İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
1 İyun, 2026 - Bazar ertəsi
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Sosial

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

1 saat əvvəl
Oxunma müddəti: 2 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

“Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi” çərçivəsində həyata keçirilən “Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla başa çatıb. Layihə fiziki tərbiyə müəllimi Yunis Qurbanovun rəhbərliyi ilə Göyçay şəhəri Qantəmir adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində icra olunub.

Layihənin əsas məqsədi məktəblilər arasında stolüstü tennis idman növünə marağı artırmaq, onların fiziki və zehni inkişafını dəstəkləmək, sağlam həyat tərzini təşviq etmək və idman vasitəsilə sosial bacarıqlarının inkişafına töhfə vermək olub.

Layihə çərçivəsində 6–9-cu sinif şagirdlərinin iştirakı ilə stolüstü tennis üzrə nəzəri və praktiki təlimlər təşkil edilib. Ümumilikdə 16 təlimi əhatə edən proqram zamanı iştirakçılar oyunun əsas qaydaları, texnikaları, servis bacarıqları, hücum və müdafiə taktikaları, eləcə də müxtəlif vuruş növləri üzrə bilik və bacarıqlar əldə ediblər. Təlimlər interaktiv metodlarla təşkil olunaraq şagirdlərin fiziki fəallığının artırılmasına və idmana marağının gücləndirilməsinə xidmət edib.

Təlim prosesi ərzində iştirakçılar çeviklik, diqqət, koordinasiya, sürətli qərarvermə və komanda ilə işləmək kimi bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda layihə məktəblilər arasında sağlam rəqabət mühitinin formalaşmasına və idman mədəniyyətinin təşviqinə mühüm töhfə verib.

Layihənin yekununda bağlanış mərasimi və Stolüstü Tennis Turniri təşkil olunub. Turnir zamanı şagirdlər təlimlər ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdirərək yarışlarda iştirak ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Layihənin nəticəsi olaraq iştirakçıların stolüstü tennis üzrə bilik və bacarıqları inkişaf edib, onların fiziki hazırlığı güclənib və sağlam həyat tərzinə maraqları artıb. Eyni zamanda məktəblilər arasında idmana və fəal həyata münasibətin formalaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub.



PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”

Əlaqədar Xəbərlər

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün səmərəsi
Sosial

Kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolu

6 gün əvvəl
GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib
Sosial

GDU-da “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans keçirilib

1 həftə əvvəl
Cəbrayıldakı isti ocaqlar…
Sosial

Azərbaycanın şəhərsalma modeli: qədim irslə müasir inkişafın vəhdəti

2 həftə əvvəl
EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib
Sosial

EcoHub WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

2 həftə əvvəl
“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“TESOL ilə Peşəkar İnkişafa Dəstək” qrant layihəsi uğurla yekunlaşıb

2 həftə əvvəl
“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb
Sosial

“Peşəkar tədrisə doğru” qrant layihəsi uğurla başa çatıb

3 həftə əvvəl
“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb
Sosial

“Stolüstü tennis: sağlam düşün, çevik hərəkət et” qrant layihəsi uğurla yekunlaşıb

1 saat əvvəl
Deputat: “Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir”
Gündəm

“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”

3 gün əvvəl
“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb
Gündəm

“Kapoeyranın izləri” qrant layihəsi uğurla yekunlaşıb

3 gün əvvəl
Azərbaycan Mərkəzi Asiya üçün strateji tranzit qovşağına çevrilib
Gündəm

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

4 gün əvvəl
Qaz amili enerji təhlükəsizliyi nöqteyi-nəzərindən ön plandadır
Gündəm

Azərbaycanın iqtisadi inkişaf dinamikası təqdirəlayiqdir

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.