İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 Oktyabr, 2026 - Şənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi uğurla yekunlaşdı – Fotolar

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi Zəngilan rayonu 33 saylı tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində ötən ilin oktyabr ayından bu ilin fevral ayına kimi icra edildi.

Layihənin məqsədi sosial inklüziya “alət”lərindən istifadə etməklə sosial problemli, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən, yaxud müxtəlif sosial səbəblərdən dəstək göstərilməsi tələb edilən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi və bu yolla onların cəmiyyətə daha sıx və effektiv inteqrasiya olunması idi.
Layihə çərçivəsində seçilmiş məktəbli qrupları arasında xüsusi bacarıqların inkişaf etdirilməsi üçün geniş məlumatları yayıldı, onların arasından istedadlılar seçildi, həmin qruplarla özəl bacarıqlarının inkişaf etdirilməsi üzrə öyrədici təlimlər və xüsusi kurslar təşkil edildi. Əsas təlim istiqamətləri taxtada oyma, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma və daş və kağız üzərində rəsmlər oldu. Layihənin icrasını yerinə yetirən işçi qrupu tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələr sırasından da qrup formalaşdı və onlarla sosial inklüziya vasitəsi ilə dəstək işləri aparıldı. Bunlar sırasında özəl olaraq, art terapiyadan istifadə edildi. Layihənin işçi qrupuna daxil olan art terapiya mütəxəssisinin iştirakı ilə psixoloji reabilitasiyaya təlimə cəlb edilmiş uşaqlara art terapiya seansları və əl işlərini özündə birləşdirən xüsusi kurslar təşkil olundu.
Fevral ayında layihə üzrə əldə edilmiş uğurlar və nəticələr haqqında geniş məlumatlandırma məqsədi ilə layihənin yekun mərhələsində ictimai müzakirələr üzrə seminarlar təşkil olundu. Zəngilan rayonu 33 saylı tam orta məktəbinin yerləşdiyi ərazidə aidiyyatı hədəf qrupuna daxil olan uşaqlar və onların valideynləri, məktəb müəllimləri, eləcə də müvafiq ictimai birlikləri və ekspertlərinin iştirakı ilə keçirilən seminarların əsas məqsədi layihənin benefisiarların mövcud problemlərinə geniş ictimaiyyətin diqqətini yönəltmək və həmin kateqoriyadan olan yeniyetmələrin istedadlarını üzə çıxarmaqla bərabər onların inkişaf etdirilməsinə dəstəyin verilməsinə nail olmaq idi.
Layihənin yekununda isə məktəbdə layihəyə cəlb edilən uşaqların əl işlərindən ibarət “İstedadları tanıyaq” sərgisi təşkil edildi. Sərgidə həmçinin layihədə iştirak edən fəal dinləyicilər müvafiq sertifikatlarla təltif olundular.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

YAP Beyləqan rayon təşkilatının yaradılmasının 31-ci ildönümü qeyd edildi

Növbəti xəbər

İrəvan və havadarları bundan dərs çıxarsınlar, yoxsa… – AÇIQLAMA

Əlaqədar Xəbərlər

Uğurlu inkişafın təməli
Sosial

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

7 gün əvvəl
İlin istənilən geyim çeşidləri STAR MALL-da
Sosial

İlin istənilən geyim çeşidləri STAR MALL-da

2 həftə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

2 həftə əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Güclü Azərbaycan naminə yeni hədəflər və strateji baxış

3 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Vətənə sədaqətli xidmət nümunəsi

3 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Cəbrayıl rayonunun Zəfər yolu

3 həftə əvvəl
Növbəti xəbər
İrəvan və havadarları bundan dərs çıxarsınlar, yoxsa… – AÇIQLAMA

İrəvan və havadarları bundan dərs çıxarsınlar, yoxsa… - AÇIQLAMA

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

22 dəqiqə əvvəl
YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib
Gündəm

YAP Beyləqan rayon təşkilatı rayonun Türklər və Sarısu qəsəbələrində tədbir keçirib

19 saat əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

2020-ci il oktyabrın 25-i Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb

20 saat əvvəl
Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Gündəm

Beyləqanın daha 3 kəndində YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib

23 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Xalqımız, ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir

23 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.