İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
28 İyul, 2026 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ulu Öndərin qayıdışı və ölkəni sabitliyə aparan ilk addımlar

2 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının davam etməsi, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

Dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı ilə dövlətimizin idarəçilik sükanı təcrübəli, müdrik, uzaqgörən dövlət xadiminin əlinə keçdi. Beləliklə, xalqımızın tarixində yeni bir dövr başlandı. Bu dövrün başlanğıcı – 1993-cü ilin 15 iyun günü tariximizə Qurtuluş Günü kimi daxil oldu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdan kimi dahi bir strateq olaraq ermənilərin və onların bütün dünyadakı havadarlarının gücünü, ölkəmizin azad yaşamasını istəməyən böyük dövlətlərin planlarını, Azərbaycanımızın düşdüyü ağır vəziyyəti düzgün qiymətləndirdi. Dərindən ölçüb-biçdi. Götür-qoy etdi. Ağır vəziyyəti nəzərə alaraq cəbhədə atəşin kəsilməsinə nail oldu.

Böyük rəhbərin səyi nəticəsində Azərbaycanda əmin-amanlıq yarandı. Bu isə xarici dövlətləri, sahibkarları, firmaları, şirkətləri ölkəmizə maliyyə vəsaiti qoymağa həvəsləndirdi. Əvvəllər Azərbaycanda əmin-amanlığın olmayacağından ehtiyat edərək bura vəsait qoymaq istəməyən xarici sahibkarlar, şirkətlər, firmalar ölkəmizə axışmağa başladılar. 1994-cü il sentyabrın 20-də xarici dövlətlərin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan neft müqaviləsi imzalandı. Bunun ardınca digər müqavilələr də bağlandı. Müstəqilliyimiz möhkəmləndi. Ulu Öndərin xarici siyasət kursu milli maraqlara əsaslanan, təhlükəsizliyi və əməkdaşlığı təmin edən çoxşaxəli bir strategiya idi. Heydər Əliyev qarşılıqlı hörmət əsasında tərəfdaşlıq siyasəti yürüdərək Azərbaycanın beynəlxalq münasibətlər sistemində tanınmasını və etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin etdi. Ölkəmiz regional və qlobal məsələlərdə fəal iştirak edərək Cənubi Qafqazda mühüm aktora çevrildi. Ulu Öndər Heydər Əliyev gələcəyə hesablanmış siyasi kurs müəyyən etmiş, ölkənin inkişaf trayektoriyasını düzgün formalaşdırmışdı. Onun siyasi irsi, müstəqillik və dövlətçilik fəlsəfəsi bu gün də aktualdır.  Bu strateji kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq tərəqqi yolunda inkişafını inamla davam etdirir. Davamlı iqtisadi inkişafa, mühüm hərbi potensiala və yüksək beynəlxalq nüfuza malik Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ildə isə şanlı ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında yalnız bir tarixi hadisə deyil, həm də dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsi kimi mühüm önəm kəbs edir. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri nəticəsində Azərbaycan tənəzzüldən çıxaraq müstəqil və güclü dövlətə çevrilib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan bugün nəinki regionda, bütövlükdə dünyada nüfuzlu aktorkimi mövqeyini möhkəmləndirib. Xalq-iqtidar birliyi sayəsində milli maraqlar təmin olunur və dövlətin suverenliyi qətiyyətlə qorunur. Heç şübhəsiz, Heydər Əliyev yolu müstəqil, qalib və qüdrətli Azərbaycana yeni qələbələr bəxş edəcək. Ulu Öndərin əbədiyaşar ideyalarına sadiq qalaraq məqsədyönlü siyasət həyata keçirən, xalqın inam və etimadını layiqincə doğruldan və ata vəsiyyətini şərəflə yerinə yetirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı daha parlaq gələcəyə aparacaq, xalqımıza yeni möhtəşəm uğurlar qazandıracaq.

 

Niyaməddin Əsgərov,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır

Növbəti xəbər

Yaddaşımızda əbədi qalan tarixi bir gün

Əlaqədar Xəbərlər

“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”
Gündəm

“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” – Elşən Musayev

9 saat əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

5 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

5 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Bir çox Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir

5 gün əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

5 gün əvvəl
Uğurlu inkişafın təməli
Gündəm

Milli mətbuat – milli düşüncənin və dövlətçiliyin aynası

5 gün əvvəl
Növbəti xəbər
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov

Yaddaşımızda əbədi qalan tarixi bir gün

“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”
Gündəm

“Sonradan bildim ki, onun yanındakı qız da erməni əsillidir” – Elşən Musayev

9 saat əvvəl
“Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələri  aqrar inkişaf strategiyasının mühüm hissəsidir”
Siyasət

“Azərbaycan–Almaniya əməkdaşlığı geniş istiqamətləri əhatə edir”

4 gün əvvəl
Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi
Siyasət

Azərbaycanın beynəlxalq nüfuzunun növbəti göstəricisi

4 gün əvvəl
Komitə sədri: Lüksemburq isə yaxşı olardı ki, peyk dövlət olaraq yox, müstəqil ölkə kimi davranardı
Gündəm

Deputat: Azərbaycan-Almaniya münasibətləri uzunmüddətli strateji baxışa əsaslanan tərəfdaşlıq modeli üzərində qurulur

5 gün əvvəl
Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var

5 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.