yol
Gündəm

Ədalətin susdurulduğu gecədən suverenliyə uzanan yol

5 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir

12 saat əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Azərbaycan dövləti öz gücü hesabına ədaləti bərqərar etdi

12 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.