İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
8 Aprel, 2026 - Çərşənbə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Taksi xidmətindəki xaotizm və sistemsizlik… – Həll yolunu millət vəkili ŞƏRH EDİR

3 il əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Azərbaycan inkişaf etdikcə digrə sahələrdə olduğu kimi ictimai nəqliyyat sektoru, xüsusən də taksi xidməti sahəsi də sürətlə inkişaf etməkdədir. Lakin inkişafla yanaşı, problemlər də mövcuddur. Belə ki, taksilərin sayının çox olması  və vətəndaşlarımızın taksi xidmətinə üstünlük verməsi nə qədər  xoşagələn məqam hesab edilsə də, amma bu sahədə ciddi problemlər mövcuddur. Taksi xidmətində olan xaotiklik, xidmətin aşağı səviyyədə olması, çoxsaylı xoşagəlmə halların, hətta tez-tez cinayət    hadisələrinin başa verməsi insanların haqlı narazıçılığıan səbəb olur.  Taksilərin sayının çox olması paytaxtda  tıxacların yaranmasına da səbəb olur”.

Bunu Ednews-a açıqlamasında deputat Şahin İsmayılov deyib.

Onun sözlərinə görə, son illərdə taksi xidmətində  yaranmış  xaotizim, sistemsizlik  ictimaiyyətlə yanaşı, bu sahədə çalışanların özünü də  ciddi narahat eməkdədir:

“Bununla bağlı aidiyyatı dövlət qurumlarına və deputatlara çoxsaylı şikayətlər daxil olur. Onu da qeyd edim ki, taksi xidmətindən narazı olanlar təkcə onun xidmətindən istifadə edən insanlar deyil, həm də bu sahədə fəaliyyət göstərən sürücülərdir. Belə ki, sürücülər    naşı, təcrübəsiz, peşəkar olmayan, bir çox hallarda narkotik aludəçilərinə taksilərin  etibar edilməsindən, gedişhaqqının azlığından, sərnişinlər isə sürücülərin həm etik davranışlarından, həm nağdsız ödəmələrlə bağlı üzləşdikləri problemlərdən, həm də şirkətlər tərəfindən gedişin təxirə salındığı zaman onlardan  tutulan əlavə məbləğdən şikayətlənirlər.  Bir sözlə bu sahədə ciddi problem hökm sürməkdədir və  bu sahənin tənzimlənməsi baxımdan da bir boşluq hökm sürməkdədir.  O baxımdan da bu sahənin tənzimlənməsinə  və keyfiyyətli taksi xidmətinin yaradılmasına ciddi zərurət yaranıb”, – o qeyd edib.

Deputat əlavə edib ki, rəsmi məlumata əsasən bu gün Bakıda təxminən 67000  taksi fəaliyyət göstərir:

“Bu da beynəlxalq təcrübəyə görə, hər adambaşına düşən taksi sayına görə, haradasa 5 dəfə çoxdur. Əgər  dünyanın iri şəhərlərində hər  min nəfərə düşən taksinin sayı 7-8 ədəddirsə, Bakıda  isəhər min nəfərə düşən taksi sayı təxminən 30 ədəddir. Digər problem isə taksi dayanacaqları müəyyən edilmədiyindən taksilər avtobus dayanacaqlarını zəbt edir. Avtobuslar ikinci zolaqda dayanmaq məcburiyyətində qalır. Sıxlıq və tıxaclara səbəb olur.

