İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
4 Oktyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı

2 saat əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Vətən müharibəsinin ilk günlərindən etibarən rəşadətli Azərbaycan Ordusu Ermənistanın uzun illər ərzində qurduğu müdafiə xətlərini və möhkəmləndirilmiş istehkamlarını yararaq işğal altındakı torpaqlarımızı azad etməyə başladı. Oktyabrın 4-də Cəbrayıl şəhərinin azad olunması Vətən müharibəsinin gedişində mühüm hərbi və strateji uğur olmaqla yanaşı, xalqımızın böyük Zəfərinin ilk müjdələrindən biri oldu.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Onun sözlərinə görə, iyirmi yeddi il işğal altında qalan Cəbrayıl erməni vandalizminin ağır nəticələrinə məruz qalmışdı. Şəhər və kəndlər, yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, tarixi-mədəni abidələr dağıdılmış, təbii sərvətlər talan edilmişdi.

“Ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi, məscid və digər ibadət yerlərinin təhqir olunması işğalın yalnız maddi deyil, həm də mənəvi və ekoloji fəsadlarını nümayiş etdirirdi. Bu dağıntılar Azərbaycan xalqının tarixi və mədəni irsinə vurulmuş ağır zərərin miqyasını göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin həyata keçirdikləri Cəbrayıl əməliyyatı Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Şəhərin azad edilməsi Azərbaycan Ordusunun döyüş təşəbbüsünü daha da gücləndirdi, sonrakı hərbi əməliyyatlar üçün əlverişli şərait yaratdı. Xüsusilə Xocavənd rayonunun cənubundakı yaşayış məntəqələri və strateji əhəmiyyətə malik Hadrut qəsəbəsi istiqamətində irəliləyiş üçün yeni imkanlar açıldı. Beləliklə, Cəbrayılın azad olunması həm hərbi-strateji əhəmiyyətinə, həm də xalqımızın qələbəyə inamını daha da möhkəmləndirməsinə görə Vətən müharibəsinin tarixində xüsusi yer tutur”.

Şahin İsmayılov bildirib ki, Vətən müharibəsində qazanılan Qələbədən sonra Prezident İlham Əliyevin Cəbrayıla səfəri, şəhərdə və tarixi Xudafərin körpüsündə üçrəngli Dövlət Bayrağımızı ucaltması xalqımızın yaddaşına həkk olunan tarixi hadisələrdəndir:

“Bu anlar Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarını bərpa etməsinin, uzun illər davam edən işğala son qoyulmasının və məcburi köçkünlərin doğma yurdlarına qayıdış ümidlərinin gerçəkləşməsinin rəmzinə çevrildi. Bu gün Cəbrayıl öz tarixinin yeni mərhələsini yaşayır. İşğaldan azad edilməsindən ötən altı il ərzində şəhərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilib, müasir yaşayış və sosial infrastrukturun yaradılması istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti çərçivəsində Cəbrayılın yenidən qurulması yalnız dağıdılmış infrastrukturun bərpasını deyil, müasir şəhərsalma prinsiplərinə əsaslanan, dayanıqlı və əlverişli yaşayış mühitinin yaradılmasını nəzərdə tutur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayılda yaşayış kompleksləri inşa olunur, yol-nəqliyyat, kommunal və sosial infrastruktur yaradılır, iqtisadi fəaliyyətin genişləndirilməsi və yeni iş yerlərinin açılması istiqamətində tədbirlər həyata keçirilir. Bu işlər şəhərin uzunmüddətli inkişafının təmin olunması, əhalinin məşğulluq imkanlarının artırılması və keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması baxımından mühüm əhəmiyyət daşıyır”.

O, vurğulayıb ki, artıq Cəbrayıla həyat qayıdır. 2024-cü il oktyabrın 4-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışı olub:

“Şəhərdə yaradılan müasir yaşayış şəraiti, sosial infrastruktur və iqtisadi imkanlar əhalinin təhlükəsiz və firavan həyatının təmin olunmasına xidmət edir. Bu prosesin əhəmiyyəti yalnız insanların öz doğma torpaqlarına qayıtması ilə məhdudlaşmır. Böyük Qayıdış eyni zamanda işğaldan azad edilmiş ərazilərin ölkənin vahid iqtisadi və sosial məkanına reinteqrasiyasını, regionun mövcud potensialından səmərəli istifadəni və uzunmüddətli inkişafını təmin edən strateji dövlət siyasətidir. Bu gün cəbrayıllılar şəhər gününü xüsusi qürur və iftixar hissi ilə qeyd edirlər. Altı il əvvəl hərbi Qələbənin mühüm mərhələlərindən birinə çevrilən Cəbrayıl indi genişmiqyaslı quruculuğun və Böyük Qayıdışın ünvanlarından biridir”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Şahin İsmayılov: Dəyişən geosiyasi şəraitdə milli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır

Əlaqədar Xəbərlər

Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Dəyişən geosiyasi şəraitdə milli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır

2 saat əvvəl
3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır
Gündəm

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır

2 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

3 oktyabr 1993-cü il – Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

1 gün əvvəl
Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub
Gündəm

Gəncə şəhərinin gəncləri və yeniyetmələri arasında sağlam həyat tərzinin təbliği, qeyri-sağlam həyat tərzinin fəsadları haqqında onları maarifləndirmək olub

2 gün əvvəl
Gənclərin idmana marağı artır
Gündəm

Bu gün, artıq ərazilərimizdə intensiv şəkildə bərpa və yenidənqurma işləri həyata keçirilir, Azərbaycan öz ərazilərini bərpa edir

2 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Cəbrayıl əməliyyatının əhəmiyyəti və mürəkkəbliyi

2 gün əvvəl
Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı
Gündəm

Zəfərin müjdəçisi Cəbrayıl genişmiqyaslı quruculuğun ünvanıdı

2 saat əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Şahin İsmayılov: Dəyişən geosiyasi şəraitdə milli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır

2 saat əvvəl
3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır
Gündəm

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır

2 saat əvvəl
“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində Məktəb direktorları ilə görüş keçirilib
Sosial

“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində Məktəb direktorları ilə görüş keçirilib

7 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

3 oktyabr 1993-cü il – Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarix

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.