İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Yaşadığımız coğrafiyanın siyasi taleyini dəyişən lider

1 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazda iqtisadi güc faktorundan aparıcı geosiyasi güc faktoruna çevriməklə  beynəlxalq münasibətlər sistemində “orta güc” mərkəzlərindən birinə çevrilib. Beynəlxalq güclər artıq Azərbaycanı “ortaq güc” kimi qəbul edib hesablaşırlar. Yürütdükləri siyasətdə bunu nəzərə alırlar.  Hətta anti-Azərbaycan güclər belə məcburiyyət qarşısında Azərbaycanın yaratdığı bu reallıqla barışmalı olurlar”. Bunu “Olaylar”a açıqlamasında deputat Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, biz bunu 7 fevral prezident seçkilərindən sonra Azərbaycanın  yaratdığı yeni reallıqlar fonunda da müşahidə etməkdəyik. “Bunun nəticəsidir ki, Azərbaycan qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verməkdədir. Bu özünü istər cari ildə Azərbaycanın ev sahibliyi edəcək COP 29-un toplantısı, istərsə  bu günlərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında, istər  Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakını, istər Almaniya-Azərbaycan münasibətlərində yeni əməkdaşlıq səhifənin açılmasında və digər məsələlərdə  göstərməkdədir.
Digər mühüm məqam isə Prezidentin yürütdüyü müdrik siyasət nəticəsində bütövlükdə Cənubi Qafqazı xaos bölgəsindən sabitlik adasına çevrilməsi istiqamətində yürütdüyü siyasətdir. Qlobal xaosda belə fürsətləri düzgün dəyərləndirməyi bacaran cənab Prezident bundan nəinki Azərbaycanın strateji məqsədlərinə nail olunmasında istifadə edir, eyni zamanda Cənubi Qafqazda sülhün, sabitliyin və yeni əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində  yürütdüyü  uzaqgörən, çevik, qətiyyətli siyasəti öz bəhrəsini verməkdədir. Bu da Azərbaycanın beynəlxalq miqyasda “orta güc” kimi mövqeyini möhkəmləndirir. Bu eyni zamanda prezident seçkilərindən sonra Azərbaycanın yeni dövrə uğurla qədəm qoymasının göstəricisidir”, – o qeyd edib.
Deputat əlavə edib ki, Azərbaycanın “orta güc”ə çevrilməsi Avrasiya coğrafiyasındakı rolunu getdikcə daha da artırır və  ciddi oyunçuya çevrilməsinə, qarşısındakı hədəflərə nail olmasına  yeni imkanlar açır: “Artıq bunun nəticəsidir ki, Bakı Ermənistan-Azərbaycan münasibətlərində öz şərtlərinə uyğun yeni gündəlik və platforma  formalaşdırıb. Əgər bir müddət öncə Paris və Brüssel iki ölkə arasında sülh prosesində aktiv iştirak edirdisə, artıq onlar Bakının qətiyyətli mövqeyi nəticəsində bu platformadan kənarda qalıblar. Düzdür, Azərbaycan   bölgədə dayanıqlı sülhün əldə olunması üçün Qərb platformasından imtina etməyib, amma Cənubi Qafqazda sülhə mane olan Fransanı prosesdən kənarlaşdırıb. Onu Almaniya əvəzləyib. Çünki Almaniya Fransa kimi Ermənistana havadarlıq edib slüh prosesində destruktiv mövqe sərgiləmir. Bu Azəzrbaycanın, xüsusən də cənab Prezidentin xarici siyasətdə böyük uğuru və qələbəsidir.
Bu, eyni zamanda Ermənistanın havadarlarına, dünya erməni lobbisinə və bütövlükdə ermənilərə böyük psixoloji zərbə idi. Bu, onların növbəti dəfə ağır məğlubiyyətə uğraması idi. Onlar bir daha gördü ki, Azərbaycanla hər hansı təzyiq dili ilə danışmaq mümkün deyil. Əksinə bundan uduzan tərəf özləri olacaq. Bu, həm də Azərbaycanın Fransanı və Ermənistanın qərbli havadarlarını öz  oyun meydançasında  böyük hesabla məğlubiyyətə uğratmaq idi.  Əgər Fransa və onun timsalında digərləri bundan nəticə çıxarmasalar növbəti məğlubiyyətləri də qaçılmaz olacaq. Çünki Azərbaycanın cavabı sərt olacaq.
Bu isə onu deməyə əsas verir ki, İrəvan-Bakı münasibətləri artıq qlobal gündəmi zəbt etməməlidir. Bu, iki ölkə arasında olan məsələdir.   Azərbaycan üçün artıq bu məsələ həll olunub. Ermənistan Azərbaycanla normal münasibətlər qurub bölgədə yaranmış fürsətlərdən faydalanmaq istəyirsə, o zaman Bakının şərtlərinə uyğun sülh sazişi imzalasın. Azərbaycan qalib ölkə olsa da, sülhün təşəbbüskarıdır və sülh şərtlərini irəli sürüb.Top Ermənistanın meydanındadır.
