İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
11 Avqust, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bildiyimiz kimi, Şəhidlik məqamı qəhrəmanlıq rəmzi olmaqla bərabər, həm də, müqəddəslik məktəbidir. Elə bir məktəb ki, hər kəs o məktəbdən vətənpərvərliyi, sədaqəti, igidliyi, mərdliyi, cəsurluğu və digər mənəvi, əxlaqi dəyərləri  öyrənir. Hər dəfə Şəhidlər xiyabanını ziyarət edərkən, Şəhidlik zirvəsinin əlçatmaz olduğu qədər də, qürurverici bir məqam olduğunu dərk edirik. Vətən yolunda Şəhid olmaq, təbii ki, ən böyük şərəfdir, lakin o müqəddəs məqama yüksəlmək hər kəsə nəsib olmur. Qürur mənbəyimizə çevrilən qəhrəman Şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz, eləcə də, bütövlükdə Azərbaycan fəxr edir. Hər bir vətəndaş, birmənalı olaraq Vətən yolunda özünü fəda edən qəhrəmanlarımızı yaxından tanımalı, onların əziz xatirələrini yad etməlidirlər. Unutmaq lazım deyil ki, Şəhidlər bizim ən ali qürur mənbəyimiz, fəxr yerimizdir. Şəhidliyi özünə ömür yolu seçən Vətən oğullarının döyüş yolu, onların göstərdiyi şücaət hər birimiz üçün örnəkdir. Dövlətimiz tərəfindən Vətən uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsi hər zaman uca tutulur.

Məlumdur ki, hər hansı bir müharibə itkisiz olmadığı kimi, Vətən müharibəsi də itkisiz başa çatmadı. 30 ilə yaxın bir müddət ərzində düşmən əsarətində olan torpaqlarımız Şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti, digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb.

Ölkəmizdə Şəhidlərin xatirəsinin daim əziz tutulması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin “Vətən müharibəsi Şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” Sərəncamına əsasən, Azərbaycan Respublikasında Vətən müharibəsi Şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabr ayının 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edildi. Eyni zamanda, həmin gün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub, Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım isə, gül dəstəsi qoyublar. Onu da qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman Şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda da dərin ehtiramla yad edilib. Bütün bunlar Şəhidlərimizə dərin ehtiram, hörmət və sevgi nümunəsidir. Bu gün, Şəhid ailələrinin və müharibə əlillərinin problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Onların mənzil-məişət, iş problemlərinin həlli, avtomobillərlə təminatı, aylıq təqaüdün və birdəfəlik ödəmələrin vaxtlı-vaxtında verilməsi göstərilən qayğının əyani təzahürüdür. Bu istiqamətdə çox böyük işlər görülüb, müxtəlif tədbirlər həyata keçirilib. Azərbaycan xalqının igid oğulları Azərbaycanın xoş gələcəyi naminə canından keçib. Şübhəsiz ki, onların hər biri özü-özlüyündə əsl qəhrəmanlıq nümunəsidir. Hər birimiz, müqəddəs Şəhidlərin ailəsi ilə birlikdə kədərlənir, Vətən naminə canından keçən igid oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirik. Sözsüz ki, Şəhidlərimizin qanı nahaq yerə tökülmədi, əksinə, onlar tarixi ədaləti bərpa etməklə yanaşı, möhtəşəm Qələbənin qazanılmasında birbaşa iştirak etdi. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu və hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamalıyıq. Biz, Vətən uğrunda əbədiyyətə qovuşan qəhrəman Şəhidlərimizi heç vaxt unutmayacaq, onları qəlbimizdə daim yaşadacağıq…

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər

Növbəti xəbər

ABŞ vətəndaşlarının Yaxın Şərqdən təxliyə planı nəzərdən keçirilir

Əlaqədar Xəbərlər

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

1 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü 

1 həftə əvvəl
Növbəti xəbər
ABŞ vətəndaşlarının Yaxın Şərqdən təxliyə planı nəzərdən keçirilir

ABŞ vətəndaşlarının Yaxın Şərqdən təxliyə planı nəzərdən keçirilir

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…
Gündəm

Ermənistan gerçəklərlə barışdı – Azərbaycanla düşmənçiliyin sonu çatır…

3 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Vaşinqtonda ortaya çıxan siyasi mənzərənin arxasında uzun illər davam edən mürəkkəb proses dayanırdı

3 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ – Çolpon-Ata Bəyannaməsi

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

1 Avqust – Ana dilimizə hörmət və milli dəyərlərimizin təcəssümü

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.