Taksilərin sayının çoxluğu və bazardakı qeyri-sağlam rəqabət mühiti qiymətlərdə öz əksini tapır. Qiymətlərin ucuz olmasından müştərilər razı qalsa da,  sürücülər razı qalmır. Bundan daha çox qazanan yenə də taksi xidmət şirktələri olur. Taksi sürücüsü isə gəlir əldə etmək və xidmət etdiyi şirkətlərə borclu qalmasın deyə günün böyük bir hissəsini, ən azı 12-13 saatını işləmək  məcburiyyətində qalırlar. Bu da öz növbəsində qəzaların  baş verməsinə səbəb olur. Taksilərin say çoxluğu, sürücülərin ağır iş şəraiti, eləcə də bir çox sürücülərin qeyri-peşəkarlığı, daha çox pul qazanmaq və ya günlük planı vermək üçün çoxsaylı gedişlər etməsi yol-nəqliyyat hadisələrinin sayının artmasına da səbəb olur.  Statistikaya da nəzər salsaq görərik ki, ən çox qəzalar məhz taksi sürücülərinin payına düşür. Təkcə 2023-cü ilin 5 ayı ərzində Azərbaycanda taksilərin iştirakı ilə 139 yol-nəqliyyat hadisəsi baş verib və bunun nəticəsində  56 nəfər həlak olub, 18 nəfər isə  yaralanıb. Burada digər ciddi bir məqam isə vergidən yayınma hallarıdır. Nəticədə sürücülərin əmək münasibətləri rəsmiləşdirilmir, gələcək sosial təminatları ilə bağlı məsələlər açıq qalır.  Bu hallarda sonda ciddi problemlərə yol açır, vətəndaşı hökumətdən narazı salır.  Bir sözlə bu sahədə çoxsaylı problemlə mövcuddur və onlaırn aradan qaldırılması vacibdir. Bu sahədə qanunverciliyin təkmilləşdirilməsi   və müasir dövrün tələblərinə uyğun taksi xidmətinin təmin edilməsi günün tələbidir”.

O bildirib ki,  keyfiyyətli taksi xidmətinin yaradılması məqəsədi ilə Milli Məclisdə müzakirə çıxarılan qanun layihəsi bu sahədəki bütün boşluqları aradan qaldıracaq:

“Yeni qyadaya əsasən taksi daşıyıcıları və aqreqatorları icazə əsasında fəaliyyət göstərəcəklər və onların dəqiq uçotu aparılacaq, icazə  7 il müddətinə veriləcək. Taksi aqreqatorları yalnız icazəsi olan taksi daşıyıcıları ilə işləyə biləcək. Taksi sürücülərinin iş və istirahət rejiminə nəzarət ediləcək.Taksi daşımalarında qayda pozuntuları ilə bağlı konkret inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Qanunvericiliiyn tələbinə uyğun olaraq taksi sürücüləri  qeyri-etik davranaışlarına son qoymaq üçün onlara etik davranış qaydalarına dair təlimlər keçiləcək. Bundan əlavə olaraq ekoloji təmiz mobillik təşviq edilməsi məqsədi ilə velosiped və skuterlər üçün infrastruktur yaradılacaq.

Tənzimləmə üçün elektron sistemlərin istifadəyə verilməsi məqsədi ilə AYNA İnformasiya Sistemi üzərindən icazələr elektron qaydada veriləcək. Bütün bunlar həm əhalinin taksi xidmətindən istifadəsindən keyfiyyətin yüksəldilməsi, həm də bu sahədə olan digər problemlərin və boşluqlaırn aradan qalxması ilə  nəticələnəcək”.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ceyhun Məmmədov: Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var

Növbəti xəbər

Qəbul imtahanlarının ölkə birincisi Bakı Ali Neft Məktəbini seçdi

Əlaqədar Xəbərlər

Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

7 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

1 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Gürcüstan və Azərbaycan inamla inkişaf edir.

1 gün əvvəl
“Azərbaycan–Serbiya əlaqələri strateji mövqelərin möhkəmlənməsinə xidmət edir”
Gündəm

Deputat: “Azərbaycan və Gürcüstan uğurlu əməkdaşlıq modelini inkişaf etdirir”

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Çətin vəziyyətlə üzləşən insanların yanında olmaq, onların ehtiyaclarına dəstək vermək həm beynəlxalq humanitar prinsiplərin, həm də milli-mənəvi dəyərlərimizin tələblərindən irəli gəlir

2 gün əvvəl
Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib
Gündəm

Könül Nurullayeva vətəndaşlarla növbəti dəfə görüş keçirib

4 gün əvvəl
Növbəti xəbər
Qəbul imtahanlarının ölkə birincisi Bakı Ali Neft Məktəbini seçdi

Qəbul imtahanlarının ölkə birincisi Bakı Ali Neft Məktəbini seçdi

İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Sosial

Qardaşlıq və dostluq ənənələri

7 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı

7 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

1 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Xüsusi

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır

1 gün əvvəl
“Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir” – Ceyhun Məmmədov
Gündəm

Gürcüstan və Azərbaycan inamla inkişaf edir.

1 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.