İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 Mart, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Təranə Paşayeva: “Ailə daxilində baş verən şiddət insanların psixoloji və fiziki dünyalarında çətin bərpa olacaq yaralar açır”

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Son dövrlərdə sosial şəbəkələrdə, saytlarda və kütləvi informasiya vasitələrində sürətlə yayılan, cəmiyyət tərəfindən ajiotajla qarşılanan, digər tərəfdən isə həssas yanaşılmalı məsələlərdən biri ailədaxili şiddət və onun yaratdığı fəsadlardır.

Ümumiyyətlə isə son zamanlar ailədaxili şiddətlə bağlı xəbərlərin çoxalması əslində həyəcan siqnalıdır və bu məsələyə diqqətin artırılmasını tələb edir.

Belə xoşagəlməz hallarının artmasının səbəbləri müxtəlifdir. Sosial, iqtisadi, psixoloji və digər səbəblərdən yaranan bu anlaşılmazlıqlar daha sonra gərginliklərin artmasına, şiddət və zorakılığa və sonda dəhşətli nəticələrə gətirib çıxarır.

Ailə daxilində baş verən şiddət insanların psixoloji və fiziki dünyalarında çətin bərpa olacaq yaralar açır. Boşanma, ayrı yaşamaq kimi nəticələrlə bərabər cinayət, intihar kimi amillərin də olması belə halların aradan qaldırılması istiqamətində araşdırmaların artırılmasını labüd edir.

Mərkəzimizə müraciət edən pasiyentlərin müəyyən bir qismi məhz ailədaxili münasibətlərdən yaranan problemlərdən dolayı psixoloq yanına üz tuturlar.

Ən çox qarşılaşdığımız səbəblər sırasında ailə üzvlərinin uzun müddət çalışması, istirahətə zaman ayırmaması, iş mühitində yaranan stres, tərəflərdən birinin digərinə qarşı qısqanclıq hissi, zərərli vərdişlərə aludəçilik, o cümlədən ailə üzvlərindən birinin fiziki və psixoloji pozuntularının olması və digər halları göstərə bilərik.

Qeyd etdiyimiz amillərlə yanaşı digər məqamlar da mövcuddur, amma səbəbin hansı olmasından asılı olmayaraq təəssüf ki, əksər münaqişələrin nəticələri xoş olmur. Münaqişələrin böyümə səbəbləri sırasında tərəflərin bir-birini anlamaması, güzəştə getməməsi, yaranan problemdə günah və məsuliyyəti qəbul etməmək, inadkarlıq kimi səbəblər üstünlük təşkil edir”.

Belə ki, həmin insanlarda baş verən hadisələrdən dolayı qorxu, günah hissi, “qoruya bilmədim, bacarmadım” kimi ifadələrlə əks olunan həyəcan, stres, aqressiya, intiqam almaq duyğuları, diqqət əksikliyi, tək qalmaq arzusu, özgüvən əksikliyi kimi psixoloji narahatlıq və problemlər ortaya çıxır. Bununla yanaşı müxtəlif dərəcəli xəsarət almalar, ölüm, sağlamlıq problemləri, qidalanma və yuxusuzluq pozuntuları və digər fiziki narahatlıqların olması həmin insanların gələcək həyatlarında fəsadlarını göstərir.

Hansı formada olmasından asılı olmayaraq zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır.

Ailə daxilində zorakılıqların azaldılması və aradan qaldırılması məsələsi uzun vaxt istəyən, birgə fəaliyyət tələb edir. Burada ailə üzvlərinin də üzərinə böyük yük düşür. Həyat yoldaşları və digər ailə üzvlərində hiss olunan narahatlıqları ört-basdır etmək yox, problemin ən qısa zamanda həll olunması üçün müvafiq sahənin mütəxəssislərinə müraciət etmək, ehtiyac yaranarsa psixoloji, tibbi və digər formalarda dəstək almaq lazımdır. Həmçinin aidiyyatı qurumlar birgə fəaliyyət göstərməli, vətəndaşların maarifləndirilməsinə diqqəti daha da artırmalıdır.

Qeyd edilənləri həyata keçirə biləriksə, biz daha xoşbəxt və sağlam gələcəyə nail ola biləcəyik.

Təranə Paşayeva

“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri

“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri

Psixologiya üzrə fəlsəfə doktoru

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Qafan rayonunun futbol komandası Qərbi Azərbaycan kubokunun qalibi oldu

Növbəti xəbər

Neftçalada da Ulu Öndərin siyasi hakimiyyətə gəlməsinin 55 illiyi qeyd edildi

Əlaqədar Xəbərlər

Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Azərbaycanda qadınların cəmiyyətin inkişafındakı rolu dövlət səviyyəsində qiymətləndirilir

5 gün əvvəl
Məktəblilər arasında yallı festivalı keçiriləcək!
Sosial

Məktəblilər arasında yallı festivalı keçiriləcək!

1 həftə əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Azərbaycan Avropanın enerji bazarında mövqelərini möhkəmləndirir

1 həftə əvvəl
Uğurlu inkişafın təməli
Sosial

Xocalı – faciədən qürura gedən yol

2 həftə əvvəl
Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Azərbaycanın artan enerji ixrac potensialı

4 həftə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

Dövlət-vətəndaş münasibətlərində yeni model

4 həftə əvvəl
Növbəti xəbər
Neftçalada da Ulu Öndərin siyasi hakimiyyətə gəlməsinin 55 illiyi qeyd edildi

Neftçalada da Ulu Öndərin siyasi hakimiyyətə gəlməsinin 55 illiyi qeyd edildi

Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Azərbaycan öz gücü ilə ədaləti bərpa edən və regiona sülh gətirən ölkədir

13 saat əvvəl
YAP Qaradağ rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub
Gündəm

YAP Qaradağ rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub

2 gün əvvəl
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasıdır

2 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir

2 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı

2 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.