İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Aprel, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

6 gün əvvəl
Oxunma müddəti: 6 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb tarixində xüsusi yer tutur. Onun 1960–1967-ci illərdəki fəaliyyəti isə bu böyük yolun ən məhsuldar və əhəmiyyətli mərhələlərindən biri kimi yadda qalmışdır. Zərifə Əliyeva həkim kimi fəaliyyətə başladığı ilk illərdən etibarən elmə böyük maraq göstərmiş və oftalmologiya sahəsində ixtisaslaşaraq bu istiqamətdə dərin tədqiqatlar aparmışdır. Onun elmi fəaliyyəti xüsusilə Azərbaycan səhiyyəsinin ən həssas sahələrindən biri olan göz xəstəliklərinin öyrənilməsi ilə bağlı olmuşdur. 1940–1950-ci illərdə ölkədə geniş yayılmış traxoma və digər göz xəstəlikləri ciddi sosial problem idi. Bu baxımdan Zərifə xanımın seçdiyi elmi istiqamət həm aktual, həm də həyati əhəmiyyət kəsb edirdi. 1960–1967-ci illər Zərifə Əliyevanın elmi fəaliyyətində xüsusi mərhələ təşkil edir. Bu illərdə o, Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmış, fundamental və tətbiqi tədqiqatlar aparmışdır. Onun araşdırmaları yalnız nəzəri xarakter daşımır, eyni zamanda praktik səhiyyəyə birbaşa töhfə verirdi.

Zərifə xanımın bu dövrdə apardığı tədqiqatlar əsasən aşağıdakı istiqamətləri əhatə edirdi: Traxoma və digər infeksion göz xəstəliklərinin diaqnostikası və müalicəsi, peşə fəaliyyəti ilə bağlı yaranan göz patologiyalarının öyrənilməsi, kimya və sənaye müəssisələrində çalışan işçilərdə görmə orqanının zədələnmə səbəbləri, göz xəstəliklərinin profilaktikasının təkmilləşdirilməsi. Bu araşdırmalar nəticəsində o, bir sıra yeni müalicə və profilaktika metodları irəli sürmüş, oftalmologiya elminin inkişafına mühüm töhfələr vermişdir.

Zərifə Əliyevanın elmi fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmişdir. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verilmişdir. Bu, onun elmi potensialının və tədqiqatlarının əhəmiyyətinin rəsmi təsdiqi idi. Onun əldə etdiyi bu elmi ad yalnız şəxsi nailiyyət deyil, həm də Azərbaycan oftalmologiya məktəbinin inkişafına verilən qiymət kimi dəyərləndirilir.

Zərifə Əliyevanın elmi fəaliyyəti sonrakı illərdə daha da genişlənmiş, o, onlarla monoqrafiya, elmi məqalə və metodik vəsaitlərin müəllifi olmuşdur. Onun əsərləri yalnız Azərbaycanda deyil, beynəlxalq elmi ictimaiyyətdə də maraqla qarşılanmışdır. Zərifə xanımın tədqiqatları nəticəsində göz xəstəliklərinin erkən diaqnostikası sahəsində yeniliklər tətbiq edilmiş, sənaye oftalmologiyası istiqamətində yeni elmi yanaşmalar formalaşmış,  gənc həkim və alimlərin hazırlanmasına mühüm töhfələr verilmişdir.

Xatırladaq ki, görkəmli alim, akademik Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Şahtaxtı kəndində, ziyalı və tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun doğulduğu mühit gələcək həyat yolunun formalaşmasında mühüm rol oynamışdır. Zərifə Əliyeva Azərbaycanın görkəmli dövlət və ictimai xadimlərindən biri olan Əziz Əliyevin qızı idi. Əziz Əliyev tibb sahəsində böyük xidmətləri ilə yanaşı, həm də yüksək mənəvi keyfiyyətləri ilə tanınırdı. Belə bir ailədə böyüyən Zərifə xanım uşaqlıqdan elmə, insanlara xidmətə və vətənə bağlılığa ruhlandırılmışdır. Onun uşaqlıq illəri Naxçıvan Muxtar Respublikasının zəngin mədəni mühitində keçmişdir. Bu regionun qədim ənənələri, milli dəyərləri və ziyalı mühiti Zərifə xanımın dünyagörüşünün formalaşmasına güclü təsir göstərmişdir. 1942-ci ildə orta məktəbi uğurla bitirən Zərifə xanım həyatının ən mühüm qərarlarından birini verərək tibb sahəsini seçmişdir. Bu seçim onun gələcəkdə minlərlə insanın sağlamlığına töhfə verəcək böyük bir yolun başlanğıcı oldu. Bu gün akademik Zərifə Əliyevanın adı Azərbaycan tibb elmi ilə yanaşı, yüksək mənəviyyat, humanizm və vətənə xidmət simvolu kimi hörmətlə yad olunur. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətində akademik Zərifə Əliyeva xüsusi yer tutmuşdur. Onların ailə həyatı qarşılıqlı hörmət, mənəvi dayaq və yüksək dəyərlər üzərində qurulmuş, bu birlik yalnız şəxsi deyil, həm də ictimai baxımdan böyük əhəmiyyət kəsb etmişdir. Ümummilli lider Heydər Əliyev müxtəlif çıxış və xatirələrində Zərifə xanım haqqında daim böyük ehtiramla danışmışdır. O, Zərifə Əliyevanı yalnız həyat yoldaşı deyil, həm də yüksək intellektə malik alim, qayğıkeş ana və əsl vətəndaş kimi xarakterizə edirdi. Onun sözlərinə görə, Zərifə xanımın həyat yolu və fəaliyyəti hər kəs üçün örnək idi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Zərifə Əliyeva həyatının sonuna qədər Heydər Əliyevin yanında olmuş, onunla birlikdə bütün çətinlikləri bölüşmüşdür. Onların münasibəti qarşılıqlı sevgi, sədaqət və hörmət üzərində qurulmuşdur. Bu münasibət təkcə şəxsi həyatın deyil, həm də ictimai dəyərlərin təcəssümü kimi qiymətləndirilir.

