İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
23 İyun, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Yeni nəslin uğurlarına yol açmış gənclər siyasəti – Açıqlama

6 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Gənclər tarixin bütün dönəmlərində yaşadıqları   ölkələrin, cəmiyyətlərin  inkişafında aparıcı rola malik olub.  Hər bir ölkənin  və cəmiyyətin inkişafı gəncliyin  oynadığı roldan,  prosesləər baxışından, elmi, mədəni  səviyyəsindən asılı olur.  Çünki müasirlik, novatorluq gənclərin adı ilə bağlıdır. Bu gün müasir Azərbaycan dövlətçiliyinin inkişafında, əldə etdiyi qələbələrdə, uğurlarda   gəncliyin müstəsna rolu və töhfəsi danılmazdır”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

Komitə sədri bildirib ki, bünövrəsi Ulu öndər tərəfindən qoyulan və cənab Preziddent İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti  nəticəsində  bu gün Azərbaycan gəncliyi  ölkədə xüsusi aparıcı qüvvə rolunda çıxış etməkdədir: “Məhz yürüdülən uğurlu siyasətə adekvat reaksiyasının nəicəsidir ki, bu gün   Azərbaycan gəncliyi şəxsən  cənab Prezident İlham Əliyevin onlara bəslədiyi ümidləri  bütün sahələrdə yüksək səviyyədə doğruldurlar.  Bunu cənab Prezident İlham Əliyev  çıxışlarında   gənclərimizin vətənpərvərliyini yüksək dəyərləndirərək vurğulayıb: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib”.

Müstəqillik illərində Azərbaycanda yüksək intellektual səviyyəyə malik, eyni zamanda, milli ruhlu gənclərin formalaşması da bilavasitə respublikamızda aparılan dövlət siyasətinin məntiqi nəticəsidir. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulan uğurlu gənclər siyasəti ötən 21 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi öz bəhrəsini verib. Bu gün gənclik Azərbaycan dövlətinin əsas yükünü öz çiyninə alaraq Prezident İlham Əliyevin liderliyi altında irəliyə, yeni-yeni qələbələrə  doğru aparmaqdadır.

Möhtərəm Prezident İlham Əliyev Azərbaycanın gənclər siyasətində daim gənclərin milli ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında formalaşdırılmasına çağırışlar edir ki, bu da müasir dünyanın reallıqları ilə bağlıdır.  Bu gün dünyanın üzləşdiyi reallıqlarda, süni intellektin inkişaf etdiyi  və onun yaratdığı təhdidlərin, ölkəmizə qarşı həyata keçirilən dezinformasiya siyasətinin qarşıısnın alınmasında gənclərin  üzərinə daha ciddi məsuliyyət  düşür. Onların bu proseslərdə aktivliyinə daha çox ehtiyac duyulur.   Azərbaycan gəncliyi istər 44 günlük Vətən müharibəsində, istər ondan sonra Ermənistanın işğalçılıq siyasətinə son verib ərazi bütövlüyünün təmin edilməsi və  suverenliyinin bərpa  olunmasında göstərdiyi  qəhrəmanlıq və şücaəti  eyni qayda ilə ondan sonrakı dövrdə ölkəmizə qarşı həyata keçirilən haqsız informasiya və hibrid savaşalarda  gənclərimiz ön cərgədə gedirlər. Ona görə də indiki reallıqlar  şəraitində gənclərin milli ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Biz xalqımızın milli kimliyini şərtləndirən dəyərlərimizlə, ənənələrimizlə qürur duyuruq. Bu dəyərlərin, ənənələrin qorunaraq müasir dövrədək gəlib çatması, eyni zamanda, məsuliyyətimizi də artırır. Biz ölkəmizin, xalqımızın sabahı naminə əcdadlarımızın milli ruhunu yaşadan dəyərlər sistemimizi yad təsirlərdən qorumalı və onları gənclərimiz vasitəsilə gələcəyə ötürməliyik.

Azərbaycanın bundan sonrakı mərhələdə də perspektiv inkişafı müasir dünya trendləri, o cümlədən innovativ texnologiyalarla bağlı olacaq.

Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda ölkəmizin yeni dövr siyasəti ilə bağlı mesajlarını aydın və konkret şəkildə diqqətə çatdırıb. Dövlət başçımızın da bildirdiyi kimi, müasir texnoloji inkişaf mərhələsində gənclərdən çox şey asılıdır. Bu xüsusda fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır. Xüsusilə gəncləri bu işlərə biz daha geniş miqyasda cəlb etməliyik. “Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, ölkəmizin güclənməsinə xidmət etsinlər”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Əminəm ki, cənab Prezident İlham Əliyevin liderliyi altında  Azərbaycan gəncliyi indiyədək olduğu kimi bundan sonra da ölkəmizin inkişafında və qarşısında duran  hədəflərə nail olunmasında aprıcı rol oynayacaq.  Son hədəf olaraq azərbaycan  güclü, inkişaf etmiş sosial rifah ölkəsinə çevrilməsində öz sözünü  deyəcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gənc Mühasiblər İctimai Birliyi Gürcüstanda “Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platforması”-nın ilk Forumunu keçirdi

Növbəti xəbər

Prezident İlham Əliyevin Zəfər zirvəsi

Əlaqədar Xəbərlər

Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

4 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
Azərbaycan-Çin münasibətlərinin inkişafına sanballı töhfə
Gündəm

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti

6 gün əvvəl
Şuşa bəyannaməsinə aparan yol
Gündəm

Şuşa bəyannaməsinə aparan yol

6 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Azərbaycan xalqının tarixi nailiyyəti

1 həftə əvvəl
Növbəti xəbər
Parlaq qələbələr

Prezident İlham Əliyevin Zəfər zirvəsi

Cəbrayıldakı isti ocaqlar…
Sosial

Güclü Azərbaycan Ordusunun təntənəsi

4 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

“Güclü ordu – güclü dövlət” prinsipi

4 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır

2 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir

2 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi – Şuşa Bəyannaməsi

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.