İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 İyun, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

YAP Qaradağ rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub

3 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub
12 mart 2026-cı il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarının işığında – YAP Qaradağ rayon təşkilatı: 33 il” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının və Qaradağ Rayon İcra Hakimiyyətinin aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları Mərkəzin önündə 7 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladıqları “Yeni Azərbaycan Partiyası uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olublar.
Mərkəzə daxil olan qonaqlar həmin mərkəzin şagirdlərinin təqdim etdiyi “Odlar Yurdu” rəqsi ilə qarşılanıblar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının və YAP Qaradağ rayon təşkilatının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Faiq Qurbanov Yeni Azərbaycan Partiyasının və Qaradağ rayon təşkilatının keçdiyi şərəfli inkişaf yolu haqqında ətraflı məlumat verib. O qeyd edib ki, müasir və müstəqil Azərbaycanın güclü dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi ideyaları və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsidir.
Tədbirdə çıxış edən Emil Abbasov bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün təmin olunmasında və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında mühüm rol oynayan aparıcı siyasi qüvvədir.
Çıxış edən Rafael Gülməmmədov YAP Sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdıraraq vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında yaradılmış Yeni Azərbaycan Partiyası bu gün 750 mindən artıq üzvü ilə ölkənin ən güclü siyasi təşkilatıdır.
Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva çıxışlarında Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, gənclərin dövlət quruculuğunda fəal iştirakından və əldə olunan nailiyyətlərdən danışıblar.
Tədbirdə həmçinin şəhid anası Fəridə İsmayılova və partiyanın gənc fəalı Seyidməmməd Məmmədzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafındakı rolundan, şəhid ailələrinə və gənclərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Çıxışlardan sonra Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvü, həmçinin rayonun inkişafında fərqlənən müəssisə və təşkilatların nümayəndələri, eləcə də yubiley yaşı tamam olan partiya veteranları YAP Qaradağ rayon təşkilatının və Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanları, diplomları və qiymətli hədiyyələri ilə təltif olunublar.
Partiya sıralarına yeni qəbul edilmiş gənclərə YAP üzvlük vəsiqələri təqdim edilib.
Tədbirin bədii hissəsində ifaçıların təqdimatında “Azərbaycan” və “Qarabağ” mahnıları səsləndirilib, həmçinin Səməd Vurğunun “Azərbaycan” şeiri bədii qiraət olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasıdır

Növbəti xəbər

Azərbaycan öz gücü ilə ədaləti bərpa edən və regiona sülh gətirən ölkədir

Əlaqədar Xəbərlər

Elman Nəsirov Cəlilabadın Təzəkənd kəndində seçicilərlə görüşüb
Gündəm

Elman Nəsirov Cəlilabadın Təzəkənd kəndində seçicilərlə görüşüb

3 saat əvvəl
Azərbaycanda 26 yaşlı gənc siyasi elmlər üzrə fəlsəfə doktoru olub
Gündəm

“Qərbdən Şərqə baxış – çətin məsələ, yoxsa düstursuz tənlik?”

1 gün əvvəl
Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

3 gün əvvəl
“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Məktəbli Kimyaçılar” qrant layihəsi uğurla yekunlaşıb

4 gün əvvəl
2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR
Gündəm

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Tibb İşçilərinin Peşə Bayramı ilə bağlı görüş keçirilib – FOTOLAR

4 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

6 gün əvvəl
Növbəti xəbər
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir

Azərbaycan öz gücü ilə ədaləti bərpa edən və regiona sülh gətirən ölkədir

Elman Nəsirov Cəlilabadın Təzəkənd kəndində seçicilərlə görüşüb
Gündəm

Elman Nəsirov Cəlilabadın Təzəkənd kəndində seçicilərlə görüşüb

3 saat əvvəl
Millət vəkilləri ACF-nin inkişaf planları ilə tanış olublar
Sosial

Millət vəkilləri ACF-nin inkişaf planları ilə tanış olublar

16 saat əvvəl
Azərbaycanda 26 yaşlı gənc siyasi elmlər üzrə fəlsəfə doktoru olub
Gündəm

“Qərbdən Şərqə baxış – çətin məsələ, yoxsa düstursuz tənlik?”

1 gün əvvəl
Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib
Gündəm

Beyləqanda vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib

3 gün əvvəl
“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 
Xüsusi

“Fizikanın ruhu” qrant layihəsi uğurla yekunlaşıb 

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.