İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Mart, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Üzeyir Mustafayev: “Sülh Sazişin paraflanmış mətni prinsipial mövqenin və diplomatik qalibiyyətin təcəssümüdür”

7 ay əvvəl
Oxunma müddəti: 7 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində prezident Donal Trampın vasitəçiliyi ilə Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat Cənubi Qafqaz regionundakı geosiyasi, habelə geostrateji vəziyyəti əsaslı şəkildə dəyişdirdi. 1988-ci ildən etibarən başlamış “erməni miatsum”-u Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müharibə fazasına keçid edərək, daha da genişləmiş və təxminən 35 il ərzində Azərbaycan və Ermənistan arasında davam edən münaqişə halına çatmışdır. Ermənistan və Azərbaycan arasında baş tutan iki böyük müharibədən sonra ilk dəfədir ki, sülhün əldə olunmasına tərəflər bu qədər yaxındırlar.

Unutmaq olmaz ki, İkinci Qarabağ müharibəsi olmasaydı bugün sülhdən danışa bilməzdik. Ali Baş Komandan İlham Əliyev, Azərbaycan ordusu, və Azərbaycan xalqı 44 gün ərzində bir məqsəd-torpaqları işğaldan azad etmək uğrunda bir yumruğa çevrildi. 44 gün ərzində müharibənin taleyini dəyişdirə biləcək təzyiqlər, siyasi basqılar, dünya miqyasında qarayaxma kampaniyaları, dezinformasiya maşınları fəaliyyət göstərsə də, Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu maneələr dəf edildi.

Bugün isə bu tarixi qalibiyyətin nəinki Azərbaycan, ümumilikdə Cənubi Qafqaz regionu üçün müstəsna nəticəsi təbiiki də, uzunmüddətli sülhün və dayanıqlı təhlükəsizliyin əldə olunması üçün formalaşmış şəraitdir. ABŞ vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanat uzunmüddətli sülhün təmin olunmasında mühüm addımdır. Bu addım həm Azərbaycanın, həm də Ermənistanın dövlətçilik tarixindəki yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Birgə Bəyannamənin imzalanmasından qısa müddət sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətni və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciəti ictimaiyyətə təqdim edildi.

Əvvələ qayıdaraq qeyd edək ki, Birgə Bəyannamənin birinci maddəsinə əsasən ölkə rəhbərlərinin şahidliyi ilə xarici işlər nazirləri tərəfindən Saziş paraflanmışdır. Bu o deməkdir ki, hər iki tərəf sülh müqaviləsinin yekun mətninin müddəalarını tam qəbul edir və bununla da sülh müqaviləsinin bəndlərinin razılaşdırılması istiqamətində danışıqlar yekunlaşır. Geriyə sadəcə iki məsələ – müqavilənin imzalanma tarixi və məkanı ilə bağlı məqamlar qalır ki, bunların da aydınlaşdırılması üçün tərəflər danışıqlar aparırlar. Paraflanmadan sonra tərəflər mətnə heç bir dəyişiklik edə bilmirlər. Burdan belə qənaətə gəlirik ki, Azərbaycan XİN tərəfindən yayımlanmış Saziş son versiya kimi hər iki ölkə tərəfindən qəbul edilib.

Sazişin maddələrini təhlil etsək kifayət qədər mühüm məqamları qeyd edə bilərik. Ondan başlayaq ki, Azərbaycan və Ermənistan bir-birinə qarşı ərazi ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər. Sülhün təmin olunmasının mahiyyəti məhz onun müddəti ilə bağlıdır. Bir neçə illik Saziş “long term” hesab edilmir və bu halda tərəflər arasında qarışılıqlı etimad məsələsi problem olaraq qalmağa davam edir. Bu Sazişin uzunmüddətli dövrə hesablanmasını ilk baxışda necə anlamaq olar? Ümumiyyətlə bütün bəndlərdə bu məqamı açıq şəkildə görə bilirik, lakin xüsusilə II maddə diqqət çəkir. Burda açıq şəkildə indi və ya gələcəkdə hər hansı bir ehtimalla ərazi iddialarının tərəflər arasında olmaması qəbul edilir.

Sərhədlərin delimitasiya və demarkasiyanın yekunlaşması, tərəflər arasında diplomatik münasibətlərin qurulması, terrorizm və separatizmə qarşı birgə mübarizə aparılması kimi mühüm məqamlar Sazişin bəndlərində qeyd olunmuşdur. Bunlarla yanaşı müxtəlif sahələr üzrə əməkdaşlığın formalaşması da maddələr də öz əksini tapmışdır.

Burda xüsusilə vacib məqamlar qarşılıqlı etimadın formalaşdırılması ilə bağlıdır ki, bu da sazişin bir neçə maddəsini əhatə edir. VII maddəyə əsasən “ tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər”. Bu maddə uzunmüddət Azərbaycan və Ermənistan arasında gərginliyə səbəb olan “binokl diplomatiyası”nın sonlanması ilə nəticələnəcəkdir. Mülki missiya adı altında müxtəlif məqsədlər naminə Azərbaycan sərhədinə üçüncü tərəflərin yerləşdirilməsi tamamilə məhdudlaşdırılır.

