İnformasiya.az
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
22 Mart, 2026 - Bazar
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
İnformasiya.az
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“Söyüş müxalifəti”ni kim(lər) aktivləşdirir?” – Faktlar, sübutlar…

2 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Biz SSRİ dönəmində kənara çox fokuslana bilmirdik deyə, dünyada baş verən prosesləri də adekvat təhlil etməkdə, çözməkdə çətinlik çəkirdik. Amma elə ki, müstəqil olduq, necə deyərlər, bütün “panorama” üzümüzə taybatay açıldı.

Üstəlik, bir qaçılmaz (mütləq) həqiqət də ortalıqda tam görünüşlə, rakursla, anlatımla bərq vurdu: Öncə dövlətinə dil uzadan timsahlardan, yalquzaqlardan qorunmağı bacarmalı və yalnız bundan sonra inkişaf etməli, önə çıxmalı, haqq davası aparmalısan.

Niyə qorunmaq məsələsini xüsusi vurğulayıram?

Çünki, müdafiənin təməl və sütunları yerbəyer edilməyincə dövlət və dövlətçilik barədə ucadan danışmaq olmur, kimdənsə ədalət tələb etmək olmur, möhkəmlənmək, bütövləşmək olmur.

AXC – Müsavat xuntası da hakimiyyəti məhz yıpradılmış, tükədilmiş vəziyyətdə Heydər Əliyevə təhvil verdiyi üçün Ulu Öndər ilkin dövrlərdə çox yükləndi, çox əziyyət çəkdi və bir neçə missiyanı eyni anda həyata keçirmək məcburiyyəti, hətta məhkumiyyəti ilə üzbəüz qaldı.

Həm sıfırdan dövlət qurasan, həm də paralel fonda “boynuyoğun”, başıpozuq qüvvələrlə açıq mübarizə aparasan…

Ağır işdir. İnanılmaz ağır. Həddən ziyadə ağır!!!

Gerçəkdən…

Təsəvvür edin: Bir vaxtlar irəli (milli zəmində) nə addım atılırdısa, tərəfimizdən – qlobal güclərin hansısa birinin maraqları ilə üst – üstə düşməyən nə strategiya sərgilənirdisə, müstəqilliyin möhkəmləndirilməsi, kənar təsirlərin azaldılması istiqamətində nə səylər göstərilirdisə, anındaca qorxunc və təhlükəli təpkilərlə qarşılaşırdıq.

“Sadval”, “Talış Muğan Respublikası”, “OMON” təsadüfi proyektlər idimi?

Yox, əlbət!

Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun qətli necə?

Sonrakı mərhələdə həmin siyahıya Ziya Bünyadovun da adının əlavə edilməsi necə?

1994-cü ildə Bakı Metropolitenində ard-arda törədilən terror aktları necə?

Heydər Əliyevə qarşı düzənlənən çoxsaylı sui-qəsd cəhdləri necə?

Təsadüf idimi? Yox, yox, yenə də yox, əlbət!

Təfsilatlara varıb yoruculuq etməmək üçün sadəcə bir faktı deyəcəyəm:

Yuxarıda bəhs etdiyim metro terrorları “Əsrin müqaviləsi”ndən 2 ay əvvəl, Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətli isə həmin müqavilədən cəmi 9 gün sonra, yəni 29 sentyabrda icra edilmişdi!

***

Yaxşı bəs bu gün nələr baş verir? – İnanın, yenə də eyni şeylər…

Sadəcə üsul fərqi ilə. Məkan fərqi ilə!

Hədəfə alınan nəqliyyat vasitələrinin rotasiya fərqi ilə!

Xəfiyyələrin, agentlərin dövrə uyğun dəyişdirilmə fərqi ilə!

“Milyarderlər İttifaqı”ndan “Milli Şura”ya qədər qət edilən yolun eniş, düşüş, rəzalət fərqi ilə!

Dəyərli oxucular!

Sizdən sadəcə 3 hadisəni yenidən xatırlamanızı xahiş edəcəyəm.

1) Rus sülhməramlılarının bölgədən tamamən çıxarılması və Qarabağ sərhədlərindən uzaqlaşdırılması.

Ardınca nə baş verdi? – Dərhal, təyyarəmiz vuruldu.