Zərifə Əliyeva övladlarına yalnız ana məhəbbəti göstərməklə kifayətlənməyən, eyni zamanda onları yüksək mənəvi dəyərlər ruhunda tərbiyə edən bir şəxsiyyət idi. Cənab İlham Əliyev uşaqlıq illərindən etibarən anasının diqqət və qayğısı ilə əhatə olunmuş, onun müdrik tövsiyələri ilə böyümüşdür. “Tale Zərifə xanıma elə bir insan qismət etmişdi ki, onunla tanışlığın nəticəsində Zərifə xanımın bütün həyatı dəyişmişdi. Onlar – siyasi hakimiyyətdəkilərin gözündən düşmüş keçmiş dövlət xadiminin qızı və dövlət təhlükəsizlik orqanlarının gələcək vəd edən gənc əməkdaşı bir yerdə olmaq üçün hansı sınaqlardan keçmədilər! Bu, onların “şəxsi sirri”dir”, – deyə Prezident İlham Əliyev anası haqqında danışarkən demişdir. Zərifə xanım övladlarına dürüstlük, zəhmətkeşlik, sadəlik və insanlara hörmət kimi keyfiyyətləri aşılamışdır. Bu xüsusiyyətlər sonradan İlham Əliyevin həm şəxsi, həm də siyasi fəaliyyətində özünü aydın şəkildə göstərmişdir.

15 aprel Zərifə Əliyevanın anım günü yalnız xatirə günü deyil, həm də elmə, insan sağlamlığına və cəmiyyətə xidmətin yüksək nümunəsi kimi dəyərləndirilməlidir. Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır və Azərbaycan səhiyyəsinin inkişafında öz təsirini davam etdirir.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan səhiyyəsinə və tibb elminə xidmətin parlaq nümunəsi

Növbəti xəbər

Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

Əlaqədar Xəbərlər

“Dərsdə Vizual Güc – Gamma ilə Tədris” qrant layihəsi uğurla başa çatdı
Sosial

“Dərsdə Vizual Güc – Gamma ilə Tədris” qrant layihəsi uğurla başa çatdı

2 gün əvvəl
Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci axının qaliblərindən olan Pəri İbrahimovanın “İdarəçi Gənc” layihəsi uğurla icra olunub
Sosial

Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci axının qaliblərindən olan Pəri İbrahimovanın “İdarəçi Gənc” layihəsi uğurla icra olunub

5 gün əvvəl
Qarabağın Konstitusiya Elçiləri adlı layihə həyata keçirilib
Sosial

Qarabağın Konstitusiya Elçiləri adlı layihə həyata keçirilib

5 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Qardaşlıq və dostluq ənənələri

2 həftə əvvəl
“Mən səhnədəyəm” layihəsi uğurla yekunlaşıb
Sosial

“Mən səhnədəyəm” layihəsi uğurla yekunlaşıb

3 həftə əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

1 ay əvvəl
Növbəti xəbər
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir

“Dərsdə Vizual Güc – Gamma ilə Tədris” qrant layihəsi uğurla başa çatdı
Sosial

“Dərsdə Vizual Güc – Gamma ilə Tədris” qrant layihəsi uğurla başa çatdı

2 gün əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Bakının Antalya mesajı: Yeni regional təhlükəsizlik arxitekturası

3 gün əvvəl
“Simulyasiya ilə Riyaziyyat səfəri” qrant layihəsi uğurla başa çatdı
Gündəm

“Simulyasiya ilə Riyaziyyat səfəri” qrant layihəsi uğurla başa çatdı

5 gün əvvəl
Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci axının qaliblərindən olan Pəri İbrahimovanın “İdarəçi Gənc” layihəsi uğurla icra olunub
Sosial

Azad Mirzəcanzadə İnkişaf Proqramının 2-ci axının qaliblərindən olan Pəri İbrahimovanın “İdarəçi Gənc” layihəsi uğurla icra olunub

5 gün əvvəl
Qarabağın Konstitusiya Elçiləri adlı layihə həyata keçirilib
Sosial

Qarabağın Konstitusiya Elçiləri adlı layihə həyata keçirilib

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.