İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
13 Mart, 2026 - Cümə
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

Sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir

3 saat əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Sirr deyil ki, müstəqil Azərbaycan dövləti hər zaman regionda dayanaqlı sülhün təmin olunması üçün davamlı addımlar atır. Sülh çağırışı etmək böyük bir siyasi iradə və gələcəyə baxış tələb edir. Bu müddət ərzində sülhlə bağlı çağırışlar Azərbaycan tərəfindən gəlib. Sülh müqaviləsinin hazırlanması təşəbbüsü, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən gəlib. Biz bu təşəbbüslərə hər zaman açıq olmuşuq. Azərbaycan bunu danışıqlar prosesində iştirak etməsiylə də təsdiq edib. Atəşkəsin pozulması və baş verənlərə baxmayaraq, biz sülhlə bağlı sadiqliyimizi həmişə nümayiş etdirdik. Bütün baş verən proseslərə rəğmən, hesab edirik ki, sülh gündəliyini irəli aparmaq lazımdır. Biz bu görüşün keçirilməsinə hazırıq və bununla bağlı təklifimizi bildirimişik.  Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün dövlətimizin danışıqlar aparmağa hazır olduğunu bildirmişdir. Təbii ki, söhbət, təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Artıq, müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionudaha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır. 30 il davam edən qanlı münaqişənin yaratmış olduğu fəsadların aradan qaldırılması, sülh və etimadın təşviq olunması baxımından müstəsna əhəmiyyət daşıyır. Ölkə Prezidenti, cənab İlham Əliyevin Cənubi Qafqazda formalaşdırdığı yeni təhlükəsizlik sistemində bütün dövlətlərin, xalq­ların rifahının qorunacağı, inkişafının təmin ediləcəyi və gələcəyi üçün risklərin olmayacağı Ermənistan əhalisinə yaxşı məlumdur. Bu gün, Azərbaycanın mövqeyi qətidir və ən əsası isə, bütün şərtləri rəsmi Bakı diktə edir. Silahlı Qüvvələrin Ali Baş Komandanı danışıqlar masasında da çevik və zəngin diplomatik məharəti ilə regionda yaratdığı yeni reallıqların prinsiplərini, Azərbaycanın milli maraqlarını tam ifadə edir. Hər görüşə ölkə Prezidenti, cənab İlham Əliyev konkret və dəyişməz şərti ilə gedir. Vətən müharibəsindəki zəfəri postmüharibə dövründə diplomatik qələbələrlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına dair təkliflərini təqdim edib. O, öz siyasi mövqeyi ilə dəfələrlə sübut edib ki, Cənubi Qafqazda əsas güc mənbəyi, söz sahibi Azərbaycandır və heç bir maneə onu hədəflərindən çəkindirə bilməz…

 

Sabit Mehdiyev,

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının məsləhətçisi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı

Növbəti xəbər

Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasıdır

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasıdır

42 dəqiqə əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan – Avropa İttifaqı (Aİ) münasibətləri dinamik inkişaf yolu keçib

3 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”

20 saat əvvəl
Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Azərbaycan–Aİ enerji əməkdaşlığı strateji əhəmiyyət daşıyır

21 saat əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

Azərbaycan qadını: ailənin dayağı və milli-mənəvi dəyərlərin qoruyucusu

3 gün əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasıdır

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Gündəm

Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasıdır

42 dəqiqə əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir

3 saat əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı

3 saat əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Azərbaycan – Avropa İttifaqı (Aİ) münasibətləri dinamik inkişaf yolu keçib

3 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”

20 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.