İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Dekabr, 2025 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ulu Öndərin dəyişməz siyasi kursu

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Hazırda Azərbaycanın indiki iqtidarı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə yerinə yetirir

1991-ci ildən başlayaraq Azərbaycan öz müstəqilliyinə qədəm qoyan dövlət olaraq bütün dünyada öz siyasi kimliyini ortaya qoyub. Bu gün Azərbaycan xalqı müstəqil həyat yaşayır və heç bir dövlətdən aslı deyil. Azərbaycanda dövlətçiliyin əsasları məzh Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın bütün siyasi idarəetmə sistemini yenidən formalaşdırdı. Azərbaycanın Konstitusiyası qəbul olundu. Azərbaycanın demokratik inkişafı Heydər Əliyevin hakimiyyət dövrünü daha da yüksəldi.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursu dəyişməzdir və bu gün də davam edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Azərbaycanda Heydər Əliyevin siyasəti ilərlə yaşayır və bundan sonra da yaşayacaq. Çünki Heydər Əliyevin siyasətini layiqli davamçısı Prezident İlham Əliyev uğurla həyata keçirir. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyinin güclənməsinə xidmət edir. Bunu da Azərbaycanın indiki iqtidarı yüksək səviyyədə yerinə yetirir. Çünki Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi zaman bir milli ideologiya yaratdı. Ulu Öndər çox gözəl bilirdi ki, milli ideologiyası olmayan dövlət heç vaxt inkişaf edə bilməz. Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir. Və bu gün bu ideologiya bütün dövlət idarəçiliyində tətbiq olunur. Bu haqda Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”. Azərbaycan xalqının milli ruhu əyilməzdir. Azərbaycançılıq ideologiyası xalqımızın milli ruhuna bağlıdır. Bu ideologiya Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin dərin qatlarından xəbər verir. Yeni nəslinin də bu günləri, azərbaycançılıq ideologiyasına söykənərək böyüməsi, birləşməsi çox önəmlidir.

Əlbəttə ki, güclü dövlətin qurulması üçün dayanıqlı iqtisadiyyat lazımdır. Bunun üçün düşünülmüş iqtisadi siyasət həyata keçirilməlidir. Məhz buna görə də Ulu Öndər Heydər Əliyev Azərbaycanın iqtisadi siyasət modelini ortaya qoydu. Bu iqtisadi siyasət modelinin əsasını da neft strategiyası təşkil edir. Ümummilli Lider  Heydər Əliyev Azərbaycanın təbii sərvəti olan neftin məhz xalqın gələcək inkişafına xidmət etməsi üçün uğurlu bir neft siyasəti qurdu. Bu da “Əsr müqaviləsi”nin imzalanması ilə start götürdü. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış. “Əsrin müqaviləsi” imzalandıqdan sonra neftimiz neft kəmərləri vasitəsi ilə xaricə çıxış etdi. Belə ki, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Bundan sonra Azərbaycan dövlətinin iqtisadi inkişafı daha da yükəsldi. Həyata keçirilən neft strategiyası bütün xalqın rifahının yaxşıdırılmasında, Azərbaycanın ümumi olaraq inkişafında, möhkəmlənməsində çox önəmli rol oynadı. Ümumiyyətlə, ölkənin iqtisadi inkişafı digər sahələrin də inkişafına öz təsirini göstərdi. Dövlətimizin büdcəsi artdıqdan sonra bir sıra böyük dövlət proqramları icra olunmağa başlandı. Neftdən gələn gəlirlər ölkənin bir sıra sosial-iqtisadi problemlərinin həllində əhəmiyyətli rol oynadı. Həmçinin neft gəlirləri insan kapitalının inkiafına yönləndirildi. Məhz buna görə də bu gün Azərbaycan dünyada artıq neft və qaz ölkəsi kimi tanınır.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Cəbrayıl şəhəri illər sonra öz doğma sakinlərinə qucaq açdı

Növbəti xəbər

Heydər Əliyev dühası

Əlaqədar Xəbərlər

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

2 həftə əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Gündəm

Maddi, mədəni, təbii sərvətləri ilə zəngin olan Kəlbəcər artıq öz sahibləri ilə birlikdədir

2 həftə əvvəl
Növbəti xəbər
Azərbaycanın geosiyasi dəyişikliyə səbəb olan təşəbbüskarlığı

Heydər Əliyev dühası

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır
Gündəm

Deputat: Dövlətə və milli maraqlara xəyanət bağışlanmır

4 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

XƏYANƏT CƏZASIZ QALMAYACAQ

5 gün əvvəl
YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib
Gündəm

YAP nümayəndə heyəti Macarıstanda keçirilən AEPF-nin 6-cı iclasında iştirak edib

5 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

“Xəyanətkar kvartet!” – deputat yazır…

6 gün əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın gənclərlə iş üzrə məsul şəxsləri ilə görüş keçirilib

2 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.