İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
29 Sentyabr, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi start götürdü

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Xüsusi bacarıqların inkişafı ilə istedadlı şagirdlər arasında sosial inklüziyanın tətbiqi” layihəsi Zəngilan rayonu 33 saylı tam orta məktəbi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilməyə başlayıb.
İnformasiya.az xəbər verir ki, layihənin fəaliyyətləri, məqsəd və vəzifələri haqqında təlimlərə dinləyici kimi seçilmiş şagirdlərin validenləri ilə məlumatlandırma görüşü keçirildi. Görüşdə layihənin eksperti qeyd etdi ki, layihənin məqsədi sosial inklüziya “alət”lərindən istifadə etməklə sosial problemli, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən, yaxud müxtəlif sosial səbəblərdən dəstək göstərilməsi tələb edilən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi və bu yolla onların cəmiyyətə daha sıx və effektiv inteqrasiya olunmasından ibarətdir. Layihənin vəzifələrinə benefisiarlar kimi seçilmiş uşaq və yeniyetmə qrupları arasında xüsusi bacarıqların inkişaf etdirilməsi üçün geniş məlumatların yayılması, həmin şagirdlər arasında istedadlıların seçilməsi, onlara xüsusi bacarıqlarının inkişafı üzrə öyrədici təlimlər və xüsusi kursların təşkili, təlim və kurslarda dinləyicilərin hazırladıqları əl işlərindən ibarət yekun sərgisinin keçirilməsi daxil edilib.
Əsas təlim istiqamətləri taxtada oyma, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma və daş üzərində rəsmlər nəzərdə tutulub. Layihənin icrasını yerinə yetirən işçi qrupu tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələr sırasından da qrup formalaşacaq və onlarla sosial inklüziya vasitəsi ilə dəstək işləri aparılacaq. Bunlar sırasında özəl olaraq, art terapiyadan istifadə etmək planlaşdırılır. Layihənin işçi qrupuna daxil olan art terapiya mütəxəssisinin iştirakı ilə psixoloji reabilitasiyaya cəlb edilmiş şəxslər üçün art terapiya seansları və əl işlərini özündə birləşdirən xüsusi kursları təşkil ediləcəkdir.
Görüş iştirakçılarına məlumat verildi ki, layihə üzrə əldə edilmiş uğurlar və nəticələr haqqında geniş ictimaiyyətin məlumatlandırılması məqsədi ilə layihənin yekun mərhələsində ictimai müzakirələr üzrə seminarlar təşkil olunacaq. Zəngilan rayonu 33 saylı tam orta məktəbinin yerləşdiyi ərazidə aidiyyatı hədəf qrupuna daxil olan ailələrin, dövlət qurumlarının, ictimai birliklərin, müvafiq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən seminarların əsas məqsədi layihənin benefisiarların mövcud problemlərinə geniş ictimaiyyətin diqqətini yönəltmək və həmin kateqoriyadan olan yeniyetmələrin istedadlarını üzə çıxarmaqla bərabər onların inkişaf etdirilməsinə dəstəyin verilməsinə nail olmaqdı. Cəmi 2 belə seminarın təşkil olunması nəzərdə tutulub.
Layihə gələn ilin fevralında yekunlaşacaq.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Gənc Mühasiblər İctimai Birliyi “Dövlət-özəl sektor-QHT əməkdaşlığı: problemlər və həlli yolları” layihəsinin icrasına davam edir

Növbəti xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib

Əlaqədar Xəbərlər

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib
Sosial

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

11 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

13 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Tarixi ədalətin bərpasına aparan yol

1 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

İslam dünyasına qarşı çağırışlar və birlik mesajı

2 həftə əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

2 həftə əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

2 həftə əvvəl
Növbəti xəbər
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib
Sosial

“Loqos Qadın Uzunömürlük Rezidensiyası”nın və Qənirə Paşayevanın Xatirə Otağının açılış mərasimi keçirilib

11 saat əvvəl
Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır
Gündəm

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır

12 saat əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Azərbaycanın tranzit, enerji və rəqəmsal inkişaf potensialı

13 saat əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

13 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Müstəqil Azərbaycan dövləti üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi prioritet məsələdir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.