İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
2 Fevral, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Vaşinqton müqaviləsilə regionumuzda yeni dövr başlayır

6 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam edən münaqişənin sonlandırılması istiqamətində 2025-ci ilin 8 avqust tarixində ABŞ-ın Vaşinqton şəhərində imzalanmış sülh müqaviləsi, Cənubi Qafqaz regionu üçün tarixi dönüş nöqtəsi olmaqla yanaşı, dünya diplomatiyasının mühüm nailiyyətlərindən biridir. Bu müqavilənin əldə olunmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin atdığı möhkəm siyasi əsaslar və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli diplomatik fəaliyyəti, siyasi uzaqgörənliyi və qlobal nüfuzu həlledici rol oynamışdır.

 

Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqla yanaşı, milli birliyi möhkəmləndirmək və ölkənin təhlükəsizliyini təmin etmək istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Onun yaratdığı siyasi dayaqlar və diplomatik əlaqələr müstəqil Azərbaycanın beynəlxalq arenada tanınmasına, təhlükəsizliyinin təmin olunmasına və ölkə daxilində sabitliyin bərqərar olmasına şərait yaratdı. Eyni zamanda, Heydər Əliyevin siyasi kursu ölkənin ərazi bütövlüyünün qorunması prinsipinə əsaslanırdı ki, bu da gələcəkdə Azərbaycan Respublikasının sülh və ədalət prinsiplərinə əsaslanan beynəlxalq siyasətinin əsasını təşkil etdi.

 

Prezident İlham Əliyevin dövründə isə Azərbaycan öz siyasi və iqtisadi mövqeyini gücləndirərək, regionda lider ölkəyə çevrilmişdir. Xüsusilə 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində işğal altında olan geniş ərazilər azad edilmiş, ölkənin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu hərbi uğur, həm də İlham Əliyevin müdrik və çevik diplomatik fəaliyyəti ilə tamamlanmış, müxtəlif beynəlxalq səviyyələrdə Azərbaycanın haqq səsi layiqincə dinlənilmiş və dəstəklənmişdir.

 

 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə aparılan danışıqlarda möhkəm mövqe nümayiş etdirərək, həm Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təmin etmiş, həm də sülhün bərqərar olması üçün zəruri olan bütün siyasi mexanizmlərin tətbiqinə nail olmuşdur. 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış müqavilə, uzun illər boyu davam edən münaqişəyə son qoymaqla, regionda yeni dövrün başlanğıcını işarələyir.

 

Bu müqavilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə rəsmiləşdirir, Ermənistan tərəfi isə Azərbaycanın sərhədlərini tanıdığını açıq şəkildə bəyan edir. Sərhədlərin delimitasiyası və demarkasiyası üçün zəruri addımların atılması, gələcəkdə hər hansı hərbi qarşıdurmanın qarşısının alınması üçün möhkəm hüquqi baza yaradır. Eyni zamanda, əsirlərin və girovların azad edilməsi, humanitar məsələlərin beynəlxalq hüquq çərçivəsində həll olunması ilə bölgədə sülh və etimad mühiti formalaşır.

 

İqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizlərinin açılması, regionun iqtisadi coğrafiyasını dəyişərək Azərbaycan, Ermənistan və digər qonşu ölkələr üçün yeni imkanlar yaradır. Bu, təkcə iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inkişafına, dayanıqlı və davamlı inkişafa ciddi təkan verir. Mədəni və humanitar əlaqələrin genişləndirilməsi xalqlar arasında dostluq və qarşılıqlı anlaşma mühitini möhkəmləndirərək, uzunmüddətli sülhün təmin olunmasına xidmət edir.

 

Müqavilənin imzalanması Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsilləri üçün sülh və əmin-amanlıq şəraitində yaşamaq imkanını genişləndirir. Eyni zamanda, regionun sabitliyi qlobal enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin edir, Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın güclənməsinə şərait yaradır. Bu da dünya iqtisadiyyatında müsbət dinamikanın artmasına töhfə verir.

 

Bu müqavilə həm də beynəlxalq hüququn və diplomatiyanın qələbəsi olmaqla, digər münaqişə zonalarında da sülhün bərqərar olması üçün nümunə kimi dəyərləndirilir. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan bu razılaşma beynəlxalq ictimaiyyətin sülhə, ədalətə və tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyinə verdiyi önəmin əyani təzahürüdür.

 

Beləliklə, 8 avqust 2025-ci ildə imzalanmış müqavilə Azərbaycan üçün həm tarixi ədalətin bərpası, həm də regionda sülhün və əməkdaşlığın təmin olunması baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu nailiyyət Ümumilli lider Heydər Əliyevin siyasi irsinin davamı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin nəticəsidir. Bu müqavilə Azərbaycan xalqının həm milli birlik və həm də dünya birliyi qarşısındakı məsuliyyətini bir daha təsdiqləyir. Regionun sabitliyi və inkişafı üçün önəmli addım olan bu sülh müqaviləsi Azərbaycan və Ermənistan xalqlarının gələcək nəsilləri üçün sülh, dostluq və əməkdaşlıq şəraitinin əsasını qoyur. (Modern.az)

 

Ceyhun Məmmədov,

Milli Məclisin deputatı

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycanın sülh gündəliyi beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşması baxımından mühüm önəm kəsb edir

Növbəti xəbər

“Azərbaycan diplomatiyasının parlaq qələbəsi qlobal sülhə və təhlükəsizliyə öz töhfəsini verəcək”

Əlaqədar Xəbərlər

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib
Gündəm

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib

4 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

3 gün əvvəl
Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

4 gün əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

4 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

5 gün əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Davosda aparılan müzakirələr ölkəmizin siyasi və iqtisadi gündəliyinin zəngin olduğunu göstərir – ŞƏRH

1 həftə əvvəl
Növbəti xəbər
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir

"Azərbaycan diplomatiyasının parlaq qələbəsi qlobal sülhə və təhlükəsizliyə öz töhfəsini verəcək"

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib
Gündəm

Dövlət İdarəçilik Akademiyasında Gənclər Gününə həsr olunmuş konfrans keçirilib

4 saat əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır

3 gün əvvəl
Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar
Gündəm

Beyləqanda hesabat yığıncağı keçirildi – Fotolar

4 gün əvvəl
Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək
Gündəm

Deputatlar “Qarabağ”ın oyunçuları ilə görüşəcək

4 gün əvvəl
Regionda sülh necə əldə ediləcək? – Prezident yolunu göstərdi
Gündəm

Bu xətti aşanlar cəmiyyətin gözündə heç vaxt qəhrəman ola bilməzlər

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.