Prezident İlham Əliyev: “Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub”
Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin zirvə nöqtəsidir. Qalib ordumuz üçün Şuşanı azad emək artıq mütləq zərurət idi. Bu, hər bir azərbaycanlı üçün milli şərəf məqamına çevrilmişdir. Şuşanı Qarabağın, Azərbaycanın bütövlüyünün simvoludur. İşğaldan azad olunduqadn sonra Şuşa bir ayrı gözəlliyə malik olub. Qala-şəhərdə keçirilən yerli və beynəlxalq tədbirlər, həmçinin şəhidlərin ruhuna ən böyük sayğı və sevgidir. Xəbər verildiyi kimi, oktyabrın 10-da Şuşada daha bir möhtəşəm beynəlxalq tədbir- Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. Öncə, xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Müraciətdə Cənab Prezident nüfuzlu tədbirlərin Şuşada keçirilməsini ölkəmizin artan beynəlxalq statusundan xəbər verdiyini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir: “Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi əlamətdar hadisədir”.
Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb. Yeri gəlmişkən, İƏT-in sədri qismində açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” mövzusuna əsaslanan sədrliyi dövründə ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə göstərilən dəstəyə və fəal iştirakçılığa görə təşəkkürünü bildirib. O, eyni zamanda, “İƏT Baxışı – 2025” sənədində də əks olunmuş regional bağlantıların inkişafı, iqtisadi transformasiya, “yaşıl enerji” kimi prioritetlərin bundan sonra da irəlilədəcəyinə inamını ifadə edib.
Prezident İlham Əliyev müraciətində hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şəraitin yarandığını vurğulayıb. Müraciətdəki bu fikirlərdən də görüdüyü kimi, Azərbaycan bölgədə sülhün bərqərar olmasına çalışır. Hazırda bu baxımdan münbit mühit yaranıb, daha doğrusu, bunu Azərbaycan hərbi gücü ilə Qarabağdakı sepratçıları tərksilah edərək yaradıb. Dövlətimzin başçının “tarixi şərait” dəyərləndirməsi də səbəbsiz deyil. Çünki tarixən ermənilər bu regionda başqa dövlətlərin maşası olaraq sülh üçün təhlülə yaradacaq addımlar atıblar. Yəni tarixin müxtəlif çalarlarında Azərbaycana qarşı ətraf ölkələr ermənilərdən istifadə ediblər. Amma hazırda regionun bütün ölkələri sülh üçün addım atmaq niyyətindədir. Vətən müharibəsi günlərində, eləcə də 19 sentyabr antiterror təbirləri zamanı Rusiya bu baxımdan loyal davranış sərgilədi. İran isə Vətən müharibəsi zamanı və ondan sonra Ermənistanyönlü addımları ilə hər kəsi şoka salacaq bəyanatlar verdi. Lakin antiterror tədbirləri zamanı bu ölkə də üzdə də olsa öz loyallılğını göstərdi. Gürcüstan isə hər zaman Azərbaycanla Ermənistan arasında sülhü yaranması üçün vasitəcilik etmək üçünü təklif və təşəbbüslərlə çıxış edib. Elə Prezident İlham Əliyevin son Gürcütan səfəri zamanı da bu təklif bir daha Gücüstanın Baş naziri İrakli Qaribaşvili tərəfindən irəli sürülüb. Buna görə cənab Prezident Gücüstanın Baş nazirinə öz təşəkkürünü bildirərək “o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur”, – deyə Tbilisdəki fikrini bildirib. Prezident iclasa müracitində də bir daha bu baxımdan dövlətimzin mövqeyini bildirib: “Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb”. Sülh üçün əməkdaşlıq Cənubi Qafqazda tamamilə yeni bir gündəm yaradacaq. Regionda siyasi vəziyyətin müsbət mənda dəyişməsi digər sahələrdə əməkşadlığın güclənməsinə stimul verəcək. Region ölkələri nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu sahələrində uğurlu əməkdaşlıq edə bilərlər.
Azərbaycan əraziləri 30 ilə yaxın müddət işğal altında idi deyə dövlətimiz və region ölkləri bundan məhrum idi. Artıq Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib. Və dünya birliyi, o cümlədən region ölkələri də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər. Prezident İlham Əliyev daima çıxışlarında Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışan ölkələri və beynəlxalq təşkilatları alqışlayır. Artıq indiki vəziyyət imkan verir ki, normallaşmaya doğru addımlar atılsın.
Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi