İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Sentyabr, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

1 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Dünən diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərini izləyərkən qeyri-ixtiyari olaraq 6 il öncəyə ekskurs etdim. Müharibədən əvvəlki dövrə. Ərazi bütövlüyümüzə həsrət qaldığımız dövrə. Qarabağsız dövrə…

Ani müqayisələr, təhlillər yenidən beynimdə var-gəl etdi.

Bu altı ildə dünya sanki öz quruluşunu, oxunu, bucağını dəyişib. Uşaqlıqda sevə-sevə baxdığımız “Sehrli xalat”dakı gələcək sanki bir anın içində reallaşıb, həqiqətə çevrilib. Sanki kosmik qərinə yerin peykdəki zamanlaması ilə rotasiya edib və o səbəbdən sürətin fərqinə vara bilməmişik…

Təqvim sizi aldatmasın, əzizlərim! İlham Əliyev həqiqətən bizi ən az yarım əsr sonraya aparıb!

Əmin olun, əzizlərim! Məmləkətimizdə bu gün 2026-nın deyil, ən yumşaq ehtimalla 2076-cı ilin sentyabrı yaşanır!

***

O gün dostum mənə Ağdamdan “WhatsApp” üzərindən videozəng edib. Dövlətin verdiyi evi göstərir. Tavanı göstərir. “Oboy”ları, döşəməni, eyvandan açılan mənzərəni, yoldan, qonşu binalardan üzünə sarılan işığı göstərir…

İndiyə qədər yüz adam mənə ev göstərib. İndiyə qədər saysız hesabsız insanın mənzil sevincini, kirayədən öz evinə köçmə həyəcanını seyr etmişəm. Amma inanın, dostumun çöhrəsindəki xoşbəxtliyə, səsindəki hüzura mən heç vaxt, heç yerdə rastlamamışam. Və yəqin ki, heç zaman da rastlamayacağam.

Dünən baxıram, sevilən sənətkarımız, həm də çox dəyərli insan – Aybəniz Haşımovanın qızı Aynişan 34 il sonra atasının şəhid olduğu məkana ayaq basıb…

Yadıma düz 15 il öncə düşdü. Rəşid Behbudov adına Mahnı Teatrında, həmin qəhrəman – Xalid Quliyev haqda çəkilmiş filmin təqdimatında çıxış edərkən söyləmişdim ki, Tanrı bütün şəhid balalarına atalarının vuruşduğu torpaqlara əlləri ilə toxunmağı, o torpağı ovucları ilə sığallamağı qismət eləsin…

Aynişan da, Aybəniz xanım da həmin cümlədən sonra ağlamışdı və eyniadlı səbəbdən daha sonra özümü nitqimdə bu qədər həzin notlara yer verdiyim, qarşımdakı insanların emosiyalarını, hisslərini hesablaya bilmədiyim, nəzərə almadığım üçün xeyli qınamışdım.

Amma indi sevinirəm. Sevinirəm ki, zamanında Aynişanı ümidləndirən, bu fikri onun beyninə salan, həmin beyində atasının müqəddəs izləri olar torpaqları sığallamağın təsvirini yaradan insanlardan biri də mən olmuşam…

Əziz bacı və qardaşlar!

Bu gün;

Kəlbəcərdə bal festivalı keçirilir….

Cıdır düzündə Azərbaycan yallısı gedir…

Cabbarın, Natəvanın, Bülbülün ruhu çaşqın şəkildə nələrin baş verdiyini anlamağa çalışır…

Təyyarələr Füzuliyə, Laçına enir…

Xankəndidə “Azan” oxunur…

Dillərdə Ağdamın paytaxt olma ehtimalı gəzir…

Yaxşı bəs, bu, möcüzə deyil, bəs nədir?!

Bu, 2076-cı il deyil, bəs hansı ildir?!

***

2 gün öncə jurnalistlərdən biri mənə sual ünvanlamışdı ki, cənab Prezidentin reytinqinin ölkədə keçirilən sorğulara əsasən, 94 faiz olması barədə nə deyə bilərsiniz? Cavab vermədim.

Çünki, mən, aradakı 6 faizlik itkiyə, yəni, hətta 100 nəfərdən 6-nın belə İlham Əliyevi dərk etmədiyinə şübhə ilə yanaşıram. Ən azından buna inana bilmirəm.

Çünki bu qədər iş görən, bizim xoşbəxtliyimizin də, bütövlüyümüzün də, suverenliyimizin də rəmzi və səbəbkarı olan Prezidentin 101, 105 faizlik reytinqi daha inandırıcı görünərdi, nəinki jurnalistin söylədiyi rəqəm…

Çünki 94 faizlik üstünlük – həmin sorğu yalnız və yalnız AXCP kuluarlarında keçirildiyi zaman mümkün ola bilər. Hərçənd onda da, orada da İlham Əliyevin minimum 99 faiz səs alacağına qətiyyətlə əminəm…

Nəhayət;

Çünki, 200 il ərzində ilk dəfə torpaq geri qaytaran, Azərbaycan və azərbaycanlılar üçün canını belə fəda etməyə hazır olan, bütün riskləri gözə alan, ən əsası: gücünün, resursunun, imkanlarının maksimumu, 100 faizi ilə çalışan belə bir ləyaqətli Lider, 94 deyil, elə 100 faizlik qarşılığı da haqq edir!

Həm də tamı-tamına. Bütün göstərici və parametrlərlə…

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

Əlaqədar Xəbərlər

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

4 gün əvvəl
“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!
Gündəm

“Bəs deyirdin, pul yoxdur?” – Elşən Musayevdən Tural Sadıqlıya sərt sözlər!!!

4 gün əvvəl
“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!
Gündəm

“Niyə özünə əl qatmısan?” – Deputatdan Frank Şvabeyə sərt sözlər!

1 həftə əvvəl
“Sən axı kimsən ki, bizə məsləhət verəsən?!”
Gündəm

“Sən indi hamıdan ağıllı çıxmısan?!” – Elşən Musayev

1 həftə əvvəl
Neft və qaz sənayesində əldə olunan nailiyyətlər ölkəmizin inkişafına mühüm töhfə verir
Gündəm

Vaşinqtondan Bişkekə: Sülh masasında Bakının dəyişməyən şərtləri

2 həftə əvvəl
Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib
Gündəm

Paytaxt təhsil işçilərinin sentyabr konfransına start verilib

2 həftə əvvəl
Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!
Gündəm

Təqvim sizi aldatmasın – Hazırda 2076-dır!

1 saat əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

24 saat əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

2 gün əvvəl
“Statusbaz!” – Elşən Musayevin yazısı…
Siyasət

“Statusbaz!” – Elşən Musayevin yazısı…

3 gün əvvəl
Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib
Gündəm

Səmərqənddə Gənc Parlamentarilərin 12-ci Qlobal Konfransında keçirilib

4 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.