İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyun, 2025 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Tarixi sərhədləri aşan əmin-amanlıq bayramı

1 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Yaz bayramı ənənəvi olaraq bütün türk millətlərinin nümayəndələrini birləşdirir

Bahar gəldi və onunla birlikdə sevinclə gözlənilən mehribanlıq və dostluq bayramı – Novruz gəldi. Qədim zamanlardan Novruz bayramı türk və fars mənşəli xalqlar tərəfindən geniş şəkildə qeyd edilir. Bu bayram tarixi sərhədləri inamla aşıb və mehriban qonşuluqda yaşayan bir çox millətlərin birlik gününə çevirilib. Novruz bayramının tarixi qədim dövrlərə (e.ə. 7-4-cü əsrlər) gedib çıxır. Novruz bayramı yeniləşmənin, o cümlədən mənəvi təmizliyin rəmzidir. Rusların Maslenitsa bayramı kimi, o da dini hesab edilmir. Lakin, bütün müsəlman ölkələrində qeyd olunur və ən sevilən bir bayramdır.

Novruzun xüsusi bir atmosfer var. Bu, çoxəsrlik maraqlı ənənələri olan bir bayramdır. Novruz bayramı İcri-şəmsi təqvimi ilə yeni ilin başladığı martın 21-də, yaz bərabərliyi günündə qeyd olunur. Bayram əsl yazın gəlişindən və təbiətin oyanışından xəbər verir. Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir. Novruz bayramı günü əcdadlarımız adətən dünyasını dəyişənlərin ruhuna dualar oxuyar, Uca Yaradandan bol məhsul diləyərlər. Lakin bu bayramın dinlə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq, tarixi Şərqin qədim dövrlərinə gedib çıxır. Həm də adətə görə bu bayramda küslülər barışır. Bayramda insanlar bir-birinin incikliyini bağışlayaraq barışıq əlaməti olaraq hədiyyələr verirlər. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir: “Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.

Azərbayanda da hər il Novruz bayramı münasibəti ilə böyük şənlikləri təşkil olunur. Doğma torpağımızın gözəlliyinə, yazın gəlişinə, məhəbbətə həsr olunmuş ürəkdən gələn mahnılar, təsirli şeirlər səsləndirilir. Onlar bayramın bəzəyinə çevrilirlər. Bayram zamanı mlli rəqslər ifa olunur, milli geyimlərin nümayişi olur. Şəhər sakinləri və qonaqları üçün geniş konsert proqramı hazırlanır. İdman yarışları, xalq oyunları da təşkil olunur. Uşaqlar üçün – müxtəlif oyunlar, trambolin olur. Ekstremal idman həvəskarlarına xoş sürprizlər bəxş edlir. Şənliklərdə yaradıcı kollektivlərin və rəssamların çıxışları, parlaq bahar bayramının maraqlı ənənələri nümayiş olunur, həmçinin Novruz personajlar Kosa və Keçəl tamaşaçıları əyləndirir. Bayram münasibəti ilə yaramarkalar da keçirilir. Kabab, plov və digər milli nemətlərdən ibarət sərgilər təşkil edilir.

Ölkəmizdə və xaricdə soydaşlarımız bir-birlərini Novruzun gəlişi münasibəti ilə təbrik edir, əmin – amanlıq, bolluq və bərəkət arzulayırla. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il dünya azərbaycanlılarını yaz bərabərliyi- Novrzu bayarmı günü münasibətilə təbrik edir. Hər kəsə mehribanlıq, xoşbəxtlik, yaxşı əhval-ruhiyyə və sülh arzulayır. Artıq torpaqlarımız işğaldan azad edildikdən sonra ənənəvi olaraq dövlətimizin başçısı Novruz bayramını bu ərazilərdə qeyd edir. Qarabağdan dünya azərbaycanlılarını böyük qürur hissi ilə təbrik edir. Novruz bayramını bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev deyib: ‘‘Hәmin gün gәldi..Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә  azad edilmiş bütün torpaqları bərpa edəcəyik. İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik.”

Yaz bayramının hazırlanması və keçirilməsinə xaqlımız xüsusi hazırlaşır. Hər şey sevgi, sayğı ilə edilir-kostyumlar tikilir, milli yeməklər hazırlanır, səməni cücərdilir, yumurta rənglənir. Bütün bunlar Azərbaycan xalqının zəngin mədəniyyət nümunələridir.

Dövlətimiz tərəfindən beynəlxalq müstəvidə də Novruz bayramının tanıdılması istiqamətində əhəmiyyətli işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz uşaqlıqdan ən çox sevdiyimiz bayramdır. Nənələrimizlə, analarımızla birlikdə buna hazırlaşdıq. Çox səbirsizliklə gözlədiyimiz milli şirniyyatlar bişirir və birlikdə sınayardılar. Bizm üçün əziz olan bu bayramda bahar gəlir, təbiət öz sərvətini bölüşür.

Novruz bayramınız mübarək olsun!

İbrahimova Gülzar İsaxan qızı,

 Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər

Növbəti xəbər

Xoş gəldin, Novruz bayramı!

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

19 saat əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

2 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

2 gün əvvəl
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir
Gündəm

Xalqımızın birliyi sayəsində əldə olunmuş müstəqilliyimiz, bərpa olunmuş ərazi bütövlüyümüz və təmin edilmiş suverenliyimiz tariximizin ən parlaq səhifələridir

4 gün əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycan Xalq Cümhüriyyətinin tarixi əhəmiyyəti

5 gün əvvəl
Azərbaycan xalqının ideoloji birliyində YAP-ın rolu
Gündəm

Gələcək nəsillərə örnək

5 gün əvvəl
Növbəti xəbər
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi

Xoş gəldin, Novruz bayramı!

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

“Üç Qardaş” – Yeni geosiyasi model

18 saat əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Gündəm

Laçından beynəlxalq aləmə qardaşlıq və həmrəylik mesajı

19 saat əvvəl
Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir
Xüsusi

Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə əməkdaşlığını ildən-ilə, gündən-günə gücləndirir

2 gün əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Gündəm

Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq

2 gün əvvəl
Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır
Gündəm

Laçın görüşü regional təhlükəsizliyə xidmət edən tərəfdaşlıq platformasıdır

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.