İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
17 Dekabr, 2025 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır

4 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər bölgədə baş verən prosesləri və regionu gözləyən perspektivləri anlamaq baxımından əhəmiyyətlidir. Azərbaycan lideri Ermənistanla sülh müqaviləsinin paraflanmasından tutmuş, regional və qlobal müstəvidə baş verənləri, bunun ölkəmizə təsirləri, eləcə də rəsmi Bakının tutduğu strateji xətti aydın şəkildə izah edir. “Təxminən beş il ərzində Ermənistan bizim tələblərimiz və qanuni istəklərimiz qarşısında konstruktiv mövqe nümayiş etdirmirdi. Bu səbəbdən Prezident Tramp və onun komandası prosesə cəlb olunduqda, vasitəçilik etmək istəyəndə biz onlara belə mesaj verdik: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

Zəngəzur dəhlizi yeni tarixi şəraitdə iqtisadi və siyasi baxımdan bütöv olan köhnə coğrafiyanın yenidən bərpası hadisəsidir. Bu səbəbdən də dəhlizin hansı şərtlərdə, hansı hüquqi statusda və hansı rejimdə açılması məsələsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Anadolu, Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna marağı olan bütün aktorların diqqət mərkəzindədir. Zəngəzur dəhlizi, sadəcə, nəqliyyat-kommunikasiya vasitəsi deyil, eyni zamanda, mühüm geostrateji layihədir. Ona görə də nə zaman bu dəhlizdən və onun hüquqi statusundan danışılırsa, dünyanın ən strateji güc mərkəzlərində bu məsələyə dərhal münasibət bildirilir, proseslərə müdaxilə cəhdləri müşahidə olunur. Müasir dünyada enerji daşıyıcılarının təhlükəsizliyi qədər onların daşınmasının və logistikasının düzgün təşkili də böyük önəm kəsb edir. Azərbaycanın enerji resurslarının çatdırılmasında beynəlxalq tərəfdaşları cəlb etməsi, güclü logistik infrastruktur formalaşdırması və Zəngəzur dəhlizinin funksionallığına nail olması ölkəmizin strateji dəyərini bir daha ortaya qoyur. Ermənistan 42 kilometrlik bu dəhlizdə işləri vaxtında yekunlaşdıra bilsə, regionun gələcəyi üçün müsbət nəticələr qaçılmaz olacaq. Zəngəzur dəhlizi həm də Cənubi Qafqazın geoiqtisadi xəritəsini yenidən formalaşdırmaq potensialına malikdir. Marşrutun açılması ilə Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi təmin ediləcək, Ermənistan isə tranzit ölkə kimi yeni imkanlardan istifadə edərək regiondakı təcridini aradan qaldıra biləcək. Dəhliz, eyni zamanda, Çindən Avropaya uzanan Orta Dəhlizin mühüm həlqəsi kimi çıxış edəcək və regionun tranzit rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək.

Prezident İlham Əliyevin pozitiv xətt üzərindən verdiyi mesajlar və beynəlxalq miqyası əhatə edən açıqlamaları Azərbaycanın qarşıdakı mərhələdə regionu sabitlik və əməkdaşlıq məkanına çevirməkdə israrlı olduğunu göstərir. Bu isə bütün qonşu dövlətlərin maraqlarına xidmət edən strateji hədəfdir. Dövlətimizin başçısı müsahibə boyu zamanlamanı da zərgər dəqiqliyi ilə nəzərə alırdı. Bundan əvvəl Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə mənfur Minsk qrupunun artıq son günlərini yaşadığını bildirdisə, 2020-ci ilə qədər davam edən sonsuz və mənasız danışıqlar prosesini də vaxtında vurğuladı. Bildirdi ki, Azərbaycan işğal illərində məruz qaldığı qərəzli yanaşmadan sonra düşünülmüş planla hərəkət etdi, prosesdə yaranan bütün boşluqları dövlətimizin başçısının diplomatik səyləri ilə dərhal doldurdu. Məruz qaldığı haqsızlıqlara baxmayaraq, müdrik yanaşma ortaya qoyan da məhz Azərbaycan oldu. Ölkəmiz Ermənistanla sülh prosesinə başlamağı təklif etdi, danışıqlar formatının təşəbbüskarı, sülh sazişinin layihəsini təqdim edən tərəf oldu. Dövlətimizin başçısı bununla bağlı bir daha qeyd etdi ki, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd məhz Azərbaycanın baxışına əsaslanır. Prezident İlham Əliyevin hər bir müsahibəsi proqram xarakterlidir. Dövlətimizin başçısının müsahibələri o qədər zəngindir ki, hər dəfə Azərbaycanın tarixi, yürütdüyü siyasət və gələcək vizyonu ilə bağlı yeni məqamlara aydınlıq gətirilir. İfadələrin ustalıqla seçilməsi, sözlərin yerində dəqiqliklə vurğulanması dövlətimizin gücü qədər, dövlətimizin başçısının da müdrikliyindən, yüksək şəxsi keyfiyyətlərindən, zəngin təcrübəsindən xəbər verir. Nəzərə alsaq ki, Əbu-Dabi görüşü Vaşinqton görüşünün hazırlıq mərhələsi, Vaşinqton görüşü isə Əbu-Dabi səfərinin uğurlu davamı, bütün danışıqların isə ən yüksək mərhələsi kimi dəyərləndirilə bilər, bu baxımdan müsahibənin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” kanalına məhz Azərbaycanın paytaxtında verilməsi təsadüfi deyil. Çünki proseslərin inkişaf trayektoriyasının və uğurlarının da müəllifi məhz Azərbaycan və onun Müzəffər Lideridir.

 

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gənc Mühasiblər İctimai Birliyinin “Rəqəmsal Mühasibatlıq Platforması” istifadəyə verildi

Növbəti xəbər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində təlim sessiyaları təşkil olunmuşdur

Əlaqədar Xəbərlər

“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı
Gündəm

“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı

5 gün əvvəl
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə öz sevgisini, yüksək hörmət və etimadını 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərində nümayiş etdirdi
Gündəm

Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan ən qüdrətli dövrünü yaşayır

5 gün əvvəl
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür
Gündəm

ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ XALQIMIZIN QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQDIR

5 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Şahin İsmayılov: Azərbaycan-Slovakiya əməkdaşlığının dərinləşməsi həm ölkələrimiz, həm də region üçün böyük fayda vəd edir

6 gün əvvəl
Beyləqanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
Gündəm

Beyləqanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycanda kifayət qədər böyük enerji potensialı var

1 həftə əvvəl
Növbəti xəbər
“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində təlim sessiyaları təşkil olunmuşdur

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində təlim sessiyaları təşkil olunmuşdur

“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı
Gündəm

“Gənclərin Qərbi Azərbaycan həqiqətlərinə yenidən baxışı” layihəsi uğurla yekunlaşdı

5 gün əvvəl
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə öz sevgisini, yüksək hörmət və etimadını 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərində nümayiş etdirdi
Gündəm

Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan ən qüdrətli dövrünü yaşayır

5 gün əvvəl
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür
Gündəm

ULU ÖNDƏRİN ƏZİZ XATİRƏSİ XALQIMIZIN QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQDIR

5 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Şahin İsmayılov: Azərbaycan-Slovakiya əməkdaşlığının dərinləşməsi həm ölkələrimiz, həm də region üçün böyük fayda vəd edir

6 gün əvvəl
Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb
Xüsusi

Elman Nəsirov Cəlilabadın Sabirabad kəndində seçicilərlə görüşüb

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.