2) Vaşinqtonda keçirilən üçtərəfli görüş və sülh müqaviləsinin mətninin paraflanması.

Ardınca nə baş verdi? – Dərhal, “Ramiz Mehdiyev – Əli Kərimli” kartı şimal qonşumuz tərəfindən aktivləşdirildi və mövcud hakimiyyətin üzərinə yönləndirildi.

3) İlham Əliyev və ailəsinin Davosda xüsusi qarşılanması, orada fövqəladə əhəmiyyətli görüşlərin, qəbulların keçirilməsi və Trampın ideyası ilə yaradılan “Sülh Şurası”nın Nizamnaməsinə Azərbaycan Liderinin imza atması.

Ardınca nə baş verdi? – Dərhal, “söyüş müxalifəti” hərəkətə gətirildi və bir sürü yaramazın, üzdənirağın vasitəsilə yeni iftiralar, hədyanlar, feyk məlumatlar sosial media hesabları üzərindən tirajlandı.

***

Bizim düşmənlərin mahiyyəti, səviyyəsi, düşüncə tərzi, əhatə dairəsi, çevrəsi – eynən bayaq söylədiyim kimi – bax, budur!

Gör nə günə qalıblar ki, küçə uşağı Mehmandan, pilot layihə əsasında dünyaya gələn Qabildən, ağzının şorbası tökülən Tural Sadıqlıdan mədəd umurlar, onlara sifariş, tezis göndərirlər, belə zir – zibilləri danışdırmaqla, hürdürməklə nəyəsə nail olacaqlarını düşünürlər!

Oysa, cənablar! Bilin və agah olun: Mümkün deyil!

Pulunuzu su kimi axıtsanız da, 50 cür saxta hekayə uydursanız da, şizofren gədələri bir – birinin ardınca sirk səhnəsinə buraxsanız da, klouna çevirsəniz də alınası şey deyil!

Getdi, o dövr!

Getdi, binamusların namus moizəsi oxuduğu dövr!

Getdi, anasından, bacısından bixəbərlərin qeyrətdən danışdığı dövr!

Getdi, qızının, nəvəsinin tərbiyəsiz videolarına hətta öz tarixi araşdırmalarında belə rast gəlməyənlərin siyasi əxlaqdan, düzgünlükdən, ədalətdən dəm vurduğu dövr!

Getdi, xarici ölkələrin əlində “peşka”, alət, vasitə olanların utanmaz – utanmaz, qırmızı – qırmızı milli qürurdan, mənəviyyatdan, ləyaqətdən bəhs etdiyi dövr!

***

Bütün vətən xainlərinin Bakıya qayıdacağı, təyyarədən ürkək baxışla, dövşan yerişi ilə düşəcəyi, məhkəmə qarşısında əli qandallı, quzu balası kimi dayanacağı gün uzaqda deyil.

İnanın, heç uzaqda deyil.

Yetər ki, bir az səbrli olaq…

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Ölkəmizin parlaq gələcəyinin təmsilçiləri

Növbəti xəbər

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

Əlaqədar Xəbərlər

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

6 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

6 gün əvvəl
İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə vasitələri
Gündəm

 Qlobal çağırışlar və birgə fəaliyyətin zəruriliyi

6 gün əvvəl
Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Gündəm

Deputatın təşəbbüsü ilə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

7 gün əvvəl
Deputat: Paşinyanın son bəyanatı Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi göstərir
Gündəm

“İkili standartlar qlobal nizam üçün ciddi təhlükədir”

7 gün əvvəl
Növbəti xəbər
Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib

Komitə sədri: Ümummilli Liderin tarixi qərarları gənclərin ana dilinə hörmət və sevgi ruhunda tərbiyə olunmasını təmin edib
Gündəm

Qabaqcıl urbanizasiya modellərinə əsaslanan quruculuq

3 gün əvvəl
Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub
Sosial

Gəncədə peşə məktəbində Novruz bayramı qeyd olunub

3 gün əvvəl
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir
Gündəm

Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır

6 gün əvvəl
Ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü
Gündəm

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

6 gün əvvəl
Yeni dönəm, yeni strategiya
Sosial

Yeni dövrdə sülh və sabitlik

6 gün əvvəl
İnformasiya.az

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 informasiya.az - Müəllif hüquqları qorunur.