İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 Sentyabr, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

UWC Azərbaycan Milli Komitəsi valideynlərlə və şagirdlərlə görüşüb

3 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Birləşmiş Dünya Kollecləri yəni UWC (United World Colleges) 4 qitədə və 18 ölkədə yerləşən məktəbləri ilə dünyanın ən nüfuzlu təhsil ocaqlarından hesab olunur.

Bu il quruluşunun 60 illiyini qeyd edən UWC, şagirdlərinə qabaqcıl İB (beynəlxalq bakalavriat) proqramı üzrə 11 və 12-ci sinif təhsili təqdim etməklə yanaşı, onları sülhməramlı və yardımsevər fərdlər olaraq yetişdirmək üçün təhsil proqramına çoxsaylı sinifdənkənar fəaliyyət əlavə etməsi ilə seçilir. Əzbərçi tədris metodundan uzaqlaşıb şagirdlərdə analitik düşüncə tərzi və tədqiqat kimi vacib bacarıqları təkmilləşdirdiyi, ən nəcib insani dəyərləri təlqin etdiyi üçün Avropanın kral ailələrinin varisləri, Nelson Mandelanın övladları və nəvələri, müasir dünya ölkələrinin dövlət və özəl sektorunun aparıcı nümayəndələri məhz UWC təhsili almağa üstünlük veriblər.

UWC təhsilini öz şagirdlərinə əlçatan edən 150-yə yaxın ölkədə fəaliyyət göstərən Milli Komitələrdir. Könüllü əsasda fəaliyyət göstərən Milli Komitələr ən istedadlı şagirdlərini seçərək UWC məktəblərinə yola salırlar.

2021-ci ildən etibarən könüllü əsasda bir araya gələn maarifpərvər Azərbaycanlı gənclərin gərgin əməyi nəticəsində UWC Azərbaycanın Milli Komitəsi qurulmuşdur. Komitə bu qısa müddət ərzində UWC hərəkatında öz layiqli yerini tutmuş və artıq 8 Azərbaycanlı yeniyetməyə 80 faizdən çox təqaüdlə Yaponiya, Norveç, İtaliya, Hindistan, Çin və Honkonqda yerləşən UWC məktəblərində təhsil imkanı təqdim etmişdir. Qeyd etmək lazımdır ki, UWC məktəblərində illik təhsil 50 000 – 120 000 manat məbləğindədir. Təqdim olunan təqaüdlərlə bu məktəblərdə ölkənin ən ucqar ərazilərindən olan aztəminatlı ailələrin istedadlı və əlaçı şagirdləri təhsil ala bilirlər.
Avqustun 6-da Milli Komitənin qurucu üzvlərindən Çingiz Camaloğlu, Aytən Şahmarova, Günel İsakova və yeni üzvü Anita Keşri unikal UWC fürsətini təqdim etdikləri şagirdlər və onların valideynləri ilə görüşüb. Görüşdə UWC Li Po Chun kollecinin, eləcə də Harvard və Stenford Universitetlərinin məzunu Çingiz Camaloğlu həm ümumilikdə UWC hərəkatı, həm də şəxsi təcrübəsindən danışdı. Harvard Universitetində qısa müddətli ixtisasartırma proqramının məzunu, ABŞ, Böyük Britaniya və Fransa dövlət proqramlarının qalibi Aytən Şahmarova isə Milli Komitənin fəaliyyəti və nailiyyətləri barədə şagirdləri və valideynlərini məlumatlandırdı. Bristol Universitetinin, ABŞ və Böyük Britaniya dövlət proqramlarının məzunu Günel İsakova şagirdləri UWC məktəblərində Azərbaycanı fəal şəkildə təmsil etməyə çağırıb.

Şagidlər, valideynlər daha yaxından tanış olmaqla yanaşı, böyüməkdə olan UWC Azərbaycan ailəsinin bir hissəsi olduqları üçün məmnunluqlarını dilə gətirdilər.

Milli Komitə UWC kimi qabaqcıl təhsil təcrübəsi ilə istedadlı şagirdlərimizin beynəlxalq təhsil arenasında daha da yüksələcəyindən və nəticədə Azərbaycanın xeyrinə faydalı işlər görəcəyindən əmindir.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ermənistan təxribatçı hərəkətlərə və açıqlamalara son qoymalıdır, danışıqlarda səmimi olmalıdır

Növbəti xəbər

Beyləqanda yol tikintisinə 11,9 milyon manat ayrılıb – SƏRƏNCAM

Əlaqədar Xəbərlər

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

18 saat əvvəl
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 
Sosial

Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib 

2 həftə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

2 həftə əvvəl
Könül Nurullayeva vətəndaşlarla görüşüb
Sosial

Könül Nurullayeva vətəndaşlarla görüşüb

3 həftə əvvəl
Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb
Sosial

Fitnes məşqçisi Sara Əliyeva mukafata layiq görülüb

3 həftə əvvəl
Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı
Sosial

Naxçıvan üçün yeni inkişaf dövrünün başlanğıcı

3 həftə əvvəl
Növbəti xəbər
Beyləqanda yol tikintisinə 11,9 milyon manat ayrılıb – SƏRƏNCAM

Beyləqanda yol tikintisinə 11,9 milyon manat ayrılıb - SƏRƏNCAM

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

18 saat əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

3 gün əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

3 gün əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

1 həftə əvvəl
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Gündəm

Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.