İkincisi, yürüdülən düzgün siyasət nəticəsində  bütövlükdə Cənubi Qafqaz  Qərblə Şərq, Şimalla Cənub arasında çox ciddi  əməkdaşlıq bölgəsinə çevrilməkdədir. Bu da Cənubi Qafqazın təkcə Avrasiyada deyil, ümumiyyətlə beynəlxalq miqyasda rolunu artırır.
Üçüncüsü, Azərbaycanın yaratdığı reallıq Türk dövlətləri ilə inteqrasiyanın çox mühüm bir mərhələsinə qədəm qoymasına geniş imkanlar açır.
Dördüncüsü, bu həm də TDT-nin Orta dəhlizdəki qlobal əhəmiyyətini artıraraq Avrasiya üçün prioritetə çevirməkdədir.
Beşincisi, Zəngəzur kimi strateji əhəmiyyətli coğrafiya ətrafında Azərbaycanın siyasəti dünyanın aparıcı güclərinin maraqları ilə uzlaşdıraraq təqdim olundu və legitimliyini qazanmaqdadır.
Altıncısı, Azərbaycan neft-qaz, nəqliyyat dəhlizindən böyük “iqtisadi-sənaye dəhlizi” mərhələsinə qədəm qoyur. Bunun nəticəsində Azərbaycanda ən müxtəlif sahələrə sərmayələr qoyuluşunu, yeni iqtisadi-sənaye sahələrinin yaradılmasına və yeni ixrac imkanlarının yaradılmasına öz töhfəsini verəcək. Artıq Azərbaycan dünyanın iqlim dəyişikliyinə qarşı mübarizədə öz töhfəsini vermək məqsədi ilə “yaşıl enerji”nin inkişafını  öz gələcək fəaliyyətinin prioriteti elan edib. Ölkəmiz bu istiqamətdə artıq ilkin ciddi uğurlara da imza atıb.  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasını da Azərbaycanın bu sahəyə göstərdiyi böyük diqqətin nəticəsi hesab etmək olar.  Bununla yanaşı,COP29-a Azərbaycanın ev sahibliyi bunun nümunəsidir. Əminəm ki, Azərbaycan bu qlobal problemin həllinə öz   böyük töhfəsini verəcək.
Yekun olaraq onu qeyd etmək olar ki, bütün bunlar ən qısa zamanda Azərbaycanın beynəlxalq statusunun sıçrayışlı inkişafına  gətirib çıxaracaq.
Bir sözlə, cənab İlham Əliyev yürütdüyü müdrik siyasəti nəticəsində coğrafiyanın taleyini dəyişdirir, tarixin sükanını xalq üçün arzuolunan istiqamətə yönəldir. Təbiidir ki, tarixin gedişi çoxsaylı fakt və hadisələrin təsiri altında formalaşır. Amma, onlardan ən vaciblərini bir araya gətirmək, müdrikcəsinə uzlaşdırmaq, zamanında və yerində istifadə etməklə tarixin gedişini dəyişməyi isə şübhəsiz ki, dahi şəxsiyyətlər bacarar. Günümüzdə isə bu rolu böyük şəxsiyyət və dünyanın yeni lider keyfiyyətinə malik cənab İlham Əliyev aparır və yaşadığımız coğrafiyanın siyasi taleyini, tarixi gedişini Azərbaycanın xeyrinə müəyyənləşdirir. O, Azərbaycana yeni qələbələr, uğurlar qazandırır. Əminəm ki, yeni dövr uğurla nəticələnəcək və biz Azərbaycanın necə möhtəşəm qələbələrə imza atdığının şahidi olcağıq”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Mehriban xanımın birbaşa təşəbbüsü ilə Azərbaycan qadınının istedadı bütün dünyada nümayiş olunur

Növbəti xəbər

Azərbaycan qadının adı ölkəmizdə hər zaman uca tutulmuşdur

Əlaqədar Xəbərlər

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

14 saat əvvəl
Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

16 saat əvvəl
Revanşist qüvvələrə vacib mesaj
Gündəm

Revanşist qüvvələrə vacib mesaj

16 saat əvvəl
“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…
Gündəm

“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…

1 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

2 gün əvvəl
Növbəti xəbər
Azərbaycan qadının adı ölkəmizdə hər zaman uca tutulmuşdur

Azərbaycan qadının adı ölkəmizdə hər zaman uca tutulmuşdur

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

14 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

14 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

14 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

15 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.