İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
24 Sentyabr, 2026 - Cümə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

Sülhə yol açan Şuşa Bəyannaməsi

3 il əvvəl
Oxunma müddəti: 5 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Bu gün Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsinə əsaslanaraq regionda sülhün olması üçün öz səylərini davam etdirirlər

44 günlük Vətən müharibəsi günlərdində qardaş Türkiyə Azərbaycana açıq dəstək vermişdir. Bu da bir çox dövlətlərin Qarbağ münaqişəsinə müdaxilə cəhdlərini alt-üst etmişdir. Müharibə zamanı Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq tellərinin ən möhkəm təməllərə söykəndiyi bir daha sübut olundu. Prezident İlham Əliyev Türkiyənin müharibə zamanı dəstəyi haqda danışarkən belə deyib: “Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi”. Həmin zaman bir çox ölkələr Azərbaycana qarşı mövqe sərgilədirlər. Hətta Ermənistanı dəstəkləyən bəyanatlar yayayan ökələr də oldu. Amma  Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin əksər rəsmilər Azərbaycana dəstək çıxışları etdilər. Azərbaycan bir daha dostunun və düşəmənin kim olduğunu bildi. Mühraibədə şanlı zəfər qazandıqdan sonra Azərbaycan məhz işğaldan azad olunan Şuşada qardaş Türkiyə ilə müttəfilqiyini daha da möhkəmləndirən bəyanat imzaldı. Tarixə “Şuşa Bəyannaməsi” kimi düşən bu sənəd iki qardaş ölkə arasında tarixi münasibətləri yeni mərhələyə yüksəltdi. 2021-ci ilin 15 iyununda imzalanmış Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsinə əsasən  hər iki ölkə “müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək” öz səylərini birləşdiriblər. Sənəddə  bildirilir ki, tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər: “Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi.

Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır”.

Bəyannamədən də göründüyü kimi, Azərbaycan və Türkiyə daima regionda sabitliyin tərəfdarıdır. Bunu hər iki ölkənin dövlət başçıları dəfələrlə beynəlxalq tribunalarda belə, qeyd ediblər. Şuşa Bəyənnaməsində də bir daha bu istiqamətdə fəaliyyətlərini davam etdirəcklərini vurğulayraq öz sülh missiyalarını ifadə ediblər. Prezident İlham Əliyev Şuşa Bəyannaməsində bir çox önəmli məsələlərin öz əksini tapdığını deyib: “Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Mən onların arasında iki məsələni xüsusilə qeyd etmək istərdim. Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.  Azərbaycan və Türkiyə sülh ölkələrdir. Elə Şuşa Bəyannaməsi də əhatəli olaraq sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bu gün hər iki ölkə Şuşa Bəyannaməsinə əsaslanaraq regionda sülhün olması  və Qarabağ ermənilərinin inteqrasiyası üçün öz səylərini davam etdirirlər.

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Laçında Əlaqələndirmə Qərargahının iclası keçirilib

Növbəti xəbər

Ulu Öndərin tarixi qayıdışı

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Tarixi ədalətin bərpasına aparan yol

3 gün əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Sosial

İslam dünyasına qarşı çağırışlar və birlik mesajı

6 gün əvvəl
Sözü və əməli bir olan Lider
Sosial

Qarabağ reallığı və revanşizmin isterikası 

1 həftə əvvəl
Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb
Sosial

Qaya Məmmədov növbəti dəfə seçicilərlə görüşüb

2 həftə əvvəl
Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib
Sosial

Lerikdə yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan gənclərlə görüş keçirilib

2 həftə əvvəl
QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar
Sosial

QHT nümayəndələri Qadın Uzunömürlük Rezidensiyasında olublar

2 həftə əvvəl
Növbəti xəbər
Ulu Öndərin tarixi qayıdışı

Ulu Öndərin tarixi qayıdışı

Bağlantılarla və tranzit imkanları ilə bağlı Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var
Gündəm

Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır

33 dəqiqə əvvəl
“Şuşa Bəyannaməsi” əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir
Gündəm

Son vaxtlar qəbul olunmuş dövlət proqramları ölkə iqtisadiyyatını gücləndirəcək

36 dəqiqə əvvəl
Azərbaycanın arxalandığı güc
Gündəm

Yeraltı sərvətlərdən milli iqtisadi gücə

55 dəqiqə əvvəl
Enerji resurslarının inkişafında yeni mərhələ
Gündəm

Azərbaycan sənayesinin yeni dayağı: dağ-mədən və metallurgiya

1 saat əvvəl
Könül Nurullayeva: “Aİ etibarlı tərəfdaş kimi Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır”
Gündəm

Deputat: “Azərbaycanda dağ-mədən sənayesinin inkişafı strateji əhəmiyyət kəsb edir”

2 saat əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.