İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 Fevral, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Yüksəksəviyyəli qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan əlaqələrinin dinamik inkişafında müstəsna rol oynayır – RƏY

7 ay əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan və özbək xalqlarını ortaq tarixi köklər, dini dəyərlər, çoxəsrlik dostluq münasibətləri, oxşar mədəniyyət və ənənələr birləşdirir. Xalqlarımız arasında formalaşmış qarşılıqlı hörmət və etimad mühiti dövlətlərarası münasibətlərin də dinamik inkişafına güclü təkan verir. Təxminən bir il əvvəl – 2024-cü ilin avqustunda prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması ilə qardaş ölkələrimizin tərəfdaşlıq əlaqələri yeni mərhələyə yüksəldi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Azərbaycan və Özbəkistan prezidentləri arasındakı dostluq münasibətlərinin, yüksəksəviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafında müstəsna rol oynadığını söyləyən Şahin İsmayılov Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərinin, aparılan müzakirələrin, imzalanan sənədlərin əməkdaşlığın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

“Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatında bildirdiyi kimi, ölkələrimiz artıq bir ildir ki, rəsmi müttəfiqdirlər və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən konkret plan və layihələrlə nümayiş etdirirlər. Bu xüsusda, Azərbaycanla Özbəkistan arasında yaradılmış İnvestisiya Fondu artıq iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının səmərəli şəkildə reallaşdırılmasına töhfələr verir”, – deyə o vurğulayıb.

Komitə sədri diqqətə çatdırıb ki, Xankəndidə Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki də artıq fəaliyyət göstərir. Bu fabrik tarixi torpaqlarımızda məşğulluq səviyyəsinin artırılması və yüngül sənayenin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Ş.İsmayılov işğaldan azad edilmiş Füzuli şəhərində özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin Azərbaycan-Özbəkistan qardaşlığını, birliyini göstərən daha bir məqam olduğunu bildirərək deyib: “Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək məqsədilə qardaş ölkə tərəfindən inşa olunan bu məktəbdə təhsil alan gənc nəsil xalqlarımız və ölkələrimiz arasındakı tarixi bağların daha da gücləndirilməsinə dəyərli töhfələr verəcəklər”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanda “Plastik Tullantıların İdarəedilməsi Forumu” keçirilib

Növbəti xəbər

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

Əlaqədar Xəbərlər

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

2 gün əvvəl
Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

3 gün əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

4 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

1 həftə əvvəl
Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh
Gündəm

Dünya xaosa sürüklənərkən Bakı sülh reseptini ortaya qoyur – Şərh

1 həftə əvvəl
Növbəti xəbər
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

2 gün əvvəl
Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

3 gün əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

4 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.