İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
19 Fevral, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Ulu Öndər azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur

1 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycançılıq və dövlətçiliyimizin ideoloji bazasını, xalqın varlığını təcəssüm etdirən baza olmaqla yanaşı, özündə həm də dövlətçiliyin əsas atributlarını da əks etdirir. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azurbaycançılıq anlayışının tərkib hissələridir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən, tarixi ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər olmaz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik. Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dinimizi sevməlidir, dilimizi sevməlidir, milli ənənələrimizi sevməlidir”. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”. Ulu Öndər azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur. Ulu Öndər Heydər Əliyev öz çıxışlarının birində deyirdi: “Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Azərbaycandaheç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur”. Məhz bu fikirlər dahi şəxsiyyətin uzaqgörən siyasətinin mahiyyətini dərk etməyə kifayətdir. Əsrlərdir tolerantlıq və multikulturalizm xalqımızın ictimai-siyasi həyatının mühüm, həm də ayrılmaz dəyərinə çevrilib. İndi isə bu dəyərlər müstəqilliyimizin milli sərvəti kimi çıxış edir. Ümummilli Liderimiz Heydər Əliyevin alternativsiz siyasi xəttini uğurla və uzaqgörənliklə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı məqsədilə əsasını qoyduğu “Bakı prosesi”, eləcə də digər dünya miqyaslı təşəbbüslərlə möhkəmləndi. Dövlətimizin ümumbəşəri ideyaların carçısı olması bizim üçün qürur mənbəyi, Azərbaycanın beynəlxalq nüfuzu üçün yenilməz zəfərə çevrildi.

44 günlük Vətən müharibəsi müddətində siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsində işğalçını həm də xalqımızın bu həmrəyliyi, birliyi vəlvələyə salmışdı. Siyasət və döyüş meydanında məğlubiyyətə düçar olan ermənilər bu vəhdəti, birliyi zəiflətməyə, millətlər arasında nifaq, təfriqə salmağa çalışsalar da, ölkəmizdəki birgəyaşayış modelinin sınaqlardan uğurla çıxdığını, böyük gücə çevrildiyini, Azərbaycanda tarixən yaşayan xalqların, dinlərin nümayəndələrinin hamısının azərbaycançılığa, Azərbaycan dövlətçiliyinə sıx bağlılığını və bu bağların illər keçdikcə daha da möhkəmləndiyini unutmuşdular. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəyliyimizin və bütün azərbaycanlıların Prezident İlham Əliyevin ətrafında birliyinin təntənəsi oldu. Bütövlükdə, 44 günlük savaşdakı Zəfərlə xalqımız Ali Baş Komandanımızın rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini göstərdi.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. Bu 44 günlük müharibə bir daha göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır.

 

Müşfiq Səfərov,

YAP Beyləqan rayon təşkilatının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır

Növbəti xəbər

“Peşəkar mühasibliyə doğru” layihəsinin icrasına start verildi

Əlaqədar Xəbərlər

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”
Gündəm

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

20 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

22 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

1 gün əvvəl
“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub
Gündəm

“İrsdən Hüquqa: Heydər Əliyev və Biz” layihəsi uğurla icra olunub

1 gün əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Gündəm

Azərbaycan–Serbiya əməkdaşlığının perspektivləri

2 gün əvvəl
Növbəti xəbər
“Peşəkar mühasibliyə doğru” layihəsinin icrasına start verildi

“Peşəkar mühasibliyə doğru” layihəsinin icrasına start verildi

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”
Gündəm

“350 mindən artıq Qərbi azərbaycanlının öz ata-baba yurduna dönüş hüququ gözardı edilə bilməz”

20 saat əvvəl
Komitə sədri: Bakının ABŞ-yə cavab verməsinin vaxtı yetişib
Gündəm

Çoxşaxəli tərəfdaşlığa əsaslanan Azərbaycan-Serbiya əlaqələri daha da genişlənir

22 saat əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Xüsusi

Azərbaycanın xarici siyasət konsepsiyasında əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir

1 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətlə davam etməkdədir

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.