XI və XII maddələr isə Sazişin yüksək hüquqi əhəmiyyətini dərk etməyə imkan verir. Beləki XI maddəyə əsasən “Tərəflərdən hər biri onunla digər hər hansı üçüncü tərəf arasında hazırda qüvvədə olan beynəlxalq razılaşmaların onun bu Saziş üzrə götürdüyü öhdəliklərinə xələl gətirməməsini təmin edəcəklər.” Bu o deməkdir ki, İkinci Qarabağ müharibəsi boyunca daima Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdaxiləsini tələb edən, anti-Azərbaycan mövqeyindən çıxış edən dövlətlərlə ikitərəfli razılaşmalar əsasında addımlar atan Ermənistan daha bunların heç birini edə bilməyəcək. Çünki açıq şəkildə qeyd olunmuş “hazırda qüvvədə olan beynəlxalq razılaşmalar” ifadəsi artıq tərəflərin həmin razılaşmalardan irəli gələn məsələlərini belə bu Saziş əsasında tənzimləməsini zəruri edir.

XII maddə isə yerli qanunvericiklə bağlıdır – “tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar. Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər..” Burdan belə aydın olur ki, daxili qanunvericiliklə bu Sazişin hər hansı bəndi ziddiyyət təşkil edərsə, bu halda Saziş daha üstün tutulacaqdır. Beləki, açıq şəkildə qeyd olunur ki, daxili qanunverciliyə istinad etməklə Sazişin hər hansı bəndinin icrasından boyun qaçırılmayacaqdır. Bu həm etimadın həm də az əvvəl qeyd olunan uzunmüddətli sülhün təmin olunması üçün zəruri maddədir. Bu maddəyə əsasən gələcəkdə belə daxili qanunvericiliyin dəyişdirilərək, Saziş əleyhinə istifadə olunması məhdudlaşdırılır. Çünki maddə “hazırda qüvvədə olan daxili qanunvericiliyinin müddəaları”nı yox ümumiyyətlə daxili qanunvericilik müddəalarını əsas götürür. Bu da onu deməyə imkan verir ki, heç bir qanun dəyişikliyi bu Sazişi pozmağa hüquqi əsas verə bilməz.

Sazişin icrası və bu maddələrin reallıqda həyata keçirilməsi üçün isə XIII və XIV maddələrə diqqət edilməlidir. XIII maddə də Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiyanın təsis olunmasını ehtiva edir. XIV maddədə isə yarana biləcək hər hansı mübahisə zamanı komissiya da daxil olmaqla qarşılıqlı şəkildə birbaşa məsləhətləşmələrlə həll olunmağa çalışılması qeyd olunur. 6 ay ərzində məsləhətləşmələr nəticə verməzsə bu halda tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər.

Saziş nə zaman imzalanacaq?

Sazişin yekun imzası ilə bağlı XVI maddəyə baxmaq lazımdır. “Bu Saziş Tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək. Bu Saziş BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçiriləcək.” 8 avqust Birgə Bəyannaməsindən dərhal sonra cənab Prezident mediaya müsahibəsində bildirdi ki, “Ermənistanın necə deyərlər ev tapşırıqları da var. Ermənistan Konstitusiyasında olan ərazi iddiaları bu gün imkan vermədi ki, sülh sazişi imzalansın.” XVI maddə cənab Prezidentin bu açıqlaması ilə eynilik təşkil edir desək yanılmarıq. Maddədə “milli qanunvericiliklərinə uyğun daxili prosedurların yekunlaşdırılması” dedikdə, Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistanın konstitutsiyasına dəyişiklik etməsinin nəzərdə tutulduğunu anlamaq elə də çətin deyil. Yalnız bu dəyişiklikdən sonra sülh müqaviləsinin qüvvəyə minməsi Saziş mətnində öz əksini tapır.

Ümumiyyətlə bu Saziş Azərbaycan Respublikasının diplomatik uğurudur. Onun bəndləri Azərbaycan Respublikasının diplomatiya və dövlətçilik tarixinə əbədi həkk olunacaqdır. Cənab Prezident İlham Əliyevin sülhün əldə olunması ilə bağlı hər iki tələbinin icra olunması isə ölkə başçısının qətiyyətli və prinsipial mövqeyinin növbəti sübutudur. Beləki, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı hər iki tərəfin müraciətinin göndərilməsi də, ABŞ vasitəçiliyi ilə imzalanmış Bəyannaməyə əsasən, paraflanmış Sazişdə XVI maddəyə müvafiq olaraq öz konstitutsiyasında dəyişiklik etməyin öhdəlik kimi Ermənistan tərəfindən qəbul edilməsi də məhz cənab İlham Əliyevin diplomatik qalibiyyətinin təcəssümüdür.

Üzeyir Mustafayev,

siyasi elmlər üzrə fəlsəfə doktoru

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Sülh və əməkdaşlığa aparan yol

Növbəti xəbər

Bu, təsadüfi addım deyil…

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

2 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

3 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

3 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

4 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

4 gün əvvəl
Növbəti xəbər
Bu, təsadüfi addım deyil…

Bu, təsadüfi addım deyil...

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

2 saat əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

11 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

3 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

3 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

3 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.