İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
7 Noyabr, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Siyasət

Xocavənd şəhərində Dövlət Bayrağının ucaldılması tarixi bir andır

2 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 02 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazandığımız parlaq Zəfərimizdən sonra işğaldan azad edilən torpaqlarımızda Böyük Qayıdış üçün Qarabağın hər guşəsində sürətlə quruculuq işləri davam etdirilir. İşğaldan azad olunan torpaqlarımızda bərpa və yenidənqurma prosesi sürətli, sistemli və planlı şəkildə aparılır. Artıq, bu istiqamətdə bir çox əməli addımlar atılıb, şəhərlərin və kəndlərin baş planları tərtib edilib. Bu məsələnin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetdən biri olaraq müəyyən edilməsi Azərbaycan dövlətinin bu işə verdiyi önəmin nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində mühüm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə böyük zəfər qazanıb. Bu möhtəşəm qələbənin əbədiləşdirilməsi üçün təbii ki, öz doğma torpaqlarından köçkün düşmüş insanların el-obasına qayıdışı təmin olunmalıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin polad iradəsi, rəşadətli Ordumuzun igidliyi sayəsində, qəhrəman oğullarımızın canı-qanı bahasına düşməndən alınan şəhər və kəndlərimizə yeni həyat qayıdacaq. Bu layihə də dünyanın inkişaf trendinə uyğun işlənir və ən müasir texnologiyaların tətbiqi ilə reallaşdırılacaqdır. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Sözügedən Dövlət Proqramı, həm də, Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır.

Vurğulamaq yerinə düşər ki, artıq, bu gün, üçrəngli, müqəddəs bayraqlarımız işğaldan azad olunmuş ərazilərimizdə şərəflə dalğalanır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə həmin bayraq işğaldan azad edilmiş ərazilərimizdə ucaldılır. Üçrəngli, müqəddəs bayrağımız Azərbaycan Respublikasının müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli, müqəddəs bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcəkdir. BMT-nin Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 190-dan artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası, bu gün üçrəngli, müqəddəs, milli dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. Bütün beynəlxalq tədbirlərin keçirildiyi binaların qarşısında müqəddəs bayrağımızın dalğalandığını gördükdə hər bir azərbaycanlının qəlbi dağa dönür. Milli kimliyimizin rəmzi hesab olunan üçrəngli ay-ulduzlu bayrağımız kiçikdən böyüyə hər birimizə fəxarət hissi yaşadır. Bu gün, müqəddəs Azərbaycan bayrağı doğma Qarabağımızda dalğalanır. Türkçülüyümüzün, müasirliyin və islam dininə mənsubluğumuzun mənalarını üzərində rənglərlə ehtiva edən müqəddəs atributumuz, öz tarixi torpaqlarımızda dalğalanmaqla bütün dünya azərbaycanlılarına qürur və sevinc hissi yaşadır. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, 15 oktyabr 2023-cü il tarixdə Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

“Biz birlikdə güclüyük!” devizi Azərbaycan dövlətinin, xalqının gələcəyinə yönələn bütün addımların mahiyyətində dayanır. 44 günlük Vətən müharibəsinin ilk günündə bu çağırışı edərək “Dəmir yumruq” kimi birləşdik, dünyaya birliyimizi, məğrur, yenilməz xalq olduğumuzu nümayiş etdirdik. Şübhəsiz ki, tarixi Qələbəmizdə bu birliyimizin rolu çox böyükdür…

 

Sabit Mehdiyev,

YAP Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bu gün Azərbaycan Prezidenti bütün dünyada öz vədlərinə sadiq qalan, qarşısına qoyduğu hədəflərə çatmağı bacaran bir lider kimi tanınır

Növbəti xəbər

Gürcü politoloq: Azərbaycanın qazandığı Qələbə bizim üçün əsl nümunədir

Əlaqədar Xəbərlər

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib
Siyasət

“Gənc Mədəniyyət İşçilərinin I Mübadilə Proqramı: İnkişaf və Strateji Planlama” layihəsi çərçivəsində üçüncü təlim sessiyası keçirilib

2 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Azərbaycan və Türkmənistan: qardaşlıqla güclənən münasibətlər

2 ay əvvəl
Azərbaycanla Tacikistanın əməkdaşlığının artan potensialı
Siyasət

Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım

6 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Siyasət

Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir

11 ay əvvəl
“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…
Siyasət

“Sizdə heçmi şərəf yoxdur?!” – Deputat radikal müxalifəti ağ yuyub qara sərdi…

11 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Siyasət

Azərbaycana qarşı əsassız ittihamlar davam edir

1 il əvvəl
Növbəti xəbər
Gürcü politoloq: Azərbaycanın qazandığı Qələbə bizim üçün əsl nümunədir

Gürcü politoloq: Azərbaycanın qazandığı Qələbə bizim üçün əsl nümunədir

Hər bir xalqın varlığını yaşadan onun milli rəmzləridir
Gündəm

Hər bir xalqın varlığını yaşadan onun milli rəmzləridir

7 saat əvvəl
“Müstəqil olmaq yoxsa müstəqil qalmaq?” – Üzeyir Mustafayev yazır…
Gündəm

Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi

7 saat əvvəl
“Müstəqil olmaq yoxsa müstəqil qalmaq?” – Üzeyir Mustafayev yazır…
Gündəm

Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi

7 saat əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Milli həmrəylik və “azərbaycançılıq” məfkurəsi

8 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Xüsusi

Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü

8 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.