İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 İyun, 2025 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Təhlükəsizlik təmin olunur

9 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Prezident İlham Əliyev: “Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik”

Bu gün Azərbaycan dövləti dayanıqlı iqtisadi inkişafa malikdir. Prezident İlham Əliyevin düşünülmüş siyasətinin əsasında sabitliyin qorunması dayanır. Dövlətimiz bunun sayayəsində uğurlu inkişaf edib. Eyni zamanda, xalq tərəfindən dövlət başçısının siyasətinə dəstək verilir. Bu, o deməkdir ki, dövlət və xalq birliyi özünü göstərir.

Hazırda hərbi sənaye kompleksinin xüsusi olaraq inkişaf etdirilməsi, təhlükəsizliyin təmin olunması və sərhədlərin qorunması məsələsi də çox önəmlidir. Dövlətin büdcə xərcləri bu istiqamətlərdə də artırılıb. Çünki dövlətimizin təhlükəsizliyinin təmin olunması ən birinci şərtdir. Bu gün Azərbaycan təhlükəsiz, sabit bir ölkə olaraq tanınır. Ona görə də Azərbaycanda təhlükəsizliyin təmin olunmasına xüsusi fikir verilir. Prezident İlham Əliyevin cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında bildirdiyi kimi, gələn ilin əsas xərcləri artıq müəyyən edilib: “İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr – bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq”. Artıq ərazi bütövlüyümüz tam bərpa olunub. Qarabağ ərazisində sərhədlərimiz qorunur. Yeni hərbi hissələr, postlar yaradılır və bunda da məqsəd odur ki, Azərbaycan dövləti Ermənistanla öz sərhədlərini möhkəmləndirsin və düşmənlərdən bizim sərhədilərimiz təhlükəsiz formada qorunsun.

Azərbaycan dövlətinin bütün xərcləri öz malliyəsi hesabına həyata keçirilir. Azərbaycanın büdcəsi öz iqtisadi gəlirlər əsasında qurulur və ildən-ilə artırılır. Dövlətimizin başçısı müşavirədə Azərbaycan iqtisadiyyatının inkişaf tempilərinə və  iqtisadiyyatın şaxələndirilməsi üçün qarşıda duran məsələlərə toxunub, büdcə xərcləri haqda danışaraq gələcək fəaliyyət planlarını qeyd edib: “İqtisadi inkişaf templəri. İqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də, – nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, – gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq”. Bununla da Azərbaycan dövləti öz iqtisadi dayanıqlığını qoruyur və inkişaf edir. Bütün dövlətin ayaqda qalması üçün lazım olan xərcləri təmin edilir. Büdcənin artması və Azərbaycanın gələcək iqtisadi inkişafı əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönləndirilir. Cənab Prezident deyib ki, büdcə dövlətimizin imkanlarını əks etdirir: “Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək”. Xüsusən Qarabağ və Şəqri Zəngəzurun bərpası üçün xərclər bu gün çox önəmlidir. Azərbaycanın geniş maliyyə imkanları əldə etməsi qeyd olunan sahələrə diqqətin artırılmasını zərurətə çevirib. Artıq bundan sonra yeni mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması vacib amildir. Dövlətimiz heç bir ölkədən maliyyə almadan öz gücü ilə burada abadlıq-quruculuq işləri aparır. Artıq bu ərazilərdə yeni həyat başlayıb. Və müsbət haldır ki, bunlar hamısı müasir standartlar uyğun olaraq həyata keçirilir.

Bildiyimiz kimi, Azərbaycanın özünün itisadi inkişaf modeli var. Dünyada bu, nümunəvi bir model qəbul edilir. Bunun ən özəl cəhəti odur ki, Azərbaycan dövləti öz resursları hesabına iqtisadi inkişafa nail olub və ildən-ilə daha da gücləndirir. Bu baxımdan Azərbaycan iqtisadi olaraq heç bir dövlətdən asılı deyil. Nə siyasi, nə də iqtisadi olaraq Azərbaycanın asıllığı yoxdur. Prezident qeyd edib ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib: “Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq”. Məhz Azərbaycanın bu iqtisadi müstəqilliyinin olması beynəlxalq aləmində də yeni bir tərəfdaşların qazanmasına imkan yaradır. Çünki beynəlxalq müstəvidə hər hansı bir ölkənin iqtisadi müstəqilliyinin olması xüsusi əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycanın ildən-ilə tərəfdaşlarının sayı çoxalır. Azərbaycan yeni-yeni qlobal layihələrdə iştirak edir. Çox müsbət haldır ki bir çox beynəlxalq layihələrdə Azərbaycan aparıcı rola malikdir. Bütün bunlar dövlətimizin iqtisadi və siyasi gücünün bariz nümunəsidir.

 

Nurullayeva Zenfira İslam qızı,

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platforması” layihəsinin icrasına start verildi

Növbəti xəbər

İqtisadiyyatın şaxələndirilməsi əsas hədəf kimi

Əlaqədar Xəbərlər

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

13 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

13 saat əvvəl
Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

Bəyannamənin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

14 saat əvvəl
Revanşist qüvvələrə vacib mesaj
Gündəm

Revanşist qüvvələrə vacib mesaj

15 saat əvvəl
“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…
Gündəm

“Rusiya – Ukrayna müharibəsi yaxın zamanlarda bitməyəcək!” – DEPUTATDAN SENSASİON YAZI…

1 gün əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi

2 gün əvvəl
Növbəti xəbər
Enerji resurslarının inkişafında yeni mərhələ

İqtisadiyyatın şaxələndirilməsi əsas hədəf kimi

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib
Sosial

Yekaterinburq şəhərində həmyerlimiz Mirzə Məmmədovun rəsm sərgisinin açılış mərasimi keçirilib

13 saat əvvəl
“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər
Gündəm

“Şuşa Bəyannaməsi”nin beynəlxalq əhəmiyyətini şərtləndirən mühüm amillər

13 saat əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Qurtuluşdan Quruculuğa

13 saat əvvəl
Sözü və əməli bir olan Lider
Gündəm

Tarixi missiyanın başlanğıcı

13 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Xüsusi

Şahin İsmayılov: Azərbaycan-Türkiyə müttəfiqliyi ortaq maraqlara əsaslan tərəfdaşlıq modelidir

13 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.