İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
15 İyul, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir

3 həftə əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycanın enerji paytaxtı sayılan Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı tarixi hadisədir. İyunun 24-də keçirilən və bir sıra xarici nümayəndə heyətlərinin də qatıldığı açılış mərasimində Prezident İlham Əliyev çıxış etdi, mühüm mesajlar verdi. Müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi statusunu qazanan “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji sferasında aparıcı mövqe qazanır. Bu nəhəng layihənin ən önəmli funksiyaıarından biri də ondan ibarətdir ki, “8 Noyabr” stansiyası ölkəmizin daxili enerji tələbatının ödəməklə bərabər, həmçinin ölkə xaricinə enerji ixrac potensialının həcmini ciddi şəkildə artıracaq. Prezident İlham Əliyev də “8 Noyabr” ES-in açılış mərasimindəki çıxışı zamanı bu məqama toxunaraq bildirdi ki, ölkəmizin ən böyük elektrik stansiyası sayılan və 1880 meqavat gücündə olan bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək.
Daha bir önəmli məqam da budur ki, “8 Noyabr” ES-in layihəsinin hazırlanması və icrasında İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, Azərbaycanın mühəndisləri də mühüm rol oynayıb. Eyni zamanda, stansiyanın tikintisində yerli ixtisaslaşmış “BCC Group” şirkəti də iştirak edib. Bütün bunlar onu göstərir ki, Azərbaycanın enerji sektorundakı milli kadr və sənaye potensialı kifayət qədər böyükdür. Ölkəmizin enerji siyasətində yeni mərhələnin başlanmasının rəmzinə çevrilən bu stansiyanın qısa zaman kəsiyində inşa edilib istifadəyə verilməsində yerli mütəxəssislərimizlə yanaşı, İtaliya və Çin şirkətlərinin də böyük payı var. Bunu Prezident İlham Əliyev də açılış mərasimindəki çıxışında qeyd etdi və İtaliyadan, Çindən olan qonaqlara təşəkkürünü bildirdi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməlinin qoyulması ilə Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilən Mingəçevirdə bu gün istismara verilən “8 Noyabr” Stansiyasının fəaliyyəti bir çox məqsədləri təmin edəcək və həm də milli təhlükəsizliyimizi daha da gücləndirəcək. Bu baxımdan, Prezident İlham Əliyev öz çıxışında tamamilə haqlı olaraq qeyd etdi ki, energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Dövlətimizin başçısı onu da vurğuladı ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Hazırda dünyanın bir çox bölgələrində, o cümlədən Avropa məkanında da enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığı hər kəsə məlumdur. Biz də bu təhlükəli mərhələdən keçmişik. Prezidentin vurğuladığı kimi biz müharibə nədir, yaxşı bilirik: “Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı – əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir”.
Həmçinin Xocalı soyqırımını törədən, işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistanın hərbi cinayətkar dövlət olduğunu qeyd edən dövlətimizin başçısı, 44 günlük İkinci Qarabağ müharibəsinin bizim Zəfərimizlə başa çatmasından sonra bu gün beş ildir ki, sülh şəraitində yaşadığımızı və ölkəmizin sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanındığını açılış mərasiminin iştirakçılarının diqqətinə çatdırdı. Bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün böyük əhəmiyyəti olduğunu da diqqətə çatdıran dövlət başçımız bildirdi ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq.

Dövlət başçımızın stansiyanın adı haqqında dedikləri də qürurla dinlənildi, qürurla tarixləşdi: Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq.

 

Niyaməddin Əsgərov

 

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır

Növbəti xəbər

Ordumuzun döyüş meydanında qazandığı qələbələr hərb tarixində yeni səhifə açdı

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 həftə əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 həftə əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 həftə əvvəl
Parlaq qələbələr
Gündəm

Azərbaycanın sərmayə iqlimi və regional rolu

1 həftə əvvəl
Növbəti xəbər
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir

Ordumuzun döyüş meydanında qazandığı qələbələr hərb tarixində yeni səhifə açdı

Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri uğurla davam edir

1 həftə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir

1 həftə əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir

1 həftə əvvəl
Parlamentin komitə sədri: Azərbaycan regional və qlobal müstəvidə təhlükəsizliyin qorunmasına, əməkdaşlığın gücləndirilməsinə töhfə verir
Gündəm

Şahin İsmayılov: Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir

1 həftə əvvəl
Çoxillik münaqişənin sonu
Gündəm

Azərbaycanın regional liderliyinin növbəti nümunəsi

1 həftə əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.